Nə dəxli var?
Aptek müdiri
Biri yazır ki, Şuşa aptek müdiri qənaət uğrunda böyük səy və təlaş edir. Belə ki, həkim yazdığı reseptlərin davasını yüngül çəkir və nəticədə iki qram əvəzinə heç yarım qram da vermir.
Bu belə.
Amma o biri müxbir yazır ki, aptek müdirinin uşaqları hər gün minmək üçün iki at kirayə eləyir. Biri üç manatdan ikisi altı manata ki, ayda eləsin yüz həştad manat.
Xab, atın davaya nə dəxli var?
Üçüncü müxbir də yazır ki, Şuşa aptekxanasının müdirinə hər dəfə qonaq gələndə, o günün sabahısı bir yeşik Borcom suyunun və bir yeşik də Narzan suyunun yolda sınmağına rəsmi akt bağlanar. Akt bağlanandan sonra iki yeşik boş butulkaya bazardan müştəri axtararlar. Müştərilər də bu şüşələrin birinə beş qəpeyk verib, alırlar və aparıb turşsu doldururlar və onlar da, beləliklə, özlərinə ticarət yolu tapırlar.
Amma vaqiən Qarabağın da bu türşsuyu çox ləzzətli sudur.
Bu il turşsuya da çox adam gəlmişdi. Hətta Molla Nəsrəddin əmi özü də orda idi.
Pəh-bəh! Maşaallah məqalə yazan! Gör haradan başladı, harada qurtardı.
Əvvəl aptekxananın davasından başladı, keçdi minik atlara, müdirin qonaqlarına, sonra da boş butulkalara.
Axırda da molla əminin turşsuya gəlməyinə.
Yəqin ki, məqalə sahibinin bir sözü var deməyə. Amma açıq deyə bilmir.
Cırcırama
“Molla Nəsrəddin”, sentyabr 1926-cı il, №37
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ne-dexli-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər?Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən.
İsgəndəri-kəbirlərQədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.
Teatr söhbətləriİstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.
Məktəbdə çarşab, yaxud çarşabda məktəbSəkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları).Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər.
Стихи других поэтов · Сатира
Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
Bir, iki, üç kərəSöyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənatBir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
Poçtalyonun şikayətiAy Kirpi, mənim dərdimi yaz fürsət olanda,Poçtalyonu da al nəzərə növbət olanda.