Müalicə
Страница 2 из 2 · 50%
Bu tapşırıq mənə qəribə gəldi. Bu nə deməkdir? Onun nənəsının anamın xəstəliyinə nə dəxli var? Ancaq qəribə gəlsə də, bu tapşırığını yerinə yetirməyə tələsdim ki, görüm axırı nə olur.
Nazik cuna pərdəli balaca pəncərənin dalında oturub baxanda qarıları hər ikisinin döşəmədə bardaş qurub, qabaq-qabağa oturduğunu və üfürə-üfürə çay içdiyini gördüm. Anam nəlbəkiyə tökdüyü çayı içə-içə söhbət edirdi:
– Allah köçənlərinizə rəhmət eləsin, mənim bir qayınxatınım var idi, ayrı cür şey idi. Məni elə istərdi ki, indi istəməsin, can bir ciyər kimi; mənsiz addımını bayıra qoymazdı; mənsiz bir tikə yeməzdi, dinməzdi, bir danışmaq, bir qaqqıltı, bir şaqqıltı... Ay məşədi bacı, daha nə deyim!
Anamın sözünü dinləyən qarı başını əyib, "bəli" deyirdi. Ancaq dözmürdü, əli ilə işarə verib, onun sözünü kəsmək, özü danışmaq istəyirdi:
– Sözünün dalınca oğlanların dursun, elə mənim İsmət bacılığımı görəsən, bizimkinə bacılıq demə, vallahi heç bir bacı belə mehriban...
Anam onu susdurdu:
– Heç yadımdan çıxmaz gəlin getməyim. Sözünü də kəsirəm, bacımla məni, üzüm də səndən qara, lap bir tikə boyda olanda köçürtdülər. Oğlan demişdi görmüşəm, bəyənmişəm, vəssalam! Axı bizlərdə kəhrizə suya gedərlər. Lap balaca idim, sənəyi götürə bilmirdim, hıqqanırdım. Bir də gördüm bir oğlan sənəyi əlimdən aldı, mən biabır oldumki!..
Qarı başını tərpədə-tərpədə təsdiq elədi:
– Mənim özüm bəyəm indikilər kimi gördüm, getdim? Bacı canı, heç bir şey qanmırdım. İnandığımıza and olsun, paltar gələndə...
Anam yerindən ona tərəf boylanıb, bərkdən dedi:
– Paltar, mənə bir qanavuz arxalıq...
Qarı qulaq asmaq istəmədi, başını aşağı salıb, söhbətinə davam etdi:
– Paltar gələndə mən həyətdə qum-qum oynayan bir parça uşaq idim. Heç yadımdan çıxmaz, dayım məni qucağına...
Anam dözə bilmədi, əlini uzadıb ovcu ilə qarının ağzını örtmək istədi:
– Bir gör nə deyirəm, ay qız, neçə taxtadan bir tuman çıxardı. Ay allah, tumanımı sürüyənəcən mənimki mənə dəyərdi.
– Sən öləsən, mən də elə idim! Tuman da ki, bir yorğan-döşəkdi!
Özü də dəstə-dəstə təzə idi, yeriyəndə xış-xış, xış-xış!
– A qız, cehiz var, cehiz var!
– Yorğan-döşəyi mənim anam haçandan tutmuşdu. Nə bilim. Mən gözümü açanda oğlan evində cehizimi hazır gördüm, deynən bir necə!
– Ağız, cehiz var, cehiz var!
Özünü tərifləyən anam dedi:
– Kiri, kiri, bəyəm mənim cehizimi görmüsən ki, elə deyirsən? And olsun aramızda olan bacılığa, and olsun... Bir də gördüm həkim mənə him eləyir: - Bir qapıdan ananın halını soruş. Mən gəldim, qapını açıb dedim:
– Ay ana, kefin necədir, özünü necə hiss eləyirsən? Mənə dilucu cavab verdi:
– Çox yaxşıyam, oğul!
Müsahibilə söhbətini davam etdirdi.
– Darıxmırsan ki, ana?
– Yox, oğul, arxayın ol!
– Bəs naxoşluğundan, zaddan...
O iki əlini sevinclə yuxarı qaldırdı:
– Oğul, deyəsən axı lap yaxşılaşmışam. Ürəyim də sakit olub, məşədi bacı ilə söhbət eləyirik. İşin varsa, sən get!
Mən nə isə demək istəyirdim, həkim qolumdan tutub çəkdi.
– Bəri gəl, - dedi, - mən deyəndir, tapmışam onun azarını. O, çox danışandır. Çənəsi öyrənib, sən onu, yəqin həmsöhbətlərindən ayırmısan. Görürsən nənəm ilə bir saat oturanda necə kefi sazlandı! Budur ki, var! Onun azarı söz-söhbət azarıdır. Onun çənəsinin altına belə bir qan arvad sal ki, qulaq asmağa tabı olsun, ayrı heç bir dərman lazım deyil.
Həkimin təcrübəsi mənə çox qəribə və yeni bir icad kimi gəldi. Heyran qaldım. Anamın kənd müsahiblərini, güc ilə yadıma sala bildiyim Gülbadam qarını xatırladım. Pəncərədən içəri qışqırdım:
– Ay ana, Gülbadam xala gəlib, xəbərin varmı?
Anam əlindəki stəkanı yerə elə bərk çırpıb qalxdı ki, az qaldı stəkan çilik-çilik ola. Qalxmağı ilə eyvana çıxmağı bir oldu. Məni danışdırmadı, sevincək, ayaqyalın, qollarını ata-ata, qızarmış gözləri böyümüş halda, gülümsəyə-gülümsəyə düz pilləkənlərə tərəf yüyürdü. Qapının cırıltısını eşidər-eşitməz dilləndi:
– Ay ərkansız arvad, harda qalmısan, çatladım ki, harda qalmısan,
ürəyim partladı ki! Gəlsənə, bir gəlsənə görüm nə var, nə yox!..
Pilləkənlərdən çıxan bir ucaboy nabələd kişini görəndə anam kül kimi söndü. Gözlərini çevirib mənə baxdı. Baxışı ilə sanki soruşurdu: "Hanı Gülbadam?"
– Darıxma, - dedim, - ay ana, gələr. Sən başmaqlarını geyin, hazırlaş gedirik!
Mən həkimin əlini sıxdım, razılıq etdim. Tezliklə ya Gülbadam qarını anama, ya da anamı Gülbadam qarıya yetirməyi qət etdim. Həkim mənə məsləhət elədi:
– Sonra onların hər ikisinin ictimai müalicəsi ilə məşğul olmaq lazım gələcək, bunun yolunu sən məndən yaxşı bilirsən. Yavaş-yavaş onlan kinoya dadandır. Bir dəfə gördükləri kinodan bir il söhbət eləyəcəklər. Bu, onların şüuruna təsir etmək üçün əldə vasitə ola bilər. Əlbət ki, müalicə müvəqqəti vasitələrdən ustayana istifadə etməyi bacarmaqdan asılıdır. Mən isə sizin bacarığınıza əminəm.
Mən həkimdən ayrıldım, anam isə qarıdan ayrıla bilmirdi.
Dostum söhbətini bitirməmiş mən həmin həkimin məharətinə əhsən dedim. Dostumun anasının ictimai müalicəsi ilə maraqlandım, müalicənin nə ilə nəticələndiyini bilmək istədim:
– De görüm, anan ilə rəftarın necə oldu? Onu kəndə apardın, ya
Gülbadamı gətirdin?
Dostum dedi:
– Heç birini eləmədim. Anamı bir dəfə kinoya apardım və aldatmağa məcbur oldum. Bilirsən, dedim, ana, heç səni kinoya gətirməzdim, mömin adamsan, üz vurmazdım, ancaq mənə iş yerimdən tapşırıblar ki, gərək kinoya baxasan, orada nə olub, gəlib idarə yoldaşlarına daklad eləyəsən. Mən özüm baxıram, amma fikrim dağınıqdır. Hamısı yadımda qalmır. Sən bax, sonra mənə deyərsən...
Anam bir az çətinlik çəkdi:
– Mən nə bilirəm, nə deyim! Dil bilmirəm ki...
– Yox, - dedim, - ancaq fikir ver, gör kim gəlir, kim gedir, kim nə eləyir, niyə eləyir. Sonra mənə deyərsən, yadıma düşər.
Nə isə, anamı razı saldım. Anam düşdü kinolara. Bax, indi yenə anam kinodadır, azca qalıb, indi qayıdar.
Dostum söhbətini qurtarmamışdı ki, şüşəbənd qapısının çalışdığını gördüm. Çox çəkmədi sarafan geymiş, saçını peysərinə yığmış qıvraq bir qadın içəri girdi, gülümsər halda mənə baxdı:
– Xoş gəlibsiniz!
Dostum işarə elədi:
– Tanış olun anam ilə! Ay ana, bir danış görək necə kinodur!
– Qadın oturdu, gördüklərini vəcd ilə, şirin-şirin danışmağa başladı.
Mən dostum dediyi kimi qarının söhbətinə maraqla qulaq asırdım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-mualice
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Oğlum Arifə*1
Hikmətdən xəbər1İttifaqın sədri telefon eləyib məni çağırmışdı. İşin axırında tramvaya oturub getdim.
Anket AnketovAnketov hamamlar trestinə rəis təyin olunan gündən indiyə qədər kabinetinin qapısında həmişə adam olur. Bəzən uzun bir nöbvə düzülür. Birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir.İş böyük, işçi az, məsuliyyət ağır, Anketov da bu postda təzə!
Söyüd kölgəsiDünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.
Стихи других поэтов
Mey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,