Leylətül-qədr
Rəmazan ayının on doqquzuncu gecəsindən otuzuncu gecəsinə kimi bu on bir gecənin biri “qədr gecəsi”dir. Amma məlum deyil ki, hansıdır.
Həmin gecənin fəziləti min gecənin fəzilətindən artıqdır; necə ki, həqqi-taala öz Qurani-kərimində buyurubdur: leylətün xeyrün min əlfi şəhrin.
Amma bu gecəni tapmaq asan deyil və bəlkə bu vax-tadək hələ heç kəs tapa bilməyibdir və məlumdur ki, bu gecənin ibadətinin qiyməti qeyri min gecənin ibadətindən artıqdır.
Onunçün bu on bir gecəni mömin müsəlman bəndələri bərayi-ehtiyat əhya saxlayıb, etikafa məşğul olurlar: əhyana bəlkə qədr gecəsini tapdıq. Və hər kəs bu gecəni tapsa və gecəni ibadətlə başa vursa, öz abavü əcdadının ərvahı cənnəti-illiyyində qərar tutacaqdır.
Dünən eşitdim ki, bu il qədr gecəsini bazar əhlindən bir məşədi tapıbdır və bu münasibətlə xoş səadət məşədinin evində təkyə büsatı qurulmuşdu.
Sonra eşitdim ki, Molla Fərəculla Molla Abdulla oğlu da qədr gecəsini tapıbdır və bazar əhli Molla Fərəcullagilə də axışıb gedirdi. Bu heyndə Hacı Rüstəm Hacı Allahverdi oğlunun damının üstündə müəzzin başladı münacat etməyə; dedilər ki, Hacı Rüstəm əmi də qədr gecəsini tapıbdır.
Xoşa Hacı Rüstəm əminin səadətinə!
Bizim xoşbəxt camaatın tapdıqları qədr gecəsi olanda, gör axmaq əcnəbilərin tapdıqları nə olur?
Doktor Marqolius bədənin sümüyünün sınmış iki tikəsini birbirilə yapışdırmağa elə yapışqan tapıbdır ki, sınmış sümüklər o yapışqanla yapışandan yarım saat sonra elə bərkiyir, safa çıxır, guya heç sınmamış idilər.
Göz təbibi Nadsov lap dibdən tökülən bir gözün içinə elə bir məharətlə saxta göz qondarır ki, ta bundan sonra bir gözlü adamlar yer üzündə tapıla bilməyəcək.
İnsanı bundan sonra çaxotka azarından təmin etmək üçün frafsor Martin təzə bir dərman tapıbdır.
Hələ bundan başqaları yenə bir çox şey tapmaqdadırlar və bu ixtiralar hamısı habelə rəmazan ayının qədr axtaran gecələrinə təsadüf edir.
Demək, onlar – onu axtarır. Bunlar – bunu axtarır.
Amma mən bircəsini arzu edərdim: qoy bunlar da axtarsınlar, qoy onlar da axtarsınlar; bunlar da tapsınlar, onlar da tapsınlar. Amma arzu edərdim ki, nə bunların tapdıqları nemətdən onlar feyziyab olaydılar və nə onlar bunların ixtiraından müstəfid olaydılar. Yəni kaş bu müqəddəslər qədr gecəsini tapan kimi çaxotka və boğaz ağrısı tutub əcələ surətdə özlərini hurilərə yetirə idilər və havanı təmizləyə idilər.
Və kaş o qədr gecəsindən məhrum olan mütəxəssislər hər gündə təzə bir üsuli-müalicə ixtira edəydilər...
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 22 mart 1928, №12
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-leyletul-qedr
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Altı müctəhidin imzaları ilə təsdiq olunmuş hər cür fitvalar Tiflisdə “Qeyrət” mətbəəsində bir neçə min nüsxə çap olunub satılır və xahiş edənlərə “naloj” ilə göndərilir. Bu aşağıda yazılan qərar ilə:Məşrutiyyət ziddinə verilən fitvalar... nüsxəsi yarım qəpik
LəpəMən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam.Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!..
KüpBir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.
Otİlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir.Bu qədər var ki, şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. Kitablarda həmişə oxumuşuq ki:
Стихи других поэтов · Сатира
Вот с подноса сняли тканьНебывалой красоты.
Təbibləri həcvMehdiqulu xana*Mənə buyurmuşdun: Qoləyə gəlsin,
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.