Ayineyi-millət
Yazanı Bakı müəllimlərindən Qafur Rəşad Mirzəzadə Şirvani, Bakı, 1908.
İdarəmizə göndərilən həmin kitabça 32 səhifədən ibarətdir və Hacı İsrafil Aydəmirov cənablarının xərci ilə Bakıda bəradərani- Orucovların mətbəəsində səliqə ilə çap olunub.
Çapdan çıxan kitablarımızı ciddi surətdə tənqid eləmək bizim təklifimiz deyil. Bu səbəbdən həmin kitab barəsində ancaq bir neçə söz danışmaq istəyirik.
Bu bir neçə sözü də danışmağımıza kitabın 27-ci səhifəsində yazılan bir kəlmə bais oldu.
Kitab sahibi yazır ki, biz “indi maarif silahı ilə silahlanıb mədəniyyət meydanına Teymurxan şurada müqim Molla Əbdürrəhim Talıbov həzrətləri kimi bipərva atılmalıyız”.
Burada biz başa düşmədiyimiz “bipərva” kəlməsidir.
Bu “bipərva” sözünü “qorxusuz” mənasında bilirik. Əgər Mirzəzadə cənabları da bu kəlməni biz məna elədiyimiz kimi eliyir, elədə Mirzəzadə cənabları deyirlər ki, “biz gərək mədəniyyət meydanına Talıbov kimi qorxusuz atılaq”.
Heç başa düşmürük, yəni heç bilmirik və eşitməmişik ki, Talıbov cənabları bir meydana qorxusuz atılsın. Əgər burada müctəhidlər tərəfindən Talıbov yazan kitabların təkfiri nəzərə alınırsa, genə başa düşmürük, ondan ötrü ki, Talıbov kitablarının hamısını bu təfkirlərdən qabaq yazıb. Əgər təfkirlərdən sora Talıbov bir ayrı kitab ilə meydana çıxıb – genə biz bilmirik. Biz ancaq bunu bilirik ki, müctəhidlərin təkfirini eşidən kimi Talıbov küsüb Bakıdan birbaş qoydu getdi əyləşdi Teymurxanşurada öz evində və Tehranda darülşurayi-milliyyə vəkil ola-ola Tehrana getmək istəmədi və getmədi.
Hər şeyi lazımdır öz adı ilə adlandırmaq.
Biz bunu dana bilmərik ki, Talıbov cənabları farslar üçün kitablar yazıb və bəlkə bu kitablarda yazılan bir para mətləbləri qəliz fars dilini bilənlər üçün mənfəətli tapırıq.
Və lakin bunun “qorxusuz meydana çıxmağa” bircə tikə dəxli yoxdur.
Genə nə qədər fikirləşirik, “meydan” əhvalatı heç yadımıza düşmür. Bəli, Talıbovun Bakı meydanında milyonçuların qabağında ikiqat olmağını da gahbir eşitmişik.
Amma burada genə bir əlahiddə cürət lazım deyil.
Biz təəccüb eləmirik ki; biz təəccüb eləmirik ki, bu dövlətmənd və hər bir şeydə biqeyd bir iranlı vətəninin müsibətlərindən özünü kənara çəkib ali imarətində kəmali-asüdəlik ilə otura-otura birdən görür ki, müsəlman qələm sahibləri onun adını “mücahid” qoyublar. Bu müsəlman mətbuatının cibilli xasiyyətidir. Amma biz buna təəccüb eliyirik ki, Mirzəzadə cənabları kitabının adını qoyub “Ayineyimillət”.
Yəqin ki, hər bir iranlının qabağına onun millətinin həqiqi aynasını tutsan – o aynada özgə bir mücahidləri görər, nəinki Talıbovları.
Kitabın 32 səhifəsinin içində biz ancaq 12, 13 və 14-cü səhifələri oxumağı mənfəətli görürük. Qalan səhifələrdə yazılan mətləblər köhnə sözlərdir.
Lağlağı
“Molla Nəsrəddin”, 21 dekabr 1908, № 51
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ayineyi-millet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Tərcüman” qəzetinin dediyi kimi, bilmirəm bizim Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada, hər yerindən qalxan millətin qabağa getməsini müsəlmanların əlifbasına, imlasına isnad edərək, bunların başına gətirdikləri oyun qalmır. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə törüyorlar.Bu sözləri yazır “Tərəqqi”nin 31-ci nömrəsində Əlibəy Hüseynzadə cənabları.
QoqolBu axır vaxtlarda cəmi müsəlman qəzetlərində müsəlman qardaşların gözünə bir belə söz sataşıb: “Qoqol”.İndi müsəlman qardaşlar oxuyub bildilər ki, Qoqol bir məşhur rus yazıçısının adıdır; bildilər ki, bu yazıçı yüz il bundan irəli anadan olub; bildilər ki, məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb; bildilər ki, Qoqolun xidməti rus mətbuatına və rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüzilliyini Rusiyada kəndlərdə də muciklər eşidiblər.
OxucularımızaKeçən vaxtlarda Bakıda və Tiflisdə çıxan müsəlman qəzetlərimizdə bəzi gözəl əşar çap olunardı. Oxucularımızın bir hissəsi əşar sahibini tanıyırdı, amma çoxları da tanımazdı. Lakin misilsiz olan şairimizin kəlamı o qədər mövzun və mənalı idi ki, oxuyan şəxs eləyə bilməzdi ki, təhsin və təqdir etməsin.Bəs hanı o şairimiz?
Heç bilirikmi?Heç bilirikmi nə qayırırıq? Vallah, heç özümüz də bilmirik.Bax, bu günlər Qafqazda və qeyri müsəlman vilayətlərində mərhum Mirzə Fətəlini yad edirlər. Hələ necə yad edirlər! Tiflisdə ərbabi-maarif gecə-gündüz çalışmaqdadırlar ki, mərhumun anadan olmağının yüzilliyini layiqincə bayram saxlasınlar. Bakıda dəxi də artıq: bircə “Nicat” cəmiyyəti səkkiz yüz manat təyin edib ki, bu işə sərf olunsun. Köçərli Mirzə Fətəlinin yüzillik yadigarı naminə bir kitab yazıb. Haqverdiyev habelə. Gəncədə teatr məclisi tərtib ediblər. Hələ gələcəkdə nələr olacaq, nələr olacaq...
Стихи других поэтов
Əqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi