Söyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.Anlamayır da deməsən bir sözü,Allah, aman, bir, iki, üç kərə.

Bəzisi var cəhlə tərəfdardır,Xoşlamayır elm, ədəb, sənəti,Zahiri mömin, başı səccadədə,Fikri şəriət, sözü din söhbəti.Batinə baxsan görəcəksən, paho,Boşlamayırlar yenə də bidəti.Sənəti bidət, belə zənn eləyir,Tanrı bununçun yaradıb cənnəti.Altmış il söylə nəsihət ona,Anlamaz əsla ki, yox heç qeyrəti.Dolduruban Molla Həmid beyninəArpa, saman bir, iki, üç kərə.Söyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.

Mollanümalər yetib on milyona,Günbəgün artır, daha da bollanır,Hər nə ki Iranda xəkəndazçı var,Molla adıyla buraya yollanır.Milləti-biçarə qazandıqlarınSərf eləyib mollaya, yoxsullanır.Günbəgün molla tuluq tək şişir,Pulları da cəm eləyir, pullanır,Mümkün isə cəhd eləyir salmağaOrtaya qan bir, iki, üç kərə.Söyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.

Qoy bu itilgetləri tərif üçünTirməyə döndərməyə öz kişlərin.Boş yerə qəflət deyə dad eyləyir,Vaxti-zərurətdə sıxar dişlərin.Ölsə həkim, ya da ki, bir advokat,Millət üçün tiz edəcək nişlərin.Üzv ola Cəmiyyəti-xeyriyyəyə,Manqala hər gün düzəcək şişlərin.Qoy bu itilget sözünü bir yana,İndi hələ anlamışam işlərin.Onları qoy vodka içib olmağaGündə piyan bir, iki, üç kərə.Söyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.

Qoy hələ, artisti qoyaq bir yana,Şərh eləyək pulluların halını.Çünki xəsis tək hamısı axtarırTapmağa ölmüş ulağın nalını.Tərk edir imanını yüz min kərə,Bir qəpik artırmaq üçün malını.Millət üçün istəsələr bir qəpik,Bil ki yolar qırmızı saqqalını.Əkşi, yoruldum, mən ölüm, əl çəkin!Siz ki bilirsiz bu işin dalını.Pullu fəqirə nəzər etməz, əgərVersə də can bir, iki, üç kərə.Söyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.Anlamayır ta deməsəm bir sözü,Allah, aman, bir, iki, üç kərə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира