Qadağa etmək
Üç şeyi qadağan etmək lazımdır:
Birinci “allah” ləfzini ağıza alıb, bu haldan o hala, o haldan bu hala çevirməyi qadağan etmək lazım gəlir və cəmi teatr tamaşalarını ki, orada Allah və müctəhid adı məsxərəyə qoyulur, bunları bilmərrə tərk etmək lazım gəlir. Buna da ümdə illət budur ki, bu axır vaxtlarda bir para cavanlar az qalıblar ki, Allah həzrətlərini bir yolluq danalar.
Dünən küçədə iki cavan bir-biri ilə söhbət edirdi; daha özgə bir mövzu başlarına qəhət olubdur, biri o birindən soruşur: Allah var, ya yoxdur? O biri də cavab verir: əlbəttə, var.
Qabaqkı cavan ikinci cavandan sübut və dəlil istədikdə o, belə dəlili-nəqli gətirdi; dedi ki, bu dünyada hər bir insan tutduğu əməlin müqabilində onun cəzasını çəkəcək. Necə ki, qurani-mübində müəyyən ayeyi-kərimə nazil olubdur: Fəmən yəmələ misqalə zərrətün xeyrə... və ilax. Və misqalə zərrətü şərrə və... ilax.
Məsələn, əgər Əli əleyhüssəlamın evladı məlunlar tərəfindən şəhadətə yetirildilər və şiələrin ciyərini kabab etdilər, bu özü əlbəttə ki, Allahın varlığına bir böyük sübutdur; zira “müşrik” bəhanəsi ilə o qədər insanları ki, Əliyyün-mürtəza öz mübarək əli ilə qətlə yetiribdir
– onların sayı-hesabı yoxdur və hətta həmin “əmirəl-möminin” dediyimiz Əli ibn Əbutalibin bu barədə hirsi gör nə payədə idi ki, öz qardaşı Əqili də əsir olduğu halətdə bir az qalmışdı ki, öz əli və öz şəmşiri ilə qətlə yetirsin.
Hərçənd Əbdülhəmid zamanının nüfuzu təhtində tərbiyə tapan tarix yazanlar bu həqiqəti lazımınca qeyd eləmirlər və lakin bunu bir yolluq iqrar etməliyik ki, öz təbhiri ilə ictihad etmiş zalım oğlu “lisanül-mələkin” bu barədə rəvayətinə bizə etimad etmək lazım gəlir. Demək, atalar sözüdür: döymə qapımı, döyərlər qapını.
İkinci məsələ ki, onu da qadağan etmək lazımdır, o da Yevlax dəmiryol qəsəbəsində ayağı çarıqlı kəndlilərə qadağan etməlidir ki, qırmızı yeməkxana kooperativinə gedib orada oturmasınlar. Bu qadağançılığın da iki mənası var: biri budur ki, kəndlilər öz vaxtlarını itirirlər və o qədər ki, stulu döyürlər ki, onlara yemək gətirsinlər, onların səsini heç kəs eşitmir. Səbəb? Bir yanda pianino, bir yanda qarmon, bir yanda göyçək erməni balasının tar çalmağı, camaat da kefli: bufetçilər kefli, şoferlər kefli, bir para qulluqçular kefli. Xülasə, bir vur-çatdasındır ki, Paris və Londonun burcuy şantanları da Yevlaxda kooperativ şantanına tay ola bilməz.
Üçüncü məsələ də Yevlax müəlliminin “bazlığı”dır ki, bunun da şöhrəti Bakıya gəlib çıxıbdır.
Bu barədə gələn nömrədə.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 5 aprel 1928, №14
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-qadaga-etmek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mərcan xanımın evində böyük qonaqlığa hazırlaşırlar. Zal otağında uzun stol açılıb. Üstündə belə qonaqlıqlara yaraşan hər növ qab-qacaq, hər növ içki, meyvəcat, şirniyyat, qəlyanaltı və qeyri düzülüb hazırdır. Stolun ətrafında dolanan Mərcan xanım,38 Zərəfşan xanım, Çiçək, Püstə, Həsrət xala, Şərəf xala, Vələmir (kişi qulluqçusu) . Hərdənbir İzzət nənə də vayıldaya-vayıldaya görsənir. Mürşüd dayı da hərdənbir bazardan gəlib, bazarlıq işlərinə dair baş çəkmək xidməti göstərir və gedir. Pərdə açı-landa otaqda olur Mürşüd dayı, Mərcan xanım və Zərəfşan.
Dördüncü məclisXəstəxananın səhnəsi, baş doktor və rejissor. Baş doktor tədbir tökür. Binagüzarlıq edir, rejissor gah səhnənin qabağına çıxıb pərdəyə baxır, gah baş doktorun yanına gəlib, onun əmrini dinləyir.Baş doktor. Mən elə güman edirəm ki, keçən dəfə Şahzadə qrimi namüvafiq idi. Belə ki, Türküstan şahzadəsinin başında tac olmağı yanlışdır. Ondan ötrü ki, tac ancaq onun atasına mütəlliqdir. Şahzadəyə isə, tac əvəzinə Buxara dərisi üstünə müzəyyən Kirman şalı sərilmiş ancaq bir papaq nisbət ola gərək. Ayaqqabıları gərək indiki əsri yox, keçmiş əsri yada sala. Təqriri və tələffüzü də gərək bir növ şahanə ola. Adi olmaya.
Poçt qutusuNoyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün orada narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!
Kişmiş oyunuQış fəsli idi. Hava şiddətli soyuq idi. Biz iki nəfər seyid, İran əhli, Araz çayından Rusiya torpağına keçib axşam vaxtı özümüzü yetirdik “Zurnalı” kəndinə. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. Rus məmləkətinə səfər eləməyimizin səbəbi bu idi ki, buranın müsəlman əhalisindən həmişə mehribanlıq görüb əhli-əyalımıza az-çox ruzi əxz edib, vətənimizə geri qayıtmışıq. Allah razı olsun bu vilayətin müsəlmanlarından; ayda bir dəfə bunlara qonaq oluruq.Kəndə yetişib xəbərdar olduq ki, buranın camaatı axşamlar kəndin mötəbər ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini orada söhbət ilə yola verirlər. Biz üz qoyduq həmin Bala Sultanın tövlə otağına.
Стихи других поэтов · Сатира
Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
NifrətGündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Molla SuğraMolla Suğraya ziyarət eylə qismət, ya Hüseyn!Siğə olsun bir müsəlmana bu övrət, ya Hüseyn!