Ali İqtisad Şurasının 23 noyabr 1922 sənə tarixli qərardadı ilə ziyarətə gedən müsəlmanlara ixtiyar verilmişdir ki, özləri ilə bərabər üç yüz manat gümüş pul aparsınlar. (Qəzetlərdən)

Zəvvar – Əssəlamün əleyküm!

Şura – Ay əleykəs-səlam, ağa, buyur, əyləş. Ağa nə fərmayiş?

Zəvvər – Xeyr, xeyr, qalibi-ərz bir şey yoxdur. Ancaq ağanın məhəbbəti qoymur rahat yatam; xəyalıma qoymuşam gedəm Kərbəlaya, ağanı ziyarət edəm.

Şura – Bəli, bəli, çox gözəl. Allah-taala səni salamat və ziyarətini qəbul eləsin. Bəs bizim üçün nə qulluq?

Zəvvar – Bəli, ağa, xahiş edirəm icazə verəsiniz bir qədər xərclik yanımızca götürək, özü də qızıldan, gümüşdən olsun; yoxsa bu kağız pulları götürsək, gərək Culfadan pak islam torpaqlarına keçən kimi bu murdar pulları yuyaq. Qızıl-gümüş yumaq eyib yetirmir; amma kağız pulları yumaq mümkün olmur.

Şura – Bəli, bəli, əlbəttə, icazə verirlər; əlbəttə, verirlər. Bu nə sözdür? Niyə də verilməsin? Belə bir mübarək yola, belə bir müqəddəs müsafirətə necə ki, müsaidə göstərilməsin? Allah ziyarətinizi qəbul etsin.

Zəvvar – Allah sizə də Kərbəla qismət eləsin.

– Amin, iltimasi-dua.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 24 dekabr 1922, №7

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира