Va şəriəta, yaxud ingilis politikası
Əgər durub düzünü danışsaq, ingilis politikasının şəriətə nə dəxli var?
Amma işin əsli binövrəsinə baxsaq, ingilis politikasının tən yarı hissəsi islam şəriətindən material almaqdadır.
Hal-hazırda yavuqdakı işlərdən danışaq.
Yenə keçən günləri ingilis qəzetləri göz yaşı tökürdülər. İngilis qəzetləri dad-fəryad edirlər ki, ax-vay, şəriət əldən getdi, kilsə əldən getdi, din və iman əldən getdi.
İngilis qəzetləri milyonlarca nadan Şərq rəiyyətlərinin dini mütəəssibliyinə pənah aparıb özünü tülkü kimi abid və dinpərəstlik cildinə salıb deyir: “Baxın, ay Allah bəndələri, görün bu Şuralar necə dinin və etiqadın kökünü kəsmək istəyirlər”.
Va şəriəta!
Va şəriəta!
İngilis hökumətinin bundan savayı dəxi özgə əlacı qalmayıbdır. Dəxi biçarə bundan başqa nə desin?
Desin ki, şuraçılar bəy və xanları, sərmayədar və mülkədarları işdən çıxarıb biçiz elədilər, – bunun nə təsiri ola bilər? Bu iş zəhmətkeşlərin öz binagüzarlığıdır. Dəxi bəs neyləsinlər?
İndi də gəl din və məzhəb söhbətini ortalığa salaq; bəlkə bu söz avama kar eləyə; bəlkə bu söz bir nəticə bağışlaya. Va şəriəta!
Ancaq ingilis qəzetləri bir nöqtəni bilmərrə unudurlar. Unudurlar ki, keşiş və mollalar şura zəhmətkeşlərinin gözünün qabağındadırlar. Bu söylədiyimiz dini ataların mahiyyəti və vücudu göz qabağındadır; onların əfal və kirdarı – habelə.
Şura zəhmətkeşləri öz gözlərilə görə bildilər ki, nə bu saydığımız ruhani rəhbərlərimizin öz şəxslərində, nə bunlar tutduqları yolun içində ikiüzlülük və saxtakarlıqdan savayı heç bir mətləb yoxdur. Və bu səbəbdən saydıqlarımız lüzumsuz vücudları və onların məbədgahlarını zəhmətkeşlər özləri qana-qana hörmətdən və nəzərdən salmağa başladılar.
Va şəriəta!
Va şəriəta!
Ay sən öləsən! Dəxi keçmiş ola!
Dəxi avamı aldatmaq olmayacaqdır. Çünki gözlər dəxi açılıbdır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, yanvar 1930, №2
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-va-serieta-yaxud-ingilis-politikasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Jurnalın 2-ci nömrəsindən sənə baqacda 5 yüz göndərdim və teleqrafla baqacın nömrəsini məlumat elədim. Ancaq 3-cü nömrədən sənə 3 yüzdən artıq göndərə bilməyəcəyəm, çünki səhvən az çap olunub və bu üç yüzü də poçtla banderol edəcəyəm və satılan jurnalın hər birinə 18 qəpik göndərə bilməsən, Bakı bazarından bizə bir şey qalmayacaq. Çünki, vallah, jurnal qızıl qiymətinə başa gəlir, o dərəcədə hər bir şey bahadır; ələlxüsus bu şəkilləri.Cəlil
Əzizim Həmidə! (7 iyul 1914)Tiflis*Gəl sən heç narahat olma. Əgər Ələkbər baş verən təzə əhvalatları sənə xəbər verməsəydi, sənin üçün lap yaxşı olardı. Müalicəni qurtarıb gələndən sonra məsləhətləşərik. Məxləs, indi bu məsələni yadından çıxart. Kaş biləydin ki, mən necə uşaqların yanına gəlmək istəyirəm! Ələkbər qabağıma briçka göndərməyə söz verib. Olsun ki, bu yaxınlarda gedəm. Bəs sənin halın necədir? Müalicən nə vaxt qurtarır? Müzəffər necədir? Tiflis bərk istidir, elə istidir ki, yazı yaza bilmirəm. Curnal da, ancaq bu səbəbə gecikir. Çox güman sentyabrda Bakı artistləri pyesimi tamaşaya qoyalar. Məni də oraya dəvət eləyirlər. Əlbəttə, mən istərdim ora səninlə gedəm. Truppa vədə verib ki, pyesi Tiflisdə də göstərsin.
Əzizim Məmmədəli! (11 yanvar 1915)Tiflis*Kağızın yetişdi. Bundan sonra yazanda da həmin adresə yaz.
Həmidə! (30 mart 1916)Tiflis*Mən Eynəlibəygildə qalıram. Jurnalın yenidən nəşri üçün icazə almışam. Jurnal işləri ilə əlaqədar Bakıya gedəcəyəm. Orada “İslamiyyə” mehmanxanasına düşəcəyəm. Oradansa hara gedəcəyimi hələ bilmirəm. Ələkbər və uşaqlar necədir?
Стихи других поэтов · Сатира
Xanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.
İmperyalistlər Tanca üzərində boğuşurlarYurdumuzu müstəmləkə bəhrilə abad eyləriz,Meydan oxur aləmlərə, zor və hünər yad eyləriz,
Fırıldaqçı qalıbdırDərvişlərimiz keçmişə nisbət azalıbdır,Tən yarı gedib rəhmətə, yerdə nə qalıbdır?
Hürriyyət və təsəttüri-nisvanAy Baba, bir bax gör mənim başıma nə zorba iş gəlmişdir. Neçə ilbundanqabaq filan əfəndi filan əfəndi ilə ağız-ağıza verib “hürriyyətinisvan”,– deyə