Quba meydanı
Amerikada mənim bir rəfiqim var, bunnan iki dəfədir ki, mənə yazır ki, ay Molla, sən Allah məni başa sal görüm, nədən ibarətdir müsəlman aləmi? Necə dolanırlar, nə yeyib, nə içirlər, nə cür paltar geyirlər, necə şəhərlər qayırıblar, nə alış-veriş eləyirlər? Yeməklərindən, içməklərindən, bazar – dükanlardan mənə bir məlumat yaz göndər.
Mən də məəttəl qalmışdım, çünki bilmirdim nə yazım.
Axırı bu gün götürüb dostuma bir cızmaqara eləyib göndərdim və yazdım:
“Əzizim, məsələn, Bakı, məsələn, belə tutaq ki, Bakıda Quba meydanı. Məsələn, bir tərəfdə dörd min yeddi yüz cırıq-mırıq İran hammalı yan-yana verib uzanıblar, bir tərəfdə iki min iki yüz köhnə yorğan-döşək, arxalıq və çirkli tuman-köynək satan. Bir tərəfdə səkkiz yerdə dərviş mərəkəsi, bir tərəfdə iki yüz nəfər sarı aşpişirən, səkkiz min səkkiz yüz ciyər kababı pişirən, bir tərəfdən üç yüz min nəfər köhnə başmaq, köhnə şüşə, köhnə sarımsaq və araq şüşələrində rəngbərəng su satan”.
İstəyirdim şəklini çəkib göndərəm, amma doğrusu, bakılılardan qorxuram. Qorxuram inciyələr.
İmzasız
“Molla Nəsrəddin”, 24 mart 1907, №12
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-quba-meydani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gün qəmər əqrəb bürcündə xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftəri açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilanqurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışsaydıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişdikcə biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmayaq. Əzqəza əgər danışsaq da inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacayıq və heç şeydən də şikayətçi olmuyacayıq, zira:Məkon zi gərdişi-giti şikayət,
Ədəbiyyat maraqlılarına müjdəGəncəli Məhəmmədzadə Abdulla Tofiq əfəndinin “Türk ədəbiyyatına bir nəzər” nam əsəri fevral ibtidasından etibarən hər ay başında bir risalə şəklində nəşrə başlanacaq. 25 risalədən ibarət olan bu əsər üç cild üzrə üç min səhifəlik ədəbi bir əsərdir. Türk ədəbiyyatının dövri-ətiq, dövri-təcəddüd və dövri cədidinə dair tarixi, ictimai ədəbi məlumatlar verəcək. Bu münasibətlə osmanlı üdəba və şüərasının haman həpsinin rəsmləri ilə bizə deyiləcək. Səlatini-osmaniyyədən bir çoxunun fotoqrafları da bunlar sırasında bulunacaq.Abunə, yəni müştəri dəftəri açıldı.
Ayineyi-millətYazanı Bakı müəllimlərindən Qafur Rəşad Mirzəzadə Şirvani, Bakı, 1908.İdarəmizə göndərilən həmin kitabça 32 səhifədən ibarətdir və Hacı İsrafil Aydəmirov cənablarının xərci ilə Bakıda bəradərani- Orucovların mətbəəsində səliqə ilə çap olunub.
Leyli xanım ŞahtaxtlıSahib-mənsəblərimizdən məşhur İsa Sultanın qızı Leyli xanım Şahtaxtlı anadan olub 1886-cı ildə Kars şəhərində. 1902-ci ildə Tiflisdə qız institutunu qurtarandan sonra 1904-cü ilin sentyabr ayında gedib Şvetsariyaya və orada darülfünunun həkimlik şöbəsinə girib. Hacı Zeynalabidın Tağıyev cənablarının köməkliyi ilə üç il orada təbabət elmini oxumaqda idi. İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcək idi.Əfsus! Qismət olmadı.
Стихи других поэтов · Сатира
Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Haləti-məstliyində nə olur, ey əyyaş!Haləti-məstliyində nə olur, ey əyyaş!Baxıb ayinəyə görsən əcəba surətini;
Əcaib əsərƏsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.