Mənim mənzilim şəhərin mərkəzində, gurultulu küçələrdən birindədir. İki həyət sağımda bir heykəltəraşın emalatxanası var. Hərdən karton, brezent üstündə çəkdiyi şəkilləri, palçıqdan düzəltdiyi şeyləri çıxarıb qapısına qoyur, divarına vurur ki, gəlib-gedən baxsın.

Məndən gileylənməsin deyə, qonşumun emalatxanasına baxmağa getdim. Sağ olsun, yaxşı qarşıladı. Dəzgahmdan qalxıb məni salamladı, fırçasını yerə qoydu, ağacını götürdü, döşlüyünü çıxardı, çeşməyini taxdı. Bir-bir çəkdiyi şəkilləri, düzəltmək istədiyi heykəlləri mənə göstərdi:

– Bu heykəl ki, görürsünüz, çobandır. Xalq çobanı!

Mən bu çobanın simasma baxdım, bir şey anlaya bilmədim!

Yumru bədən, uzun qıçlar, ayaqlarda da basanoşka!

Müəllif mənim diqqətimi, təəccübümü görüb izah etdi:

– Əlbəttə ki, biz necə ki, novator sənətkar, çobanın, yəni, müasir çobanın heykəlini belə veririk. Keçmişdə çarıq olardı, indi mədəniyyət gətirib çarığı eləyib basanoşka!

– Deyəsən, bunun qolları qısadır!?

– Bəli, qısadır, qısa da olmalıdır. Çünki çoban düzlərdə çox gəzir, ayaqları inkişaf edib uzanır, amma əlləri ki, çox hərəkət eləmir, ona görə qısadır. Gövdəsi də havada çox olmağından yumrulaşır, yuvarlaq olur...

Mən çobanın kəmərdən yuxarı hissəsinə bir də diqqətlə baxdım. Orada müəyyən sifət, sima görə bilmədim. Dağımq saçlar arasmda co-rat yemişinə oxşayan yarımyumru bir şey var idi:

– Bu başdır?

– Bəli, çobanın, yəni müasir çobanın başıdır.

– Başı balacadır!

– Şübhəsiz, çoban başı, yəni, müasir çobanın başı balaca olmalıdır. Çünki o düşünmür, onun əvəzinə alimlər, mühəndislər düşünürlər. O, qoyunları otarır, amma südün sağılmasmın qayğısına qalan ferma müdiridir, sağıcı texnikdir. Onlar elektriklə süd sağmağın, təmizləməyin, ya qaymaq çıxarmağm texnologiyasını düzəldirlər. Çobamn başı bu düşüncələrdən azaddır, ona görə də balacadır, balaca olmalıdır.

– Bu nədir, sifətdəki burundurmu?

– Bəli, burundur, uzunsov.

– Bəs niyə qulağın dibindədir, çox sağa gedib!

Heykəltəraş mənim "avamlığıma" təəccüb edib bir qədər gülümsəyəndən sonra şagirdlərinə dərs deyən səbirli bir müəllim kimi başladı izah eləməyə:

– Keçmiş ənənəvi rəssamlıqda simmetriya var idi. Yəni, yaraşıq! Onlar yaraşıq nəyə deyirdilər? Ona deyirdilər ki, burun, ağız gərək sifətin ortasında olsun. Yəni, sağ ilə solun məsafəsi bərabər olsun. Özün də bilirsən ki, təbiətdə də belədir. Adamların sifətində simmetriya var! Amma təbiət kordur, şüursuzdur, perspektivası yoxdur.

Biz, yəni, novator heykəltəraşlar isə yenilik yaratmaq ilə seçilməliyik. Simmetriya daha çoxdan köhnəlmişdir. Bizim yaratdığımız sifət yeni, orijinal olmalıdır, dədə-baba sifətinə oxşamamalıdır, ona görə mən çobamn burnunu bir qədər sağa, ağzını da bir qədər sola çəkmişəm. Bu özü bir yenilikdir, mənim özüm Kaliforniyada rəssamların sərgisinə baxmışam, hətta orada həmkarlarımda oturub şahmat oynamışam. Xarici jurnallara baxsanız, orada yazılıb, muzeylərdə də var, yəqin gələcəkdə, bir az mədəniyyət artanda həmin şəkil bizim muzeylərə də gəlib çıxacaq! Bəli, yəqin gəlib çıxacaq. Çünki biz gələcəyə inanırıq, hər halda belə qalmayacaq!

Bəli, mən sənətin təzə novator üslubunda mülhəm olmuşam, o da çobanın simasında görünür.

– Qorxuram, bəziləri bu heykəli çətin başa düşələr?

Qonşum mənim sualıma güldü:

– Bəziləri, bəziləri! Dostum, biz bəziləri üçün yaratmırıq. Bu günün məhdud tamaşaçıları bizim sənətdən çox-çox aşağıdadırlar.

– Bəs, kim üçün yaradırıq?

– Biz gələcək üçün yaradırıq. Gələcəyin adamı, texnikası üçün yaradırıq.

– Heç olmasa, heykəldə bir hərəkət, canlılıq ola gərək, ya yox?

– Duyanlar üçün bu çobanda çox hərəkət var!

Qonşum bunu deyəndə heykəl titrəyən kimi oldu, başını qabaq tərəfə əyib bərk tüpürdü.

Heykəltəraş tez dəsmalını çıxarıb üzünü sildi.

– Bunu kim elədi?

– Mən sizə deyirəm hərəkət var, inanmaq istəmirsiniz. Heykəl düşünür, canlanır!

– Bəs çobanın çomağı hanı?

Dostum qəhqəhə çəkib güldü.

– Çomaq, çomaq Nuh əyyamından qalma şeydir, o köhnəlik bizim müasir sənətə yaramaz.

– Bəs qoyun otaranın əlində ağac olmasın gərək?

– Sizin fikriniz köhnə çobana, köhnə qoyuna, köhnə otlağa gedib, gələcəkdə ayrı cür olacaq. Çobanın bir fit çalması ilə qoyunlar dərhal biləcək ki, hara getmək lazımdır. Su içməyə, otlamağa, yaxud binədə yatmağa? Siz güman eləməyin ki, gələcəyin məxluqu indiki kimi olacaq, yox!

Mən qonşumun izahına heyran-heyran qulaq asır, susurdum. O isə, görünür, bu vəziyyətdən məmnun bir halda nəsihətində davam edirdi:

– Sən özün necə bir qonşu və sözəbaxan adam, açığını demək olar bizim tamaşaçımız, yəni, müasir tamaşaçımız gərək bu günü, yəni, indini görməsin.

Heykəltəraş günbatana tərəf döndü, salavat çevirən kimi, ovcunu sifətinə çəkdi, şəhadət barmağı ilə uzaqlara işarə edib həzin və riqqətli səsini ucaltdı:

– Bugünü yox ey! Gələcəyi! Uzaq və xoşbəxt gələcəyi görsün! Bu heykələ baxan gərək xəyalını göndərsin okeanların, ölkələrin, zamanların, əsrlərin uzaq arxasına! Orada, gələcəyin tarlasını, quzusunu, çobanını, çantasını görsün! Buna deyərlər sənət! Yoxsa ki, ya indi çomaq vaxtıdır, ya da motalpapaq!

– Elədir!

– Gərək bu mətləbləri başa düşəsən, qonşu!

– Çox sağ olun ki, bizim kimi avamları başa saldınız, var olun!

– Borcumuzdur, borcumuzdur!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов