Molla Nəsrəddinin müsəlmanlara zərəri dəxi aşkardır, bu barədə heç bəhs də ola bilməz.

Amma bir para müsəlman qardaşlara jurnalımızdan hərdənbir böyük mənfəət də hasil olur. Belə ki, məsələn, Tiflisdən bu axır vaxtlarda iranlıların Əncüməninə üzvlər seçiləcək idi. Məlum şeydir ki, bizlərdə o kəslərə rəy verirlər ki, Allah bəndəsi, mömin və müqəddəs adam ola (və qayda belədir və belə də gərək olsun).

Bəli, seçkiyə bir-iki gün qalmış intixaba durmaq fikrində olanlar düşdülər bazara və başladılar camaat içində danışmağa ki, Molla Nəsrəddin dinə sataşıb. Əlbəttə ki, bir-iki günün içində bu çığır-bağır salan adamlar o qədər hörmət qazandılar, elə bil ki, İranı düşmənlərdən mühafizət etdilər. Bir-iki gündən də sonra seçki əmələ gəldi və Molla Nəsrəddini əldə dolandırıb lənət oxuyanların hamısı Əncümənə üzv seçildilər.

Tiflis baqqallarından sonra islam dinini müdafiə edənlərin bir neçəsi də Vladiqafqazda tapılıb. Bunların da bicliklərini sonra xəbər tutub yazarıq.

Sözümüz orasındadır ki, Molla Nəsrəddin islam aləminə hədsiz zərəri ola-ola, hərdənbir bəzi şarlatan qardaşlara mənfəəti də olur.

Cırcırama

“Molla Nəsrəddin”, 28 fevral 1910, №9

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İanə

Təbrizdə nəşr olunan “Minarə” adında erməni ruznaməsinə Qəzvin erməniləri tərəfindən iki yüz əlli tümən ianə göndərilibdir.Təəccüb eləmək lazım gəlir ki, iranlılar bu növ himmətdən uzaqdırlar, zira ki, İranda indiyə qədər nəşr olunan İran ruznamələrinin əksəri bir böyük mənbədən ya böyük əşxasdan pullar alıb o mənbəni və o əşxasın mürəvvici-əfkarı olublar, yəni onların əfkarına xidmət ediblər.

1 мин
Təzə dəyirman

Eşitdiyimizə görə, bu tezlikdə çörəyin qiyməti xeyli ucuzlanacaq və bu ucuzluğa səbəb jandarmeriyanın maşın dəyirmanı olacaq ki, on yeddi il təmir olunmaqdadır. Bu dəyirman bir neçə gündən sonra işə düşəcək və hər gün yeddi min xərvar buğda üyüdəcək. Hələ də dəyirmandan səvayı elektrik matoru da otuz doqquz ildir təmir olunmaqdadır ki, bu günlərdə işə düşəcək və Təbrizin cəmi məhəlləeyrinə və hətta kasıbların da evlərinə işıq verəcək. Özü çox müftə, su qiymətinə. Hərçənd kasıb-küsüb jandarmaların haqqından kəsib həmin dəyirmana və matora çox pullar sərf elədilər, amma çörək ucuzlananda, bunun əvəzi çıxar inşallah, genə də inşallah və maşallah, genə də maşallah.Qızdırmalı*

1 мин
Üç çərək

Biz aşağıda qol çəkən mülk sahibləri eşitmişdik bələdiyyə qərardadına binaən, yıxılan divarları təmir edən vaxt lazımdır üç çərək dalı çəkilmək.Biz bunu belə başa düşdük ki, divarı küçəyə tərəf lazımdır üç çərək dalı çəkmək. Amma indi başlayıblar müqəssir tutmağa ki, biz güçələri genəltmək əvəzinə daha da daraltdıq.

1 мин
Tüstü

Yer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar: bir Naxçıvanda, bir də Təbrizdə.Yer üzündə cəmi hamamlar ya neft ilə qızır, ya odun ilə. Hətta dılğır Marağada, Xoyda və qeyri şəhərlərdə də hamam odun ilə qızır. Və yer üzündə bir şəhər yoxdur ki, onun tüstüsü qonşuya əziyyət eləsin.

1 мин

Стихи других поэтов · Сатира