Gecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,İmzasız məktub yazanBöhtanzadə Ramazan,Öz qoyun gözlərini zilləyərək divara,Sağalmaz yarasına çara axtarır, çara.Öz bəlalı başına indi nə kül töksün o,Kimə iftira atıb məhkəməyə çəksin o?Hansı Halalzadənin çıxartsın cızdağını,Kimin bağrına sancsın böhtanlar bıçağını?!Daha hansı qapının zəngini çalsın əli,Qan qızdıran yay çağı bikarmı qalsın əli?Düşünür hara cumsun? Harda marıqda dursun?İndi kimin yanında, kimin puçunu bursun?Kimdən yazsın, o kimdən? Dağdanmı, ya daşdanmı?Əvvəl yazdıqlarını ya başlasın başdanmı?Yazmaqdan qabar olub “yazığın” barmaqları,Ağzı deyəni artıq eşitmir qulaqları.Yoxdur axır zamanlar heç yerdə yeri, yoxdur.Böyük alimlər kimi cild-cild əsəri yoxdur.Bəs o nəylə tanınsın, nəylə şöhrət qazansın?Nə yolla topdağıtmaz bir var-dövlət qazansın?Ton-ton kağız korlayıb, milyon böhtan yazıb o,Bəs o kimdən yazmayıb? Yox, hamıdan yazıb o,Dostundan, aşnasından, qohum-əqrəbasından,Sümüyü sürmə olmuş rəhmətlik babasından,Oğlundan, gəlinindən, arvadından, qızından,Heyvərə xalasından, nazənin baldızından,İnsanlar addımbaşı adına lənət deyir,O sakit ola bilmir, içini qurdlar yeyir;Yox, yox, o yazmalıdır, yazmasa bağrı çatlar;Qurtarıb, necə olsun, siyahısından adlar?!Öz küt başını vurdu dilsiz divara birdən,Canlandı gözlərində yeni ad, yeni düşmən.Bağırdı: – Tapdım, – deyə, döndü ürəyi dağa,Başladı yavaş-yavaş öz-özündən yazmağa!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира