Lal
Teatr üçün bir pərdə
Şəhərin küçəsində, divarın dibində, havanın soyuq vaxtı, günortaya bir az qalmış iki sahibsiz uşaq, biri səkkiz, biri altı yaşında, mündəris və çirkli paltarda. Hərəsinin əlində bir tikə qara çörək, gah “vay dədə!”– deyib ağlayırlar, kah çörəyi ağızlarına basıb, iştaha ilə yeyirlər. Yavuqdakı evlərin birindən musiqi səsi gəlir və uşaqların halına münasib bayatı havası çalınır.
Bu heyndə yol ilə intelligent libasında bir müsəlman keçir və uşaqları görüb dayanır və sonra bunlara yavuq gəlib, ağlamaqlarının səbəbini soruşur. Uşaqlar bu şəxsi görcək ağlamaqdan sakit olurlar, amma onun sualına çavab verməyib, yenə başlayırlar ağlamağı və musiqi yenə bayatı havasını çalır. Məzkur şəxs də baxır və bilmir nə eləsin.
Həmin vaxt bir mömün müsəlman taciri, əlində təsbeh, yavuq gəlir və bu da başlayır uşaqlardan ağlamaqlarının səbəbini soruşmağa. Uşaqlar bunu da görəndə ağlamırlar; amma bunun da sözlərinə cavab verməyib, – başlayırlar ağlamağı. Musiqi yenə bayatı havasını çalır. Mömün məəttəl qalıb bilmir nə eləsin.
İndi də buraya bir musəlman çinovniki qoltuğunda portfel gəlir və bu da uşaqların ağlamaqlarının səbəbini soruşur. Uşaqlar buna da cavab vermirlər və yenə ağlaşırlar. Musiqi də bayatı havası ilə ağlayır.
Axırda buraya bir lal kişi gəlir. Nə millət olduğu məlum deyil və uşaqlara yavuq gəlib əlləri ilə və özünə məxsus səs ilə bir şey soruşur. Uşaqlar, şəkk yox, dinmirlər və yenə ağlaşırlar. Habelə musiqi də öz bayatısını çalır.
Günorta tamam olur. Şəhər saatı uzaqdan on iki dəfə zəng çalır və intelligent ilə çinovnik ciblərindən saatlarını çıxardıb baxırlar. Çün bunların vacib işləri yada düşür. Hərəsi ciblərindən bir pul çıxardıb, qoyurlar uşaqların böyüyünün ovcuna və gedirlər.
Və həmin vaxt uzaqdan əzan səsi gəlir, musiqi minacat havasını çalır, mömün musəlman “lailahə-illəllah” – deyib uşaqlara pul verib gedir.
Qalır uşaqların yanında tək bircə lal. Bu nə zəngi eşitdi, nə əzanı; ancaq məşğuldur uşaqlara. Uşaqlar yenə ağlamağa başlayanda lal gedir dizi üstə çökür uşaqların qabağında və iki əlləri ilə qucağını açıb, uşaqları qucağına almaq istəyir. Uşaqlar əvvəl laldan qorxan kimi olub geri çəkilirlər. Külək qalxır və soyuqdanmı, qorxudanmı, uşaqlar başlayırlar titrəməyə. Lal bunu görcək qalxır ayağa və bir qədər geri çəkilir. Uşaqlar sağa-sola baxıb, bir kəsi görmürlər, başlayırlar “dədə vay!” – deyib ağlamağa və yavaş-yavaş yavuqlaşırlar lala tərəf. Bu da dübarə gəlib çökür dizi üstə, əllərinin birinin üstünə uşaqların birini və o birinin üstünə digərini mindirib, durur ayağa və başlayır getməyə.
Musiqi buna munasib hava çalır.
Pərdə
30 avqust 1921, Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-lal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ikinci məclis vaqe olur Fazil Məhəmməd ibn Yəqubun evində. Oturub Fazilin övrəti M ə ş ə d i Z e y n ə b, başı aşağı, qəmgin; yanında beş-altı yaşında oğlu H e y d ə r öz-özünə oxuyur. Uzaqdan küçə uşaqlarının qiylü qalı eşidilir və küçə qapısını daşa basırlar. Daxil olurlar dəli M o l l a A b b a s və dəli övrəti P ı r p ı z S o n a. Bunları küçə uşaqları daşa basa-basa qovurlar içəri. Məşədi Zeynəb bunları görcək tez durur ayağa və yerdən başmaq tayını götürüb, atır dəlilərin üstə. Dəlilər ağlamsınırlar və bir tərəfdən küçə uşaqlarından qorxurlar, bir tərəfdən də Məşədi Zeynəbin başmaq atmağından özlərini qoruyurlar.M ə ş ə d i Z e y n ə b (acıqlı). Itilin cəhənnəmə buradan!
Üçüncü məclisKüçədə uzaqdan qiylü qal, səs-küy eşidilir; qiylü qal gəldikcə yavuqlaşır və küçədə Molla Abbas görsənir. Onun dalınca Pırpız Sona və bunların dalınca küçə dolusu küçə uşağı bunları daşa basır; dəlilər dinmirlər və bir tövr özlərini qoruyurlar.M o l l a A b b a s. Ay camaat, vallah, bu uşaqlar məni dəli eləyəcəklər.
Dördüncü məclisDəlixana. Dəli M o l l a A b b a s ayaq üstə durub, əlini göyə qalxızıb, moizə edir. Oturublar dəlilər: P ı r p ı z S o n a, F a r m a s y o n R ü s t ə m, S ə r s ə m H e y d ə r, H ə m z a d Q u r b a n, C i n n i M u s t a f a. Dəlilər dəli Molla Abbasın moizəsinə qulaq asırlar.M o l l a A b b a s. (səsnən, avaznan oxuya-oxuya deyir). Əlhəmdilillah rəbbül-aləmin vəssəlatü vəssəlam əla seyidəl-mürsəlin və ilahit-tahirin, əmma bəd....
Beşinci məclisŞəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. Çoxu müsafir paltarında zəvvardırlar. Çavuş oxuyur:Düşüb könlüm mənim də iştiyaqə,
Стихи других поэтов
همه از همه رو، روی بدو خواهد بود
Aşıq oldum gene tazəAşıq oldum gene tazəBir nov cavanə, cavanə
Bica yerə etmir qaşına səcdə hər əhbabBica yerə etmir qaşına səcdə hər əhbab,Çünki sayılar qiblə hər an guşeyi-mehrab.
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani