Yandım-yaxıldım
Dedilər: Kəndlərdə mal azarı var.
Bunu gördüm.
Amma deyirdilər: Bu azarın dalına düşüb, qovalıyan mal
həkimləri də var.
Vallah bunu mən görmədim.
Deyirdilər: Azərbaycanın bu başından başlamış o başına kimi
kəndlilərin malı qırılmaqdadır.
Bunu gördüm.
Amma o ki, deyirdilər: Mərkəzdən kəndlərə mal həkimləri göndərilib, dava-dərman göndərilib, feldşerlər göndərilib və pul göndərilib.
Vallah, görmədim.
Varmışsa da, hər yana getdim, soruşdum, bir sorağ verən olmadı.
Biri deyirdi: Eləcə bu saat qabağından getdi. O biri dedi: Eləcə bu saat qabağından getdi. Ancaq mən görmədim.
Deyirdilər ki, mal həkimləri mallara iynə vururlar ki, daxi azarlamasınlar. Bunu gördüm və eşitdim.
Ancaq o yerlərdə ki, mallara iynə vurulub, o yerdə ki, gözləmək olardı ki, mal azarı daxi yox olsun, yainki azalsın.
Vallah, bunu görmədim.
Bir də eşitmişəm ki, bir yanda ki, mal xəstəliyi ittifaq düşdü. Həmən xəstə malı lazımdır öldürmək. Dərin xəndək qazmaq və elə quylamaq ki, o heyvandan bir qoxu və əsər qalmasın. Beləliklə, özgə mala bu azar daxi toxunmasın.
Ancaq bu yay fəsli mən dağları, daşları gəzdim, dolandım və hər qədəmdə və hər kənddə və hər obada gördüm ki, burada-orada eləcə azarlı maldar ki, yıxılıb ölür.
Tək bircə dəfə də ittifaq düşmədi ki, bu xəstə mal cəmdəyini quyluyub, puç edələr ki, qeyri-salamat mallar gəlib bunu qoxulamasınlar.
Yandım-yaxıldım, görmədim.
Ancan hərdən quluğıma çatırdı ki, filan kəndin mallarına iynə vuruldu və iynə vurulan mallardan ölən də oldu, qalan da qaldı və bala salan da oldu.
Amma o qədər ki, “Çuma” deyilən azarının dalına düşmək və onunla mübarizə aparmağa kitablarda yazırlar.
Elə bu bir mübarizəni və mübarizə edəni mən üç ay yayın müddətində görmədim.
Yandım-yaxıldım, görmədim.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, sentyabr 1926-cı il, №37
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-yandim-yaxildim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çün yoxdu pulun ətləsə, dibayə, qumaşə,Çün çatmır əlin küftəyə, bozbaşa və aşə,
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
Lisan bəlasıÜç kəlmə hikmət kəlmələrindənHər kəs danışsa, əlbəttə, öz-özünü xar, zəlil və naçiz edər. O səbəbə ki, insanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki, dilindən yetişir. İsa əleyhüssəlam həzrətlərinə ərz elədilər:
Atalar sözüDunyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın, şüəranın sözləri hala baqidir. Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb-məsəllərindən “Atalar sözü” namilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəsturüləməl etsinlər.Atı atın yanında bağlasan – xan görüb deyər: Birini bağışla mənə. Ata malı olan yerdə özün qazandığın haramdır.
Стихи других поэтов · Сатира
Qurma bihudə, a Molla, bu qəder hengamə sən,Bisəmərdİr hər qədər qılsan fəğan İslamə sən.
Rüşvətlə mübarizə zamanıAr eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.
Şair və artistŞ a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
Zəmanənin tənqidiEy xudavəndi-cəhan, aləmi əsrari-xəfi,Bu nə kavuşü, nə qovğavü, nə cəngü, nə cədəl?