Yuxu
Molla, salaməleyk!
Durmuşdum, yuxuda gördüm ki, iki nəfər cavan oğlan, biri 15 yaşında zülflü və biri də 30 yaşında bığlı-birçəkli bir-birinə yetişdikdə, otuz yaşlı on beş yaşlıya hirsli dedi ki, ədə, ... bəs sən mənə vədə vermişdin ki, axşam bizə gələsən, necə oldu? Sən də Məhəmmədəli şah oldun ki, dediyin sözdən qaçasan?
On beş yaşlı oğlan elə bunu eşidən kimi əl (atdı) xəncələ ki, ədə, mən nə vaxt indiyə kimi verdiyim vədədən çevrilmişəm ki, mənə o adı qoyursan? Məhəmmədəli şah özünsən, anandı, atandı, böyük nənəndi, babandı, yetmiş iki arxandı. Gədə, mənə Məhəmmədəli şah deyirsən? Şarap çalanda yuxudan dik uzanıb gözlərimi yumub gördüm ki, bir böyük, belə çox böyük, çox, çox, çox, çox böyük, ağzıma torpaq, bismillah, bismallah, Allah eləməsin, iraq səndən və insanlardan, bir molla olmuşam... Dədəm üzün tutub mənə, məni də qoyub qabağına, əlinə də bir qalıb İran sabunu alıb, yəni müsəlman sabunu, məni yuyub əridir. Məsələn, nə deyir? Deyir ki, məsələn, ay Allahın heyvanı, neçə ildir ətəbati-alliyata oxumağa getmişdirn? Mən də deyirəm ki, qırx ildir. Dədəm də deyir ki, ey gödəkquyruq, bu qırx ildə bəs nə oxumusan, nə öyrənmisən, məsələn, nə bacarırsan, ey səni görüm lənətə gələsən, oğul, ey səni görüm həkimi-mərəndi Mirzə Vahabın dərmanlarından şəhid olan məzlumların, yetimlərin ahü-nalələri səni tutsun, bir de görüm bu qırx ilin müddətində nə öyrənmisən? Mən deyirəm ki, ay dədə, çox zad öyrənmişəm, məsələn, əgər şəkk eləsən iblis ilə Atabəy arasında, məsələn, Şeyx Səfi ilə Şeyx Fəzlüllahın arasında, məsələn, Şümr ilə Hacı Mirzə Həsənin arasında, ibn Ziyad ilə Hacı Məfaxirülmülkün və Məfaxirüddövlənin və Sədülmülkün və Nəsrilmülkün arasında, yainki şəkk eləsən şeytanın balaları ilə mürtəzəvilər arasında
– bulara da əgər şəkk eləsən, onu mən fərq verə bilərəm.
Dədəm dedi ki, tfu... mürdəşirə verim sənin kimi mollaları. Bunu indi küçədəki uşaqlar da qavala qoyub çalıllar. Bir də dedim ki, dədə, məsələn, “Canabbas” kitabının haşiyəsinə yaza bilərəm ki, məsələn, sənkini-bədəni-xudra, məsələn, bər dəsti-rast əndazəd, məsələn, əz... ta... se dəfə və dərvəqti-düxuli-beytülxəla əvvəl payi-çəp ya dəsti-rastra bəgüzarət, məsələn, amma bayəd dər elmi-ləntərani, məsələn, dər babi-ühutyəhut ühutatən və ühtiyatən, məsələn, ziripara bəgüzarəd, nə ruyi-para.
Dədəm qalxdı ki, məsələn, tüpürsün əmmameyi-şərifəmə. Dedim: di dinmə, hələ qulaq as gör nə öyrənmişəm. Soruşdu ki, nə öyrənmisən? Dedim: dədə, səni and verirəm Quylarsarılı vağzalında oxumaq adı ilə bir tövləyə cəm olub quru yerdə dəri üstə oturub əllərində çərəkə “bir noxta, iki noxta, üç noxta” deyə-deyə oxuyan uşaqların səylərinə, bir mənə qulaq as gör daha nə öyrənmişəm.
Dədəm dedi: nağıl elə görüm daha nə öyrənmisən?
Dəli
“Molla Nəsrəddin”, 27 yanvar 1908, №4
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-yuxu-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən ölüm diqqətnən oxuTiflis–Bakı dəmir yolu əlahiddə və müstəqil bir hökumətdir. Bu hökumət heç kəsə tabe deyil: nə Gürcüstana, nə Azərbaycana, nə İrəvana və nə də Moskvaya.
Ar olsun!Ar olsun belə ümmətə!Bakı qazısı axund Əbdürrəhim Hadizadə həzrətləri noyabrın 21- də ruznamələrin birində üzünü Bakı camaatına tutub nəhayət təsirli bir moizə elədi və çün ağanın sözləri çox yanıqlı və mətləbi çox əhəmiyyətli idi, mümkün olan şey deyildi ki, belə bir moizə təsirsiz, nəticəsiz qala. Amma çox təəssüf ola ki, camaatımız axır illərdən bəri o qədər lazım olmayan söhbətlərə və nəsihətlərə fikir verib ki, dəxi qazı, alim və fazillərin sözləri bilmərrə qulaqlarına girmir.
ZiyarətAli İqtisad Şurasının 23 noyabr 1922 sənə tarixli qərardadı ilə ziyarətə gedən müsəlmanlara ixtiyar verilmişdir ki, özləri ilə bərabər üç yüz manat gümüş pul aparsınlar. (Qəzetlərdən)Zəvvar – Əssəlamün əleyküm!
Gözəl yerlərBakının mahalında gözəl bir kənd var; adı Xızıdır. Bu kəndin də ətrafında on beş gözəl kənd var, adları bunlardır:Zibər – 60 ev, Upa – 40 ev, Gərmiyən – 60 ev, Çarqışlaq – 50 ev, Qululu – 60 ev, Şəlgəh – 40 ev, Biləsən – 35 ev, Dəllər – 35 ev, Şıxlar – 35 ev, Zarat – 80 ev, Kəş – 60 ev, Qarabulaq – 35 ev, Pənbə
Стихи других поэтов · Сатира
Çoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
Rövzəxanın şikayətiKöhnəlik dövrü keçib, tazə hava tapmalıyıq,Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq.
Peşmanam indiHitler deyir:*Hərb etməyimə it kimi mən peşmanam indi,
Cümələrdə dükan açmaz bakılıCümələrdə dükan açmaz bakılı,İstəsən gəz Bakının hər yerini;