Əsgər oğlu
Страница 3 из 3 · 67%
– Dünən səndən nəyi soruşdular?
– O k ty ab r silahlı üsyanını. Başlamışdım, danışırdım ki, dedi: "Keç o biri suala!"
– Mənə konstitusiya düşmüşdü. Maddə-maddə soruşurdu.
– Mənə lap çətin sual düşmüşdü: təhkimçilik hüququnun ləğvi! Belə bir şəraitdə Ehtiyat xala oğluna və onun yoldaşlarına qulluq edir, yemək hazırlayırdı. Ömrü boyu öyrəndiyi mətbəx məharətlərini işlədir, Hafizin ürəyincə xörəklər bişirirdi. Ancaq Hafiz də, yoldaşları da buna etina etmirdilər. Onların elə vaxtı idi ki, yavan çörəklə cücəplova fərq qoymurdular. Süfrə dəsgahına vaxt və diqqət sərf etmək onların yadına düşmürdü. Səhərdən axşama, axşamdan səhərəcən fikir-zikir ancaq hazırlıq, imtahan idi. Buna görə də qadın bəzən narazılığını gizlədə bilmir, bacısına şikayətlənib deyirdi:
– Başıxeyirlilər çörəyi-suyu da vaxtında yeyib-içmirlər. Belə də dərs olarmı, belə də candan keçmək olarmı. Müəllimlərinə bir deyən, bir çatdıran yoxdurmu? Nədir bu, balam, axı!..
Anasının gileylərinə heç bir cavab verməyən Hafiz günün birində imtahandan qayıdanda bu sözləri təkrar edə-edə pilləkənləri çıxırdı:
– ...Belə də dərs olarmı, belə də candan keçmək olarmı. Müəllimlərinə bir deyən yoxdurmu?..
Oğlunun bu təqlidi Ehtiyat xala üçün gözlənilməz idi:
– Nə deyirsən, ədə.
– Deyirəm, ay ana, elə əziyyət olmasaydı, belə də qiymət olmazdı. Məni təbrik edə bilərsən. Universitetə, fizika fakültəsinə qəbul olundum.
– Fizika nədir?
– Mühəndislik, injener!
– Doğrudan!
– Bu da mənim vəsiqəm!
Hafiz qəbul komissiyasının verdiyi yoxlamanı uca səslə oxudu.
İmtahanların hamısını əla verdiyi (yalnız rusca yazıdan 4 almışdı) üçün onu Moskva universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul etmişdilər.
Anası onu qucaqlayıb öpdü və soruşdu:
– Bəs Moskvada necə, sizə bir də imtahan olacaq?
– Yox, imtahan burada oldu. Moskva öz nümayəndəsini göndərmişdi, respublikaya verilən beş yer üçün imtahanı buradaca apardılar, buradaca tələbə seçdilər.
Hafiz əlindəki kağızı səliqə ilə qatlayıb qoltuq cibinə qoydu, kənara çəkilib zarafatla dedi:
– Ana, mənimlə danışanda ehtiyatlı ol, daha balaca adam deyiləm. Moskva tələbəsiyəm!
– Təki olsun, olsun, bala! Sən elə oğulsan ki, sənə hər şey yaraşar!
Qadın soruşmaq istəyirdi ki, Hafiz əlavə etdi:
– Yuriki də götürdülər. Ancaq ayrı şöbəyə, Murad buraya düşə bilmədi, onu Leninqrada göndərdilər.
– Yoldaşlarınızdan kənarda qalan oldumu?
– Çox! Beş yerə 30 ərizə var idi. Necə kənarda qalan olmadı!
Qadın cavanların halım düşündü:
– Bəs o yazıqlar necə olacaq, oxumayacaqlar?
– Niyə oxumayacaqlar. Minəcən institut var, gedib hazırlaşacaq, bu il də olmasa, gələn il birinə imtahan verəcəklər. Arxayın ol, ana, əsl oxumaq istəyənə qapılar açıqdı.
O gün Hüsniyyənin evində hər şey dəyişdi, nə isti, nə bürkü yada düşdü, qonşular da qarışdılar. Bayram şənliyi oldu. İki gün əvvəl sükuta batan otaqlardan musiqi, mahnı səsi ucaldı. Qonşudakı gənclər yığılıb gedənlərin şərəfinə çalıb-çağırdılar. Ehtiyat xala da "utanmaqdan keçib" deyə, ortalığa düşüb kolxoz havasında doyunca oynadı.
Avqustun iyirmi beşində Bakı vağzalmda, Moskva qatarı vaxtında izdiham böyük idi. Burada Moskva tələbələrini, bu il təzə qəbul olunanları, onların məktəb yoldaşlarını, Ehtiyat xala kimi oğlunu birinci dəfə yola salan anaları, ataları görmək olardı.
Üçüncü siqnal veriləndə Ehtiyat xalanın qəlbi tərpəndi. Sanki bu həyəcanlı dəqiqədə onu güclü bir əl götürüb yoxladı, təkrar yerə qoy du. Sanki bunu imtahan üçün etdilər. Toxucu qadının ürəyini yoxlamaq, sınamaq üçün etdilər. O özünü toplayıb belini düzəltdi. Başını dik tutdu, gözlərini silib nəvəsinin üzünə bütün həsrəti və məhəbbəti ilə baxdı. Hafiz təcrübəli bir gənc kimi qollarını açıb, özünü qadının qucağına atdı. Ana öz Hafizini var gücü ilə bağrına basdı, qısa, qoca, tunc kimi bərk əllərini gəncin enli kürəyində, mehriban-mehriban gəzdirdi: "A ğrın alım, uğur olsun! Get, oğul!" Hafiz yoldaşları ilə də görüşüb vidalaşdı, qalxıb vaqonun pilləsində dayandı.
Qatar tərpəndi, ürəkləri də tərpətdi. Hafiz pilləkəndən anasına əl eləyir, vidalaşırdı. Qatar onu alıb aparır, uzaqlaşdırırdı. Uzaqlaşdıqca onun təbəssümlü nəzərləri anasının həyəcanlı simasından ayrılmırdı.
Ehtiyat xala heç bir zaman, heç bir qatar dalınca belə sevinc, iftixarla baxmamışdı. O baxırdı, həm həsrət, həm də iftixarla baxırdı. Dönəndə, tələbə yola salan ata-anaları, dostları görəndə, onların fərəh və sevincinə diqqət yetirəndə hansı bir hiss iləsə sinəsi qalxdı. Ona elə gəldi ki, indi onu, öz əlinin zəhməti ilə əsgər oğlunu böyüdüb, bu mərtəyə çatdıran qadını hamı tanıyır, hamı görür. O, başını daha da uca tutdu. Yavaşca, yerişinə yaraşmayan sürətli addımlarla vağzaldan uzaqlaşdı.
İndi Ehtiyat xala oğlunu yolda, qatarda yox, o möhtəşəm və müqəddəs binanın geniş, mərmər pilləkənlərində, dünyanın hər yerindən gəlmiş, müxtəlif dillərdə danışan və qardaşlaşan minlərlə gənclər sırasında görür, onun saf, şirin, səmimi, doğma səsini eşidirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-esger-oglu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
" Toxucu sənayenin zərbəçi briqadası - Qasım İsmayılov kolxozçuları pambıq planını noyabrm 5-nə 100 prosent ödəmişdir. İllik planı 25 prosent artıq yerinə yetirmək üçün tarlalarda hücum gedir. Rayona qızıl bayraq ana südü kimi halaldır..."Siz, səhərin sərinliyində bu xəbəri qəzet sütunlarında şirin-şirin oxuyub düşünürsünüz:
Səsimizi dünya eşitsin!Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...
BoyGünəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağların ardma aparır. Kölgələr ağaclara dırmanır, tarlaları yiyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.Bizim qapımızda isə ölüm sükutu vardır. Qaranlıq daxmanın rütubətli döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri cızır, torpaqdan təsəlli arayır.
Analar yarışıÖzünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:
Стихи других поэтов
Dedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz