Xala xətrin qalmasın!
İndi heç bir türk qəzeti yoxdur ki, orada yeni hürufat işləməsin.
Amma burada bir məzəli iş var: “Yeni hürufat” ilə çap olunan məqalələr əvvələn, qəzetlərin lap qurtaracağında yazılır və ikinci də budur ki, yeni hürufatla çap olunan əhvalat xırım-xırda və əhəmiyyətsiz xəbərlərdir; məsələn, Naxçıvanda yay tətili zamanı müəllim və müəllimələr səhərdən-axşamadək nərtəxtə oynayırlar, ya da ki, Borçalıda Qaraquş kəndində Zeynal Cəbrayıl oğlu Qəhrəman Mikayıl oğlunu itələdi, yıxdı arxın içinə, Qəhrəman da arxdan çıxıb, Zeynala yaman dedi.
İndiyədək görən olmayıb ki, türk qəzetlərində qabaq səhifələrin birində yeni türk əlifbasilə bir məqalə çap olunsun. Bunun səbəbi var; bəlkə də hələ iki səbəbi var.
Ümdə səbəbi budur ki, qəzet yazanlar, baş səhifədə əhəmiyyətli mətalibi yazırlar və bu mətalibi yeni əlifba ilə yazmamaqda qorxurlar ki, türk oxucuları yeni hürufatı oxuya bilməsin, ya da çətin oxusun: onunçün də bir dəfə də ittifaq düşməyib ki, ərəb hürufatilə çıxan bir türk qəzetində baş məqalə yeni əlifba ilə getsin. Və hər bir mətalib ki, onun az-çox əhəmiyyəti var, onu ərəb hürufatı ilə yazırlar, ancaq xırım-xırda xəbərlərlə bir-iki sütun “xala, xətrin qalmasın” başından doldurub, adını qoyurlar ki, “bəli, biz də yeni türk əlifbasına xidmət etdik”.
Yox, belə olmaz. Gəl sözü açıq açığına danışaq və əyri oturub, düz danışaq.
Əvvəlan budur ki, aya görək sənin bu yeni türk əlifbasına etiqadın var, ya yox?
Əgər yoxdur, bu bir başqa məsələdir; yoxsa, qardaş sən çox yaxşı bilirsən ki, bir kəs qəzeti əlinə alanda, əvvəl-qabaq fikrini qabaq səhifələrə verir və istəyir başdan oxusun.
Əgər düz adamsan, niyə bu yazıq təzə qonağımızı dal evdə oturdursan, niyə onu aparıb dal səhifələrə tullayırsan və əgər sən onunla kəmiltifat deyilsən, niyə onu qabaq səhifədə hərdən bir də olsa oxucuların nəzərinə çəkmirsən?
Hə, di cavab ver görüm?!..
Sən öləsən yapışmışam, yapışmışam yaxandan, əl çəkməyəcəyəm!
Ya sən də mənim kimi hərdən bir yeni türk əlifbasını qabaq səhifəyə çıxart, ya yaxandan əl götürməyəcəyəm.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 18 sentyabr 1926, №38
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xala-xetrin-qalmasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uşaqlar sağ-salamatdırlar. İşlər öz qaydasınca gedir. Sabah çuğun çarxı yerinə qoymağa başlayırlar. Dünən müstəntiq gəlmişdi, artıq o, Plovinski ilə istintaq keçirib. İş daha yaxşı bir hal alıb; nəticəni vaxtı gələndə yazıb bildirərəm. Səhhətin necədir, yaranı deşdilərmi? Bu kağızla birgə 5 dənə vergi vərəqəsi və 2 dənə ərizə blankı göndərirəm. Malikanənin planını apardığın üçün ərizədə rəqəmləri yerinə qoya bilmədim, bu rəqəmləri dürüst yazmaq vacibdir. Ərizəni martın 1-nə qədər vermək lazım olduğu halda, mənə dünən təqdim etmişlər və mən elə bu gün vergi inspektoruna kağız yazıb xahiş eləyəcəyəm ki, sənin xəstəliyinə görə və ərizəyə özün qol çəkməli olduğuna görə bizə möhlət versin. Sən “mərzölçmə məlumatı” qrafasına birtəhər rəqəmlər qoyub qol çək və poçtla sifarişli məktub şəklində Şuşa məntəqəsi vergi inspektorunun adına göndər. Sonra Hindarx poçtu rəisinin adına ərizə göndər ki, sənin adına göndərilən sifarişi və adi kağızları və sairəni mənə versinlər, çünki bankdan elə kağızlar gəlir ki, onları dərhal almaq və işin nə yerdə olduğunu bilmək lazımdır. Nəhayət, toxumlar bağlamasını gözləyirəm ki, onları da mənə verməyəcəklər. Sonra onu da deyim ki, burada təzə ipək yorğanlardan birisi əskik gəldi. Bizə elə gəlir ki, siz özünüzlə aparmısınız. Qoy Manya sənin barəndə tez-tez kağız yazsın. Hələlik. Tezliklə sağalmağını arzulayıram.Cəlil
Naxçıvan İnqilab Komitəsinin sədri Qədimova11 may (1921), 3 Ramazan, çərşənbə, Culfa*Təvəqqe edirəm zəhmət çəkib təcili olaraq Bakıya hərbi komissar Qarayevə teleqrafla xəbər verəsiniz ki, bir həftəyədək Culfa yolu ilə Bakıya gələcəyəm.
Müzəffər! (6 sentyabr 1922)Deyirlər Həmidə xanım indiyəcən Şuşadadır. Halbuki bu gün sentyabrın 6-sıdır. Uşaqlar isə 15-indən gec olmayaraq burada olmalıdır. Yaxşı olardı ki, bir az tez gəlsinlər ki, dərs vəsaiti və pal-paltarlarını hazırlayaq. Sən Allah, uşaqları ləngitməyin və vaxtında gətirin. Qoy Həmidə xanım da uşaqlarla gəlsin.Cəlil
Həmidə! (7 noyabr 1922)Bakı*Kağızını alıb sənin və uşaqların naxoşlamağından bərk təşvişə düşdüm. Odur ki, qət elədim gəlim Kəhrizliyə. Sənin üçün fayton və istədiyin bütün şeyləri almışam. Yolda atları da alacaq və elə güman eləyirəm ki, hazır faytonla gələcəyəm. Amma bu vacib işlər gəlməyimi ləngidir: 1) Kəhrizlilərin işi. 2) Dəzgahların, yunun və pambığın sənə qaytarılması və 3) Dəyirmanı təmir eləmək üçün 10 dənə taxta verilməsi. Bütün günü bu işlər üçün idarələri dolaşıram. Bilirsən də, bizdə iş necə daşdan çıxır. Hamımız sağ-salamatıq və Müzəffər universitetə gedir. Əsədin oğlunu tez yola salmağa tələsir və məktubu bu ümidlə qurtarıram ki, yaxın günlərdə görüşəcəyik.
Стихи других поэтов · Сатира
Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.
Cəvankən fəqrdən etmə şikayətCəvankən fəqrdən etmə şikayət,Cəvanlıqdan böyük bir sərvət olmaz!
Mənasına bax!Aman, ay Molla, bu şeri oxu, mənasına bax!Sərfinə, nəhvinə, imlasına, inşasına bax!