İnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir.

Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar.

Bəli, məlumdur ki, mərhum Molla Əbdüssalamdan sonra onun yerini Axund Molla Abbasqulu dolandırırdı və çox yaxşı dolandırırdı, amma axırda məlum deyil nə səbəbə Molla Abbasqulu cənablarını şeyxülislamlıqdan kənar elədilər.

Bu xəbər İstambula çatan kimi Ərfəüddövlə həzrətləri haman saat qələmi götürüb Qafqaz canişininə bir gözəl mənzumə yazıb təvəqqə elədi ki, Axund Molla Abbasqulunu öz yerində möhkəm saxlasınlar, çünki xudanəkərdə əgər onu bu mənsəbdən kənar eləsələr, dəxi Qafqaz müsəlmanlarının üzünə hər tərəfdən nicat yolu bilmərrə bağlanar.

Nəzm

Fəda olsun sənə canım, canişin!
Xarab etmə Axund Abbasqulunu,
Əgər versən özgəyə onun işin,
Sındırarsan müsəlmanın belini.

Bu kağız bir neçə gündən sonra gəlib çıxdı Tiflisə və canişin idarəsində oxuyub ”pəh, pəh” dedilər, bir üzünü göndərdilər İstambula “Şəms” ruznaməsində çap olunsun, bir üzünü də yadigar üçün saxladılar dəftərxanada və haman gün Gəncəyə Pişnamazzadə cənablarına xəbər verdilər ki, dəxi bir də Tiflisə zəhmət çəkib gəlməsin, çünki prins Ərfəüddövlə razı deyil.

Bunları bundan ötrü ərz edirəm ki, insan bir vilayətdə bir qədər qalandan sonra oraya o qədər üns tutur ki, özü üçün ikinci vətən hesab eləyir. Demək, prins Ərfəüddövlənin neçə il Qafqazda xidmət etməyi bizlər üçün bir elə nemətdir ki, əvəzi ola bilməz. O səbəbə ki, həmişə bir dərdimiz olanda, prins kimi uca vətəndaşımız bizi öz mərhəmətindən uzaq və sərgərdan qoymayacaq.

Dəli

“Molla Nəsrəddin”, 9 avqust 1909, №32

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İzhari təşəkkür

“Ölülər” faciəsinin tamaşasında əyləşən müsəlman xanımları tərəfindən bəndəyə bir töhfə göndərilmiş ki, ibarət olsun bir səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə: “Sübhanə rəbbiəl-əla” ibarəsi yazılmışdır. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələrlə alqışlayırlar.Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhari-təşəkkürdən əlavə, öz ixlasımı təqdim edirəm və səmimi–qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli yadigar hesab olunacaq.

1 мин
Həmidə! (12 iyul 1916)

Bu gün iyulun 12-də Həştərxandan gəmi ilə Petrovska yola düşürəm. Oradan Vladiqafqaza da dəyəcəyəm. Avqustun əvvəli üçün Şuşaya gəlmək fikrindəyəm. Ev üçün bərk darıxıram.Sənin, uşaqların və Ələkbərin kefi necədir? Mənə Vladiqafqaza, İran səfirliyinin adresinə kağız yaz.

1 мин
Əzizim Məmmədəli! (10 fevral 1917)

Kağızın mənə bu gün çatdı və haman saat poçt banderolu ilə “Sovqat” idarəsinə sənin adına yüz dənə jurnal göndərdim...Bə hər hal bu dəfə belə oldu. Gələn həftə sənə üç yüz göndərərəm.

1 мин
Məmmədəli! (23 ya 24 fevral 1917)

Bakıdan Məhəmmədəli Rəsulzadə, Abdulla Heydərzadə, Abdullayev – ki, Vrangelski küçədə olur – və bir də “Sabir kitabxanası” sahibi Abbasov məndən teleqrafla jurnal istəyirlər satmağa. Bəlkə sən onlarla yollaşasan ki, onlar da sənə kömək edələr. Və bir də mənim balaxanılı dostlarımın adresini mənə yaz, onlara jurnal göndərim; Xeyrulla və yoldaşını deyirəm və Əmirhacıyan dostumuzu.“Sabir kitabxanası” əlli manat göndərmişdi qabaqca. Bu gün geri göndərirəm pulunu.

1 мин

Стихи других поэтов · Сатира