İstəyirdim bu gün uşaq teatrı barəsində bir neçə söz yazam. İstəyirdim yazam ki, aya, nə səbəbə böyükləri teatra cəlb eləmək yolunda bu qədər zəhmətlər sərf eləyənlər uşaqları bir dəfə də olsa, yada salmırlar? İstəyirdim yazam ki, bunun çavabında teatr “sahibləri” deyəcəklər ki, uşaqlar üçün pyeslərimiz yoxdur; onda mən yazacaq idim ki, az qala cürbəcür dillərdə pyeslərin tərcüməsinə bu qədər pullar ötürüldüyü yerdə nə olardı ki, uşaq pyesi yazmağa da bir neçə qəpik-quruş verilə idi ki, kasıb və bikar yazıçılarımız nə qədər kefləri istəyir uşaq aləminə dair teatr əsərləri yazıb tökə idilər meydana. Xülasə, bu barədə bu gün istəyirdim bir məqalə yazam; amma bir qədər fikirləşdim və gördüm ki, mənim bu yazmağım bir nəticə bağışlamayacaq. O səbəbə bağışlamayacaq ki, mən yazdığım töhmətin qabağında teatr sahibləri elə bir dəlilli və isbatlı cavab verəcəklər ki, hələ mən onların yanında borclu çıxacağım.

Onlar mənə iki dəlilli və isbatlı cavab verəcəkdilər: biri budur ki, deyəcəkdilər ki, biz əgər uşaqları teatra cəm eləmək fikrinə düşmürük, bunun səbəbi budur ki, biz müsəlmanıq və uşaqlarımız da müsəlman balalarıdı. Və məlumdu ki, müsəlman içində uşaqları həmişə böyüklərdən uzaq saxlayıblar və böyüklərin məclisindən onları qoruyublar və yenə qoruyurlar və yenə uşaqları kişilərdən qorxulu saxlayıblar. Əlbəttə, Şərq aləmində bunun bir səbəbi və mənası var. Ancaq bunu hamı bilir ki, bir məclisə, ya bir evə kişi qonağı gələndə uşaqları da arvadları qovan kimi qovublar qaranlıq otağa.

Amma bu cavabdan savayı teatr müdirlərimizin ikinci cavabı da var ki, qabaqkı cavabdan da tutarlıdır: onlar deyəcəklər ki, uşaqlar üçün gündüz teatrına heç bir ehtiyac yoxdur; çünki hər gecə böyüklər üçün verilən teatrlara nəinki məktəb şagirdi, hətta əmcək uşaqları da analarının çarşabı altında ağlaşa-ağlaşa gəlməkdədirlər.

Əgər bunun da qabağında götürüb yazasan ki, gecələr böyüklərə göstərilən eşqbazlıq nümayişlərini on iki yaşında uşaqlara göstərmək yaramaz, – onda cavab verəcəklər ki, çox əcəb yarar. Sən deyirsən yaramaz, – bu sənin əqidəndir, amma mənim də rəyim budur ki, bunun heç bir kəsə bir ziyanı yoxdu.

Lağlağı

“Molla Nəsrəddin”, 31 yanvar 1925, №5

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Kifayət deyil

O idarə qulluqçuları ki, eydi-mübarəki-rəməzanda qulluqdan azad olub, bütün gün gəzməklərinə getdilər, yainki səhərdən axşama kimi evlərində yatdılar, onlar güman etməsinlər ki, onların boynunda dəxi başqa bir təklif yoxdur.Eydi-şərifi-rəməzanda məktəblərdən, nəşriyyat idarələrindən, maarif müəssisələrindən azad olub tətilə qalmış və bayram şəraitini əmələ gətirməmiş müsəlman və müslimələr şəriət sahibinin yanında müşğüzümmə ola bilərlər.

1 мин
Ammalar

Bu saat bir çox yerlərdən xəbər gəlir və bunların da görürsən biri “Amma”ilə qoyur, biri “Lakin” ilə qurtarır. Biri “fəqət” ilə qurtarır, biri “ancaq” ilə qurtarır və habelə. Bunlar bizim yazımızda olmasaydı, işlərimiz çox əla surətdə keçərdi.Hər gün qəzalarımızdan bir xoş xəbər eşidirsən. Amma axırda görürsən ki, bu xoş xəbərin quyruğunda ya bir “Amma” var, ya “Fəqət” və ya yuxarıda yazdıqlarımızdan biri.

2 мин
Təlimi-doxtəran

Pəhləvidə çıxan “Nisvani-Şərq” ruznaməsi iyirmi səkkiz rəməzanda yeddinci nömrəli nüsxəsində yuxarıdakı mövzua dair bir məqalə başlayıbdır.Bunu mən başdan axıradək artıq maraqla oxudum; çunki Pəhləvi kimi bir müqəddəs şəhərdə qızların tərbiyəsi barəsində, aya, görəsən, nə kimi təzə bir söz danışmaq olar?

2 мин
Tabut içində

Özəklərin namizədlərinə ibrət olsun. Səkkiz apreldə getmişdim Padar kəndinə. Gördüm ki, məscidin qabağı adamla doludur. Nə var?Uzaqdan gördüm ki, ortalıqda bir tabut var. Yavuq gəlib gördüm ki, tabutun içində bir adam var, amma paltarlıdır, kəfənli deyil. Dedim:

1 мин

Стихи других поэтов · Сатира