Xəbərdarlıq
Bu axırıncı xəbərdarlıqdır ki, mən cürət ilə Bakının Komunxoz idarəsinə verirəm və heç zarafat da eləmirəm. Çünki Komunxoz ilə mənim heç zarafatım yoxdur.
Bakının Zinoyev küçəsinin yanında bir küçə var ki, onun adını Çeçerin küçəsi qoyublar.
Bu küçədə bir böyük yanmış evin xarabası var. Evin sahibi bir nəfər Tarayev imiş ki, mən onu nə qabaqlarda tanıyırdım, nə indi tanıyıram və tanımağa da nə vaxtım var, nə də həvəsim var.
Amma bu Tarayevin başına nə iş gəlibsə, nə iş gəlməyibsə, ancaq onun böyük bəxti var imiş. Səbəb odur ki, bu kişi durduğu yerdə müftə-müftəcə elə bir şöhrət tapdı ki, çox-çox böyük adamlar milyonlarca xərc qoysa idi belə şöhrəti qazana bilməzdi.
Əhvalat belədir ki, həmin Tarayevin evi böyük zibil anbarı olubdur. Çünki o məhəllədə hər bir kəsin ki, zibili var, gərək gətirə Tarayevin evinin xarabasına tökə. Bu barədə qəzetələrdə neçə dəfə də yazıldı və “Molla Nəsrəddin”də neçə-neçə dəfə nahaqq yerə yazdı.
Sözüm orasındadır ki, həmin küçə bir zərbülməsəl olubdur: Hər kəsin ki, əlində bir zibil torbası var, bilir ki, hara töksün və hər bir kəsdən soruşduqda ki, bunu hara töküm? Hamı bu küçəni nişan verir.
İndi mən də buna təəccüb edirəm ki, doğrudan əgər Komunxoz idarəsi Tarayevin küçəsinə bir ad axtarırdı. Qoysun, yaxşı deyilmidi ki, prosto zibil küçəsi qoyaydı. Dəxi Çeçerin yoldaşın adını niyə qoyurdu?
İndi mənim əlacım kəsilib, Bakının Komunxoz idarəsinə xəbər verirəm və bir həftə də möhlət verirəm ki, əgər bundan sonra yenə zibilçilər oranı zibilxana halında saxlayırlar. Onda mən də yoldaş Çeçerinə bu əhvalatı xəbər verəcəyəm. Dəxi onda heç kəs məndən inciməsin.
Bax! Zarafat eləmirəm ha!
Cırcırama
“Molla Nəsrəddin”, 12 sentyabr 1925-ci il, №37
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xeberdarliq-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yazıb məlum edirik ki, Sizin abunəçilərinizə:1) Verx[nyaya] slobodka Ali Novruzali oqlı, 2) St. Qandja Verx[nyaya] slobodka İsfendiyar Rzaevu, 3) St. Qandja Nij[nyaya] slobodka Djabrailu Mamedovu – göndərdiyimiz jurnalları poçt geri göndərib, yazır ki, tapa bilmədik.
Həmidə! (28 fevral 1929)Midhətlə Tiflisə getmişdim. Orada sənə kağız yazdıq. Mən olmayanda Azərbaycan MİK sənin ərizəni Dağlıq Qarabağa göndərib ki, öz fikirlərini yazsınlar. Dünən Azərbaycan MİK-nə getdim və elə dünəncə Azərbaycan MİK-i tərəfindən Xankəndinə teleqram vuruldu ki, cavabı ləngitməsinlər. Zənnimcə sənin səs məsələn müsbət həll ediləcək; odur ki, narahat olma.Tiflisdə uşaqlar bizim gəlişimizdən çox şad oldular. Biz hər gün bir yerdə olurduq. Hətta Yusifxan bizim hamımızı sirkə qonaq elədi, sirk uşaqlar üçün çox maraqlı oldu.
Həmidə! (19 aprel 1929)İndicə Ənvər Şuşaya, sənin adına 40 manat pul yola saldı. Gecikməyimin səbəbi təqaüdümün gecikməsidir. Təqaüdlərin hamısını dəyişdirmək barədə məsələ qaldırırıq, görək nə olacaq. Odur ki, mən sənin üçün Şuşada bahalı mənzil tuta bilmirəm. Hər halda necə olur-olsun ev sahiblərinin sözünə əməl eləməli və evlərini boşaltmalısan.Müzəffər və Münəvvər səsləri barədə verdikləri ərizənin nəticəsini gözləyirlər, zənnimcə [müsbət] cavab alacaqlar. Müzəffər hələlik jurnala kömək eləyir. Münəvvər də [evin] təsərrüfat işlərinə baxır. Uşaqlar oxuyurlar. Hələlik bir yenilik yoxdur.
Həmidə! (8 iyun 1929)İrəvan, çərşənbə*Çoxdan sənə müfəssəl məktub yazmıram. Odur ki, indi həyatımdakı bəzi yeniliklər haqqında İrəvandan sənə yazmaq istəyirəm. May ayında gürcü yazıçılarının nümayəndə heyəti Azərbaycan yazıçıları ilə tanış olmaq üçün Bakıya gəldilər. 18 nəfər idilər. Onlar burada bir həftə qaldılar və hər gün onların şərəfinə yığıncaqlar, hərdənbir də qonaqlıq düzəldildi. Söz yox, onlar da yola düşəndə bizi Tiflisə qonaq çağırdılar. Biz Tiflisə hazırlaşdığımız zaman erməni yazıçıları da teleqrafla bizi İrəvana dəvət etdilər. Mən heç getmək istəmirdim, amma Midhət çox təkid elədi ki, boyun qaçırmayıb gedim. Yoldaşlar da əl çəkmədilər. Razı oldum. Yola düşmək ərəfəsində Müzəffərlə Münəvvər Bakıya gəldilər. Mən onları qoyub getməli oldum. Müzəffər bir neçə həftədən sonra kəndə qayıtmaq istəyirdi. Münəvvər isə müalicə elətdirməyə hazırlaşırdı. Midhət hələ imtahan verir, fikri var ki, iyula qədər imtahanlarını verib dincəlmək üçün Şuşaya gəlsin.
Стихи других поэтов · Сатира
Gəldi çün-mahi-məhərrəm, bu müsəlman ayıdır,Müftəxor mollaların hər gecə ehsan ayıdır.
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.
Kişilər deyirlərVallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.
Səbribəyzadə, bizi atma, amandır, getmə!..Millətin halı bu gün xeyli yamandır, getmə!