Əyyami-mah
Müsəlmanların qeyri millətlərə nisbət dalda qalmaqlarının, əlbəttə, bir səbəbi var. Hər kəs nə deyir desin, amma mənim əqidəmcə bunun səbəbi tək bircədir ki, aşağıda ərz olunur.
Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eləyək və ayın əvvəlindən ta otuzunadək başımızı salırıq aşağa və dünya işlərinə məşğul oluruq və halonki bizim üləmamız keçmiş vaxtlarda bu barədə neçə cild kitablar yazıblar və hər bir günün xoş olmağını, ya nəhs olmağını təyin ediblər ki, mömün bəndələr hər vaxt agah olub pişvaların nəsihətinə mütabiət eləsinlər. İndi, məsələn, rəməzan ayı yavıqlaşır və müsəlmanın boynuna nə qədər təkliflər gəlir; amma sən fikrini verirsən, nə bilim, Krit məsələsinə, sən məşğulsan Tehranın politikasına, Qafqazda təzə Zemstvo idarəsinə, məktəb işlərinə, maarif və mətbuata. Amma bircə bunu xəyalına gətirmirsən ki, hər ayın bir günü var, hər günün bir xasiyyəti var və hər gündə nə işə məşğul olmağı xudayi-taala bizə göstərib. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan?
Keçək mətləbə.
A y ı n ə v v ə l i n d ə heç bir işə məşğul olmaq olmaz; ondan ötrü ki, bu gün həzrət Xızrın və Zəkəriyyanın duası qəbul olunub və həzrət İdris behiştə daxil olub. Əz həzrət mənqul əst ki, bu gün hər bir kəsə vacibdir ki, yüz on iki rükət namaz qılsın və iki yüz dəfə “inna ənzəlna” oxusun.
A y ı n i k i s i n d ə həzrət Həvva xəlq olunub və Aşqabadda Molla Xoruzullah mərsiyəxanı müstəbid olmağına görə məsciddən qovublar və indi “Yason” qəhvəxanasında mərsiyə oxuyur. Bu gün heç bir iş görmək cayiz deyil, savayı ondan ki, hər bir müsəlman gərək bu gün yüz on yeddi rükət namaz qılsın.
A y ı n ü ç ü n d ə Həvva Ciddəyə nüzul olub və görüb ki, orada Mirzə Ələkbərxan Müfxəmüssəltənə iranlıların tuman-köynəklərini çıxardır və Minada hacıların malını oğurladıb satır və bu bicliklər ilə cəm elədiyi qırx beş min lirə pulu Osmanlı bangına qoyub ki, Məhəmmədəli şaha köməyə gedəndə məşrutəciləri qırmağa məsrəf eləsin. Bugün nəhsdir və heç bir iş görmək olmaz.
A y ı n d ö r d ü n d ə Cəbrayıl Nəmrudin minarəsini xarab eləyib və bunun sədəməsində məşriqdən məğribə kimi xəlayiq yuxudan oyanıb və bu gün Şah Əhməd Mirzə başlayıb ağlamağa; müəllimi Smirnov soruşub: “nə istəyirsən, kişmişmi istəyirsən?”. Şah deyib: “Yox, türk qəzeti istəyirəm”. Bu günün dörd yüz rükət namazı var.
A y ı n b e ş i n d ə həzrət Musa Qülzüm dəryasından keçib və bu gün Qabil məlun anadan olub və “ruzinəhs əst və müvafiqi nücum hiç kar ixtiyar mümkün nist”. Bugün evdən eşiyə çıxmaq olmaz və padşah yanına getmək olmaz; və bu gün Kars nayibi Mirzə Həmid və onun fərraşı Əbdürrəhman Gur Kars mahalına çıxıb İran fəqir-füqərasından zornan köhnə fitrə pullarını alıblar. Bugün lazımdır yüz on iki rükət nafilə namazı qılmaq hər dəfə fatihədən sonra otuz altı dəfə “qul ya eyyuhəl kafirun” surəsini oxumaq və “bəd əz həmd-surə həzar dəfə qül hüvəllahü əhəd bəxanəd”.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 16 avqust 1909, №33
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-eyyami-mah
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Varmıdır Allah?Bu qəbil sözlər axır vaxtlarda tez-tez danışılır.
Növbə gözləməkNövbə gözləməyə indi hər kəsin qulağı qızışıbdır, hamı adətkərdə olubdur.Axşam vaxtı saat yeddi keçəndən sonra hər məhəllədə tək bircə dənə açıq olan kooperativ dükanından bir qutu spiçka almaq üçün on beş dəqiqə növbə gözləmək lazımdır. Habelə indi rəməzan münasibəti ilə məscidlərə daxil olmaq və başmaqları çıxarandan sonra onları ağzıoruc oğrulardan qorumaq...
Ecazi-quran“Nasux üm-təvarux” kitabının sahibi belə rəvayət edir ki, həzrəti – Rəsulun əli ilə bir rəvayətə görə üç min və bir rəvayətə görə bir min möcüzə zahir olubdur.Bu min möcüzənin birincisi Qurandır. Belə ki, bu müqəddəs kitabın fəsahətinin müqabilində o əsrin cəmi füsəhası aciz qaldılar və öz əczlərini də iqrar və etiraf etdilər. Necəki Müslüm Quranının tək bircə kəlməsinin də misl və manəndini yarada bilmədi.
Beynəlxalq qadınlar günü və şəriətMən elə bilirəm ki, sən zarafat eləyirsən. Ağlını yığ başına, düzəməlli danış. Bu orucağız vaxtımda onsuz da aclıq və papirossuzluq məni elə cinləndirib ki, hirslənməyə bircə bəhanə axtarıram. Bu gün bütün dünya işçi və kəndli qadınları öz qardaşlıq əllərini bir-birinə uzadıb, bir-biri ilə rabitələrini daha da artıracaqlar. Ancaq üzr istəyirəm, mən ona təəccüb edirəm ki, dünya işçi və kəndli qadınları mənə əllərini uzadanda mənim əlimi onlar necə tapa biləcəklər ki, mənim əlim bu dəqiqə məşğuldur: bu dəqiqə mən iki əlimlə Quranı tutub qoymuşam başıma və axund Molla Hüseynin tilavətinə iqtida edə-edə deyirəm:– Bikə, ya Allah
Стихи других поэтов · Сатира
Həcv*Nuşirəvanü hatəmü Qanuni dəhrdə,
BöhtanzadəGecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
Röyası axundunTəsir eləyib millətə röyası axundun,Xülyası, müəmması, təmannası axundun.