Əsil məqsəd nə imiş
Bu günlərdə məscidlərin birində böyük yığıncaq var idi: cəm olanlar hamısı Bakıda yaşayan iranlılar idi. Mən də özümü bir sayaqla məscidə saldım. Məlum oldu ki, camaatın buraya toplaşmağına səbəb Təbriz azadixahlarından Məhəmmədhəsən Əli Zənuzinin təzəlikcə Tehrandan qaçaq surətində bir növ Gilandan keçib özunü Bakıya salmasıdır. Bunun gizli gəlməyinin səbəbi Rzaşahın hər bir nüqatda qoçularının tərəfindən bunun təqib olunmağıdır. Saat 12-də Məhəmmədhəsən Əli Zənuzi minbərə çıxdı və qoltuq cibindən bir nüsxə ruznamə çıxardıb camaata salam verdi və başladı:
– Mən bu dəqiqə özümü xoşbəxt hiss edirəm ki, bir çox qorxulardan sonra burada vətən qardaşlarımla görüşmək və dərdimi onlara açıb söyləmək mənə müyəssər oldu. Ərz edirəm ki, qəlbimdə və ruhumda olan mənim mənəvi yaram nə qədər təhlükəli də olmuş olsa idi, bu məclisdə mənim cəmi dərdlərim şəfayab olacaqdır.
Söhbət dünya xəlq olunandan bu vaxtadək iranlıların başına gələn müsibətlər üstündədir. Bugünkü gündə ətrafımızdakı qonşu millətlər azadlıq nəfəsi aldıqları halda, biz bəxti qarə iranlılar da bu azadlığın yavuqlaşmağına ümidvar olmaq istəyirdik ki, tam bu vaxtda bir nəfər mazandaranlı özünü şah elan etməklə genə biz əhalinin başına böyük bir daş saldı. Əl-ələ verib, bu ağır daşı öz üstümüzdən qaldırıb kənara tullamayınca biz bu daşın altında ah-zar edəcəyik.
Bu sözlərdən sonra Məhəmmədhəsən Əli Zənuzi əlindəki ruznaməni açıb dedi:
– Qardaşlar, söylədiyim sözlər köhnədir. Təzə söhbət burasındadır ki, bu saat İranda fars millətçiləri danışmaqdadırlar.
Fars millətçiləri deyirlər ki, Əhməd şahı biz ondan ötrü taxtdan yendirmədik ki, şahlığı biz dost tutmuruq. Xeyr, ondan ötrü yendirdik ki, Qacarlar türk nəslindəndirlər.
Sözümün sübutu üçün mən sizə bir vəsiqə gətirmişəm: bu, Gilanda Rza şahın tərəfdarlarının pulu ilə nəşr olunan “Səlamət” ruznaməsidir. Görün, həmin ruznamə üçüncü şumarəsində nə yazır: “Məqsəd əz xəli-Əhməd şah nəinki təbdili-üsuli-idareyi-nizami bəcümhuriyyət bud. Nə, nə, nəuzübillah! Bəlkə təvizi-taifeyi-quldurasai-Qacariyanitürki bəsülaleyi-tahireyi-nəcib Pəhləviyi-farsi bud”.
Bu fars millətçilərinin sözü.
Qardaşlar! Mən də sizi buraya dəvət edib hamınıza deyirəm: biz o millətçilərə belə cavab verməliyik ki, biz İran azərbaycanlıları üçün farslar da qardaşdır, türklər də qardaşdır, erməni, rus, gürcü, yəhudi – hamısı qardaş, yoldaşdırlar. Amma bir nəfər türk – elə ki, padşah oldu – bizim üçün zibildir; bir nəfər rus, erməni, yəhudi, gürcü də elə ki, padşah oldu, bizim üçün genə zibildir. Habelə bir fars da bizimlə qardaşdır; amma helə ki, taxta çıxıb padşah oldu, genə biz İran türkləri üçün zibil oldu.
Burada natiq nitqini qurtarıb, alqışlar altında aşağı düşdü.
Xalq dağılmağa başladı, mən də durub yola düşdüm.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 2 yanvar 1926, №1
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-esil-meqsed-ne-imis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən bu qədər ki, mənə kağız yazıb şəkil və məqalələr istəyirsən. Mən çox nigaran və narahat oluram ki, damağım olmur sənə lazımınca kömək edəm. Genə şükür ki, sən işləri elə ötüşdürürsən ki, bir növ, təskinlik tapıram barı. Pul işləri genə məni məşğul etməkdədir. Məsələn, yanvarın 15-də iki veksel var: Bıxova iki yüz və Səmədova yüz əlli manat.Söz yox, indi abunə pullarından borclarımızı verə bilərik, amma bir şey var ki, sən mənim yazdığıma görə pulları kassaya qoymuş olardın və ayın 15-də qəflətən pul tapa bilməzdin vekselləri alasan (çünki kassadan dəxi sənə geri verməzlər).
Həmidə! (14 iyul 1911)İki gündür Xankəndindəyəm. Sənin teleqramın dörd gün Məmmədəlidə qalıb. Srağa gün Xankəndinə gəlib aldım və dünən Ələkbərə göndərdim.Bu gün balaca Ənvərin mədəsi yenə xarablayıb. Uşaqlar sağ-salamatdırlar. 5 – 6 gündən sora mən Tiflisdə olmalıyam. Bilmirəm gəlmək fikrin var, ya yox. Xala Kislovodskdadır və ünvanını yazıb göstərməyib, odur ki, sənə yenə Yesentukiyə yazıram. Yevlaxdan Xankəndinə avtomobil işləyir, Şuşaya 10 manata aparırlar. Sən avtomobillə Ağ körpüyə qədər gəl, oradan bizə xəbər göndər, dalınca gələk. Belə yaxşı olar, yoxsa fayton tapmarıq sənin dalınca göndərək, qazalağımızı isə yabılar oraya gətirib çıxara bilməzlər.
Məmmədəli! (23 avqust 1911)Bu gün zakaznoy kağız içində 50 manatlıq çek göndərdim. Kağızı tez al və pulu al haman bankdan Bıxovun 50 manatlıq vekselini çıxart, saxla. Təfsili haman kağızdadır.Cəlil
Əzizim Məmmədəli! (1911)Bu gün Səmədovlara tel vurdum, sənə 50 manat versin. Jurnal gəlmir, bilmirəm niyə?Evdən və uşaqlardan muğayat ol.
Стихи других поэтов · Сатира
Mİn il yazasan da bu müselman başa gəlməz,Nadandı ki, nadandı ki, nadan, başa gəlməz.
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
Qurban BayramıИдет, идет курбан-байрам к нам опять,И все, кто важен, толстобрюх - наша знать,
YatıramMən də, ay can, nə qədər yatsa müsəlman, yatıram,Məni dindirmə, qoy asudə, ay oğlan, yatıram.