Yadigari-həzrət İbrahim Xəlil
Yaxud “Qurban Bayramı”
Tarixin göstərməyindən belə anlaşılır ki, həzrət İbrahim Xəlil zilhəccənin onuncu günü sübh tezdən yerindən durub Həcərdən olan balaca oğlu İsmayıla dedi: “Bala, dur gedək!”. Oğlu başladı getməyə və gördü ki, atası bıçaq və kəndir də götürür, tifil soruşdu: “Ata, məni hara aparırsan?”. Atası cavab verdi: “Oduna”. Həzrət İbrahim çölə çıxıb qəfildən yapışdı oğlunun xirtdəyindən, basıb qoydu ayağının altına, bıçağı çəkib başladı yazıq uşağın başını kəsməyə. Məsum balası başladı yalvarmağa ki, “ay ata, aman günüdür, mənim axır günahım nədir ki, məni öldürürsən?”. Bir tərəfdən uşaq yalvarır, bir tərəfdən də gözləri qızmış həzrət İbrahim bıçağı daşa çəkir ki, itiləsin. Elə bıçağı uşağın boğazına çəkdiyi əsnada, yuxarıdan Allah-taala qeyzə gəlib çağırdı: “Dayan, dayan! Yekə kişi, qudurmamısan ki! İnsan da ağlı başında ola-ola, məgər oğlunun qanını tökər? Ay vəhşi, ay nainsaf!”.
Həzrəti İbrahim əl saxladı və kənarda (yalan olmasa) bir qoç görüb yırtıcı, nə bilim, nə kimi hücum çəkdi qoçun üstə, qırğı sərçəni alan tək heyvanı yerə yıxıb, bıçağı soxdu qarnına və qanı axan kimi, həzrətin də hirsi soyudu, İsmayılı götürüb başladı evinə getməyə. Uşaq yolda qorxusundan ağlayırdı və burnunu çəkə-çəkə və qorxudan titrəyə-titrəyə deyirdi: “Dədə, sən Allah, ta məni öldürmə!”.
Bu səbəbə görə Xəlilullahın yadigarı üçün hər il zilhəccə ayının onuncu günü qurban kəsmək vəhşi ərəblərə və bizlərə vacib olubdur.
Bu səbəbə görə qurban bayramına bir neçə gün qalmış hər bir müsəlman kasıb da olsa, gərək qurban ala, tək ala bilməsə, – qonşusu ilə şərik ola, pulu da olmasa, – borc eləyə, pul borc verməsələr də, – qurbanı nisyə ala, nisyə verməsələr də, – oğurlaya, yainki qoç sahibilə söyüşə, vuruşa.
Xülasə, hər necə olmuş olsa, gərək hər bir müsəlmanın evində qan tökülə.
Eydi-əzha aləmi-islamda ən ali ən təntənəli eydlərin biridir. Bu gün küreyi-ərzin müxtəlif yerlərində sakin olan müsəlmanlar qurban kəsməyə məşğuldurlar. Bununla belə aləmi-islama nəzər ediniz: vüsətli bir məzarıstan, camaat vəhşi, düşmən qəvi, maarif yox, üməra binamus, ticarət pozğun, ziraət pəjmürdə…
Bircə təskinlik budur ki, qəzetlərimiz başdan ayağadək qurban bayramı ilə məşğuldurlar.
Allah özü cəmi qələm sahiblərinin ömri-şəriflərini eydi-əzha məqalələrindən də uzun eləsin!
Yenə nə yaxşı ki, belə-belə bayramlar var idi; yoxsa qeyri millətlərin qabağında durmağa heç bir gücümüz olmayacaq idi.
Bu gün eydi-şərif münasibətilə cəmi din qardaşları təbrik və cəmi nəzirlərin dərəceyi-qəbula yetişməyini cənab həqdən istida edirik.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 noyabr 1911, №42
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-yadigari-hezret-ibrahim-xelil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.
Əzizim Baba! (Bakı, 7 iyun)Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfdə qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir.Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik.
Həmidə!Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.
Əzizim Məmmədəli!Kağızların çatır. Povestkaları və kitabçaya qol çəkib göndərdim. 44 manat 81 qəpik alacaqsan. Pulu al və lazım olan yerə xərc elə. Manyanın sözünə qulaq asma, çünki o gərək sənə tabe olsun, nəinki sən ona. Amma çox ehtiyacı olanda kömək elə. Bəlkə paltarı və çəkməsi cırılıb. Qərəz sən sahibi-ixtiyarsan. Vera Akimovna ilə də bir tövr rəftar eləyin.Qonaqlar gəlib bir-iki gün qalacaqlar bizdə. Vera Akimovna necə ki, mənim otağımda qalır, qalsın. Aşbaza da nahar sifariş ver ki, həmi qonaqlar, həmi ev adamlarımız korluq çəkməsinlər. Münəvvərin kitablarını al. Bilirəm, kürd arvadı kimi 44 manatı bəhanə eləyib, 44 yüz manatlıq sifariş edirəm, amma başını sal aşağa və nə cür ağlın kəsir o tövr elə.
Стихи других поэтов · Сатира
Gəldi yenə orucluqMeydanə, ay can, ay can!
ElanGözəl-göyçək oğlanam,Sağ olsun atam-anam.
OlacaqsanVarsa hünərin cəhd elə ərbabi-fəsad ol!Min fitnə törət, şan qazan, sahibi-ad ol!
DOĞRUЕсли б каждый правдой жил, лживый к слову был бы строг –И растерянный народ что-нибудь понять бы смог.