Qəzetələrdə gözümüzə bir belə yazı sataşdı:

Bir nəfər yazıçı : “Bədbin” imzası ilə yazır ki, Bakı komunxozu alverçilərdən naloq almaqda o qədər tərəqqi edib ki, bir nəfər küçədə susatan uşağa ayda on manat naloq təyin eləyib. Məqalə sahibi komunxozların bu cür naloq almağını oxşadır keçən vaxtlarda İranda bir şəhərin komunxozunun əhalidən naloq istəməyinə. O vədə şəhərin hakimi hökm eyləmiş imiş ki, hər pinəçidən əlli tümən alınsın. Çünki pinəçilik böyük ticarətdi və hər bir çolağdan əlli tümən alınsın. O səbəbə ki, çolağın ikiayaqlılara nisbətən başmaq xərci yarıbayarı azdı. Keçəllərdən həmçinin əlli tümən alınsın. Çünki keçəllərin dəllək xərci yoxdu. Bundan da savay hər bir Məmmədəli adlı əhalidən yenə əlli tümən alınsın. Bu səbəbə ki, İranda Məmmədəli adında adam çoxdu.

Həmən şəhərin naloqyığanı düşür bazara və rastına gələn bir pinəçidən əlli tümən istəyən kimi biçarə dik atılır ayaq üstə. Məlum olur ki, pinəçi bir qıçlı imiş. Aha, əlli tümən də dübarə verəcəksən. Pinəçi istəyir etiraz eləsin. Naloqçu onu itələyir, papağı düşür yerə. Baho, sən ki, hələ keçəl imişsən. Xülasə, nə başını ağrıdım, bu qilu qalə adamlar yığışır, bəlkə pinəçiyə imdad eləsinlər. Məlum olur ki, bu evi xarabın hələ adı Məmmədəli imiş də. Üç qat əlli tüməndən savay bunun üstünə əlli tümən də gəlir. Axırını Allah bilsin nə olur.


Bu çürümüş sözlər bir qəpeyə dəyməz. Sonra əgər məqalə sahibi İran işlərindən bu rəvayəti yazmaq da istəyir ki, Bakı Komunxozuna sataşsın. Bu nahəqq bir fikirdir. Hər şəhərin bir komunxozu olar. Şəhəri idarə etməkdən ötrü hər bir tacirdən müəyyən vergilərdən cəm olunur ki, şəhərin abadlığı və təmiri yolunda məsrəf olunsun. İkinci də budur ki, xah pinəçi oldu, xah küçədə susatan oldu, bunların hamısı tacirdi. Qələt eləyirlər. Əgər indidən bunlara rəhm olunsa və xod verilsə, bir də baxıb görəcəksən ki, pinəçi sabah döndü bir başmaqçı oldu. Susatan da böyüdü, axırda bir limonadsatan və bəlkə də bir çayxana sahibi oldu.

Məqalədə yazılıb ki, susatan uşaq Məmmədəli Bakı Komunxozundan bir ərizə yazıb, verib Azərbaycan İcraiyyə Komitəsinə və ərizənin başında yazıq uşaq belə xitab edir:

– Ey qüdrət sahibi Azərbaycan İcraiyyə Komitəsi! Mənə rəhm eylə, mənə imdad et! Bunların hamısı keçəndən sonra biz də öz tərəfimizdən Bakı komunxozuna üzümüzü tutub, deyirik:

– Ey qüdrət sahibi, Bakı komunxozu! Aman günüdü, özünü bərk saxla! Məbada susatan Məmmədəli uşağa xod verəsən. Şəhərimizin abadlığının nicatı məhz onun və onun yoldaşlarının vergilərindən asılıdı, aman günüdü, özünü bərk saxla!

Lağlağı

“Molla Nəsrəddin”, 17 yanvar 1925-ci il, №3

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tök!

– Tök, mən ölüm tök, şəriət sahibinə qurban olum: namazımı öz vaxtında qılıram, orucumu tuturam, bu bir stəkan çaxırımı da, əlbəttə, Allah mənə bağışlar, günah yazmaz. Götür, götür stəkanı. Sağ ol, içirəm sənin sağlığına!Ata və anam sitayiş etdiyi dini mən də müqəddəs tuturam və arzu edirəm ki, cəmi müsəlman qardaşlarım Allah-taala göstərdiyi yolla gedib müsəlmançılıqda bərqərar olsunlar. Amma bununla bərabər, piş əzvəqt camaatımızın tərəfindən üzr istəyirəm və şəriət sahibinə iltica edirəm ki, bir para ümmətlərinin günahından keçib, qeyri mömün qardaşlara bağışlasın.

3 мин
İmtahan

Axır vaxtlarda yenə bu cür söhbətlər tez-tez aralığa qoyulur ki, Qafqazda bir mədrəseyi-ruhaniyyə açmaq lazımdır ki, orada oxuyub qurtaran mollalar Avropa elmlərindən bir növ xəbərdar olsunlar. Və bu cür mədrəsəni müsəlman camaatı üçün mənfəətli qələmə verirlər və bu cür sözləri də danışanlar özlərini müsəlmanların xeyirxahlarına oxşatmaq istəyirlər.Əgər biz bu əmrə etiqad eləsək, əgər biz bunu təsdiq eləsək ki, Qafqaz mollalarımız bir əlahiddə mədrəsəyə möhtacdırlar, onda gərək biz bunu da boynumuza alaq ki, guya xudanəkərdə, belə məktəb qurtarmayan ruhanilərimiz – naqisdirlər.

3 мин
Müsəlmançılıq

Hər kəs Tiflisdədir və hər kəs ki, axır vaxtlarda müsəlman və rus qəzetlərini oxuyur, – o bilir ki, Tiflisdə müsəlman məhəlləsində müsəlman camaatından ötrü bir teatr qayrılır və bu binanı qoyan və əmələ gətirən Yusifbəy Tahirovdur.Bu xüsusda Tahirov cənablarının tərifini qəzetlərdə hamı gərək oxumuş ola. Mən də oxumuşam və bir dəfə də yox, beş dəfə, on dəfə. Nə bilim, hər gün yerindən durursan və qəzeti əlinə alıb görürsən ki, yazılıb teatr belə oldu, Yusifbəy Tahirov elə oldu.

3 мин
Artistlər

Dünən vağzalda bir cavan oğlan, əlində çamadan sol əlində paltosu, adamların dal tərəfindən gizlincə istəyirdi ki, çıxsın platformaya. Ona oxşayırdı ki, Tiflisdə mehmanxanaya borclu qalıb xəlvətcə əkilir ki, borc sahibi bilməsin.Maşın fışqırıqladı, çıxdı getdi.

1 мин

Стихи других поэтов · Сатира