Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...

Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...

Onlar o balacalar qırmızı qalstuklar ilə lalə kimi yanırlar.

Dünən komsomol özəyi onları haraya çağırdı, katib stola söykənərək, asta-asta deyirdi:

– Uşaqlar, açıq deyirəm, pambıq işində bizim "Qızıl Şərq" kolxozu quyruqda sürünür, vaxt qurtarır, planımızın 100-dən ancaq 24 prosentini yığmışıq. Bu ləkədir, bu komsomol, pioner şəninə yaraşmaz. Düzdür, indiyə qədər yığdıq. Düzdür, amma elə ki, yığdıq, Mürsəl 7 kərə işə çıxmadı. Yığanların da çoxu pambığı tökə-tökə yığır. Hamı qozanın yekəsinə qaçır. Səliqəsiz iş gördük, belə başısoyuqluğun nəticəsidir ki, indi qızarırıq, adımız qara lövhədə, yarışımız pozulur, daha nə istəyirsiniz? Hər işdə irəli duran kəndimiz axsayır. Gəlin bu gündən sonra özbaşınalığı qırağa qoyaq. Bu qara o qaraya bənzəməz. Tənbəlliklə üzümüzü qaralda bilmərik. Hamı günü, saatı, dəqiqəni buraxmır, istifadə edir, yüksəlir, irəli gedir. Stalin yoldaşın, böyük rəhbərimizin sözünü unudubsunuzmu, sürəti əskiltmək axsamaq deməkdir. Axsayanları isə döyürlər! Özümüzü toplayaraq, partiyamızın şüarından bərk yapışaq: "Bir qoza da düzdə qalmasın!"

Pionerlər Yəhyanın səsinə birlik və ürəklə səs verdilər. Noyabrın 29-da 36 nəfərlik 3 pioner briqadası zəmilərə daraşdı.

Qarayazı üfüqlərində gecənin kölgələri əriyir, şərq ağarır, balaca mübariz ürəklər əmək sevincilə döyünür, işin miqdarı və dəyəri uğrunda döyüşürlər. Qəhrəman keçdiyi sahədə pambıq izi qoymur. O, dəstənin ən irəlidə gedənlərindəndir. Yarış şərtlərinə görə, təyin edilən "pioner sahəsi" pambıqdan təmizlənir. Müqavilənin bir şərti pozuldu, sahə 10 günə yox, 7 günə qurtardı. Pioner briqadalarının böyük aktivliyi rayon komitetində qeyd olundu.

Dekabrın 6-da dairənin acı bağırsaq kimi uzanan daşlı yollarında "ağ qızıl" karvanı yürüyür. Bu karvan keçən karvanlardan bir şeylə fərqlənir: karvanın çilovdarı pionerlərdir: 1670 kilo ən təmiz pambıq yüklənmiş 4 arabanın üzərində pionerlər oxuyurlar.

Dəmiryol xətti bıçaq kimi Ucar stansiyasını yarıb keçir. Qırmızı qapılı böyük anbarlardan sənaye malı tökülür. 4 atlı furqonlar yüklənərək kənd kooperativlərinə yönəlir, təchizat məntəqələrinə dağılır.

Pambıq anbarı qarşısında ağ döşlüklü nəqliyyatçılar o tərəf-bu tərəfə yürüyürlər. Müdir vaxtında vaqon göndərməyən Pambıqbirliyi müvəkkilinə acıqlanmışdır. Uzaq kəndlərdən, geniş tarlalardan yığılan pambıq, anbarın qucağına sığmır. Pioner arabalarını təqdim edən Yəh82 ya təhvildara deyir:

– 1670 kilo təmiz pambıq Qarayazı pionerlərinin adına yazılsın!..

Pambığın yığılmasında yox, həm də əkmə və becərilməsində çox xidmət etmiş pionerlər dəstə ilə hazırdırlar. Kolxozçu və əməkçilər onların, o, balaca pambıqçıların fədakarlıq addımlarına alqış oxuyurlar. Bu yeni nəslin böyüklərlə əl-ələ verib sərf etdiyi əmək gələcəkdə böyük qəhrəmanlıqlara başlanğıcdır. Məntəqə müdiri üzünü pionerlərə tutur:

– Ölkəmiz böyüyür, qələbəni bərkidir. Son qələbə üçün hücum hazırlayırıq. Sizin zahirdə balaca, həqiqətdə böyük qüvvəniz sosializm uğrundakı mübarizəyə qarışmaya bilməzdi. Ölkənin pambıq asılılığından qurtarması üçün çəkdiyiniz əməklər, tökdüyünüz tərlər 5-10 il sonra bilavasitə idarə edəcəyiniz böyük nəhənglərə bina qoyur. Sizə, kommunist nəslə baxaraq dünyanın milyonlarla proletar uşaqları fəxr edir: odur mənim irəlidə gedən dəstəm! Odur mənim sinifdaş ordum! Odur mənim yol yoldaşım, can və dirilik yoldaşım! Odur dünya revolyusiyasının yeniyetmə qəhrəmanları! - deyirlər. Partiya təşkilatı adından sizi təbrik edirəm. Zərbəçiliyinizi artırınız, qoy sizdən yeni kolxoz nəsli ibrət alsın...

Pionerlər bununla fəxr etməyə haqlıdırlar. Onlar işçi sinfinin işi uğrunda gənc qüvvələrini verməyə, dincəlmədən çalışmağa hazırdırlar. Bu, onların pedaqoji və tərbiyə prinsipidir. Onlar kolxoz kəndi kimi bir ananın qucağında çarpışmada bərkiyirlər. Onlar köhnə kənd sakitlik və yavaşlığını templərlə əvəz edir və edəcəklər.

Komsomolçu Yəhya nail olduqları alqışlara qarşı heç bir şey demədi. O arabanın üzərinə çıxardığı 14 yaşlı pioner Həmayilə işarə ilə:

– Mən sözü Məsmə xalanın zərbəçi qızı Həmayilə verirəm ,- deyir.

İlk baxışda durğun su kimi sakit və ağır görünən Həmayil sözə başlayır:

– Biz, yoldaşlar, yeni həyat qururuq. Planı ödəyirik. Pambıq planını kəsirdə qoymayacağıq. Bitki günəşdən enerji əmən kimi, biz gənc pionerlər də, Leninin fikrini tutur və qüvvələnirik. Qarayazı pionerləri çöldə pambıq qozası qoymayacaq. Uca pioner səsimizlə deyirik: pambıq planı kolxozumuzun əsas işi, kəndimizin isə gələcəyi, yüksəkliyidir.

Hökumət eşitsin: biz pambıq uğrunda böyüklərdən geri qalmayacağıq! Biz kolxozu möhkəmlətmək üçün atalarımıza hər cür kömək edəcəyik. Pambıq bizim uca səsimizdir. Qoy səsimizi dünya eşitsin. Biz özgə pambığı almayacağıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qəhrəman qız

Səfərəliyev rayonunda Füzuli kəndinin "Qırmızı Oktyabr" kolxozunda cavan bir qız ən yaxşı pambıq ustaları ilə yarışır. O, yaşına münasib olmayan bir rəşadətlə əkinçilik işində elə işlər görür ki, çoxlarını heyran qoyur.Bu qız kolxozçu Mürsəl kişinin qızı, komsomolçu Sədaqət Verdiyevədir. Mən onun haqqında çox eşitmişdim. Qəzetlərdə oxumuşdum ki, Sədaqət manqa başçısıdır. 1947-ci ildə beş hektar pambıq sahəsinin hər hektarından 90 sentnerə yaxın pambıq vermişdir, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.

19484 мин
Firuzə

– İlk dəfə məni rayonumuzun Dımıs kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfli və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.İndi mənim qəlbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyacaqlar. Analar, atalar mənim də yanıma gəlib övladları haqqında soruşacaq, məsləhətləşəcəklər. Sovet pedaqojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirəm ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."

19486 мин
Tarla mənzərələri

Mən rəssam olsaydım, elə həmin bu yerdə, Alıuşağı kəndinin üzüm bağları qurtaran, pambıq tarlaları başlayan yerdə dayanar, bir yuxarıya - Kəpəzə, Qoşqara gedən yollara, bir də aşağıya - qələmə, palıd, qarağacların arxasında görünən, Reməyə ətəklənən geniş düzlərə baxar və fırçamı işə salardım. Burada gözəl bir lövhəni əmək qəhrəmanlarının əlləri yaratmışdır. Deyəsən, fikrimdən keçəni "Azərbaycan" kolxozunun qocaman sədri, sovet kəndinin məşhur adamlarından biri - Allahverdi əmi hiss etmişdi:– Gedək, - dedi, - tarlada gözləyirlər.

6 мин
Qızıl oktyabr

Ölkəmizi xandan, bəydən qurtaran,Nurlu işıq ziyasını verən sən.

1 мин

Стихи других поэтов