Həmidə! (14 fevral 1912)
Dəyirmançı bu gün yola düşür. Dəyirman üçün bütün işləri görmüşük, lazım olan şeyləri sifariş veririk. Sənə 15 portağal və bir neçə qəzet göndərirəm. Vekselləri və Ələkbərin məktubunu aldım. Gör Kazımbəyov, Ələkbər haqqında necə səmimi məktub göndərib.
Bu gün Qayıbova kağız göndərmişəm öyrənsin ki, Ağdamda kirayə verilən ev varmı? Cavabını İrəvana bildirəcəyəm.
Rus qoşunları İrandan qayıdır. Trablisdə böyük vuruşma olub, türklər qalib gəliblər. Ona görə də İtaliya Kiçik Asiyadakı türk limanlarını bombardman eləyir.
Burada yağış yağır. Müzəffər indi mənim yanımda idi. Hamı səlamətdir. Fevralın axırı üçün gələcəyəm. Veksellərin vaxtı barəsində çalışaram; amma, hər halda, pul olsa, poçtla göndər (veksellər üçün).
İstəkli kəhrizlilərsiz, xüsusilə Midhətsiz yaşamaq çox çətindir.
Qızlar salam göndərirlər.
Ağacları fevralın axırı üçün gətirərəm.
Öpürəm.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-hemide-14-fevral-1912
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rəmazan ayının on doqquzuncu gecəsindən otuzuncu gecəsinə kimi bu on bir gecənin biri “qədr gecəsi”dir. Amma məlum deyil ki, hansıdır.Həmin gecənin fəziləti min gecənin fəzilətindən artıqdır; necə ki, həqqi-taala öz Qurani-kərimində buyurubdur: leylətün xeyrün min əlfi şəhrin.
Qadağa etməkÜç şeyi qadağan etmək lazımdır:Birinci “allah” ləfzini ağıza alıb, bu haldan o hala, o haldan bu hala çevirməyi qadağan etmək lazım gəlir və cəmi teatr tamaşalarını ki, orada Allah və müctəhid adı məsxərəyə qoyulur, bunları bilmərrə tərk etmək lazım gəlir. Buna da ümdə illət budur ki, bu axır vaxtlarda bir para cavanlar az qalıblar ki, Allah həzrətlərini bir yolluq danalar.
“Tiryək”Bu axır günlərdə qabaqca yəhudilərin və sonra xristianların pasxa bayramlarını saxlamaqmı və ya saxlamamaqmı mübahisəsi olunmaqda idi.Bu barədə türk mədəniyyət sarayında bir neçə məclislər təşkil olundu; orada bir tərəfdən Allahsızlar cəmiyyəti mübəlliğləri, digər tərəfdən xristian məzhəbləri nümayəndə və vaizləri, keşişlər, xaxamlar və hazirun – başladılar hərə öz sözünü uzun nitqlərlə meydana qoymağa və dəlillər və sübutlarla təsdiq etməyə.
Sövqi-təbii və yaxud Həcc ziyarətiTəbiət qanunlarının katibləri dərs kitablarında yazırlar ki, bir qarınca öz durduğu yerində, öz-özlüyündə hərəkət edib bir yana getməyə hazırlaşmırdı. Birdən bu qarınca baxıb görür ki, onun qabağından hədsiz və hesabsız öz həmcinsləri bir tərəfə getməkdədirlər. Burada bizim bir dənə qarıncamız dəxi fikir eləmir və fikir eləməyi də lazım görmür: bir surətdə ki, mənim cəmi yoldaşlarım bir yana getməkdədirlər və girəm ki, mənə məlum olmayan bir yana getməkdədirlər, – dəxi mənim üçün burada qeyri təklif qalmır, savayı onlara qoşulmaqdan.Və oxucu yoldaşlarımız elə güman eləməsin ki, qarınca burada bizim kimi çox danışır və burada bir mülahizə edir, müqayisə edir; filfor, həmin saat biixtiyar, özünü verir camaatın içinə, biixtiyar bu selin cərəyanına tabe olub, qarıncaların sürüsünə soxulur.
Стихи других поэтов
Zülmü şəbahətdə bəylərin tayı,Olmaz bu dünyada, olmaz, ay olmaz.
Ər kişiEy könül, hacətini etmə tələb hər kişidənGər durub şey diləsən, barı dilə ər kişidən
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eyləDilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!