Oxucularımıza ərz olsun ki, bir vaxt var idi, Qaryagin qəzasının Zəngilan mahalında uşaqları çiçək qırmaqda idi. Buna görə Bakıdan oraya təcili surətdə bir ədəd doktor Vahabzadə cənabları ilə bir dənə də şəfqət bacısı göndərildi.

Bu məqaləni yazmaqdan məqsəd nə əhalinin hifzüsəhhə məsələsinə qarışmaqdır, nə də çiçək azarı ilə mübarizəyə göndərilən təbiblərin rəftar və hərəkətini qurtdalamaqdır. Bunların heç birinin “Molla Nəsrəddin” aləminə dəxl-təsərrüfü yoxdur. Əgər Allah-taala Zəngilan camaatının çocuqlarını çiçək azarına müsəllət edib, bu da onun öz işidir; əgər oraya göndərilən hifzü-səhhə məmurları öz vəzifələrini layiqincə əmələ gətirməyiblərsə, – bunu da yazmaq və tənqid etmək bizə borc deyil. Və belə-belə nadinc və mərdümazar işlərə biz heç bir vaxt övqat sərf etməmişik. Bizim təklifimiz məhz şəfqət sözünün lüğəti barəsində bir müxtəsər bəyanat verməkdir.

Doktor Vahabzadə və onun məiyyətində olan şəfqət bacısı Zəngilana varid olanda kəndlilər həkimin yanında naməhrəmi görəndə həkimdən soruşmuşdular ki, bu, kimdir? Cavab almışdılar ki, bu zənən şəfqət bacısıdır.

Zəngilan çocuqlarının anaları da həkimin yanında bu şəfqət bacısını da görəndə dəxi də ürəkləri genəlir ki, Allaha şükür, nəinki çiçəklə mübarizə uçün Bakıdan tək bircə həkim göndərilib, hələ bəlkə bir şəfqət bacısı da gəlib ki, azarlı uşaqlara müalicə olunan zaman onların şəfa tapmağı yolunda bu da bir yandan əlindən gələn köməyi əsirgəməsin və bəlkə hələ anasız xəstə balalara analıq da eləsin.

Xülaseyi-kəlam, özüm də oruc ağız oxucularımıza artıq dərd-sər verməyi lazım görmürəm, müxtəsərcə söyləyim ki, yüz əlli nəfər Zəngilan uşağı çiçəkdən qırılandan sonra bir də baxıb görür ki, həkim də və həmişə onun yanında dolanan şəfqət bacısı da bu yüz əlli uşağın qırılmağından heç xəbərdar da olmayıb, hər ikisi də oradan çıxıb qoyub gediblər. İndi Zəngilan camaatı ispalkoma deyir ki, siz şəfqət bacısının mənasını bizə bir cür təfsir etdiniz; amma biz kənd əhalisi o bacıdan bir şəfqət görmədik.

İspalkom tərəfindən zəngilanlılara belə bir cavab verilibdir ki, doğrudur, sizin azarlı uşaqlarınız o bacıdan bir məhəbbət və şəfqət görmədilər; amma məna genə öz yerində baqidir. Çünki həmişə həkimin hüzurunda xidmətdə bulunan bir şəfqət bacısı, yəqin ki, bikar qalmır və yəqin ki, bir kəsə şəfqət göstərir.

Bizim də sözümüz bu şəfqət lüğətinin təfsiri barəsindədir.

Lağlağı

“Molla Nəsrəddin”, 3 aprel 1926, №14

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Zarafat

Rza şahın şah olmaq söhbətini qabaqlarda mən zarafat sanırdım və indi də zarafat sanıram. Səbəbi budur ki, indiki əsrdə təzədən taxta çıxıb, tac qoymaq söhbətini bir yanda eşidəndə adam elə bilir ki, küçə uşaqları küçədə şah-şah oyunu oynayırlar.Amma İranın işi çox məzəlidir. Bir neçə ay bundan qabaq İranın bıvşi (keçmiş) padşahı Əhməd şah Firəngistandan İrana gəlməyə hazırlaşanda İran azadixahları Əhməd şaha kağız yazmışdılar ki, sənin indiki əsrdə Tehrana qayıtmağın bicadır. Çünki dünyada cəmi hökumətlər cümhuriyyət şəklini aldığı halda, biz iranlılar özümüzü bundan sonra bir nəfər şahın istibdadı altına salmarıq. Hətta Rza şah özü də axırıncı məktubunda bu məzmunda Əhməd şaha bir vəsiyyət yazmışdı. İndi belə məlum olur ki, bunlar hamısı biclik imiş. Demək, beləliklə, biçarə Əhmədin başının altına yasdıq qoymuşlar və qoydular da.

2 мин
Əsil məqsəd nə imiş

Bu günlərdə məscidlərin birində böyük yığıncaq var idi: cəm olanlar hamısı Bakıda yaşayan iranlılar idi. Mən də özümü bir sayaqla məscidə saldım. Məlum oldu ki, camaatın buraya toplaşmağına səbəb Təbriz azadixahlarından Məhəmmədhəsən Əli Zənuzinin təzəlikcə Tehrandan qaçaq surətində bir növ Gilandan keçib özunü Bakıya salmasıdır. Bunun gizli gəlməyinin səbəbi Rzaşahın hər bir nüqatda qoçularının tərəfindən bunun təqib olunmağıdır. Saat 12-də Məhəmmədhəsən Əli Zənuzi minbərə çıxdı və qoltuq cibindən bir nüsxə ruznamə çıxardıb camaata salam verdi və başladı:– Mən bu dəqiqə özümü xoşbəxt hiss edirəm ki, bir çox qorxulardan sonra burada vətən qardaşlarımla görüşmək və dərdimi onlara açıb söyləmək mənə müyəssər oldu. Ərz edirəm ki, qəlbimdə və ruhumda olan mənim mənəvi yaram nə qədər təhlükəli də olmuş olsa idi, bu məclisdə mənim cəmi dərdlərim şəfayab olacaqdır.

2 мин
Moizə

– Biz aciz bəndələrə heç bir vəch ilə ixtiyar verilmir çox arvadlılığın yaxşılığı və pisliyi barəsində fikir və xəyalata düşmək və mübahisəyə girişmək.– Sənin borcundur bu məsələləri eşidəsən və öyrənəsən. Qasım bəy məscidində, oranın vaizlərindən.

1 мин
Türkcə kəlmələr haqqında araşdırmalar

Farsların türklərdən götürüb mənimsədikləri sözlərdən biri də “Pənd” yəni nəsihət kəlməsi olub, əsli türkcədir. Farsca “Pənd” kəlməsi türkcə “Pəndim” sözündəndir ki, dəyirmançılıq aləmində istemal olunur. Habelə təbabətdə də işlənir və axır vaxtlarda hətta nəşriyyat dairələrində də gözə çarpmaqdadır.Dəyirmançılıqda “Pənd” kəlməsi məsələn: Şagird dəyirmanın boğazına dəni həddindən ziyadə tökəndə və dəyirmanda dəni öyüdə bilməyəndə işlənir. Görürsən usta şagirdə pənd və nəsihət eləməyə başlayır ki, a balam, bu qədər dəni dəyirmanın boğazına tökməmiş bir qabaqca mülahizə eylə gör o dəni öyüdüb un eləməyə dəyirmanın gücü çatacaq ya yox. Çünki məlum şeydir ki, gücü çatmasa, dəyirman pəndim olub dayanacaq.

2 мин

Стихи других поэтов · Сатира