Qüdrət nümayişi
– Karl Marks.
Bu adı, geniş və qabarıq köksündə, qələbə ordeni kimi daşıyan gəmimiz sularda süzərək arxasınca gümüş iz buraxırdı. Tərk etdiyimiz sahil şəhəri, şamlıqlar, qayıqlar və sarı torpaqlı yamaclar dənizə batırmış kimi, alçalır, kiçilirdi. Oneqa gölünün ortasına çatdığımız zaman quru tamamilə gözdən itdi. Günəş başımız üstündə durub yolumuzu işıqlandırır, kürəyimizi isidir, bizə muştuluq verirdi:
– Az qaldı, bu saat çatacaqsınız!
Sanki günəş qızıl qələm ilə bu sözü atlas qanadlı suların zümrüd sinəsinə yazdı; maraq, sevinc, intizar içində çırpınan yolçuları əyləndirmək istəyirdi. Yolları zərif hərəkətləri ilə bəzəyən, qəlbləri incə mahnılarla sərinlədən teleqrafçı qadının, qoca professorun, gənc müəllimin, matrosun, jurnalistin, işçinin, səyyahın, bir sözlə, hamının diqqəti bir tərəfə çevrilmişdi. Adamlar gəminin baş tərəfində sıxlaşıb boylanır, dənizə baxırdı. Onlar sulardamı, sahildə, üfüqdə, ya gəmidən sallanan uzun kölgələrdəmi nə isə axtarır, nəyi isə görmək istəyirdilər.
– Görünür!
– Qaralan deyilmi?
– Kanala oxşamır. Kömür dağıdır, nədir...
Adamlar danışır, göyərtəyə qalxır, baş tərəfə qaçır, durbinləri çıxarırdılar. Gəmidə böyük bir həyəcan oyanmışdı.
– A yoldaşlar, qabağı kəsməyin!
Yolu vərəvürdləyən kapitan durbini gözündən endirərək, qarşıda sıxlaşan adamlara səslənirdi, lakin heç kim onun sözünü eşitmirdi. Kim isə daldan daha bərk qışqırdı:
– Kapitan baxır! Yoldaşlar, kənar dursanız!
Kəndir məhəccərə söykənmiş sarısaç qız tələsik və ciddi səslə gəmiçiyə dedi:
– Kapitan hər gün baxır, yoldaşlar! Biz ömrümüzdə bir kərə baxırıq.
Bu sözlər ümumi gülüşlə təsdiqləndi, alqışlandı. Gəmimiz kanalı gördüyündənmi, bizdəki sevinci hiss etdiyindənmi, başına toplanan adamların ağırlığından dincəlmək istəyindənmi, nədənsə daha iti getməyə başladı. Quru hər tərəfdən mehriban qollarını açmış dost kimi bizi əhatə edirdi. Şam ağacları, daşlı yarımadalar, taxta evlər get-gedə bizi qucaqlayırdı.
Budur, Ağdəniz - Baltik kanalının darvazası qarşısındayıq! Bir az aralıda, bu böyük qələbənin təşəbbüskar təşkilatçısı, bütün əməkçilərin xilaskarı dahi Stalinin əzəmətli şəkli görünürdü. Gəmidən qopan alqış səsləri sulara yayıldı. Kanal işçiləri, salama durmuş tabur kimi gəmini qarşılayır, yol açırdılar.
Biz birinci darvazadan keçdik, kanalın ilk şlüzündə dayandıq. Mən bu kanal haqqında çox şeylər oxumuş, çox şeylər eşitmişdim. İndi heyrət içindəydim. Canilərin, qatillərin, oğruların, xuliqanların, banditlərin, qolçomaqların, aferistlərin, bütün varlığı ilə yıxmağa, dağıtmağa hazır olan adamların əməyə öyrədilmiş əlilə tikilmiş bir nəhəng qarşısında dururdum. Heç bir məqalə və ya kitabın bu nəhəngi hələ tam əzəmətlə təsvir edə bilmədiyini yəqin edirdim.
Yox, deyirəm, qatil əllərin əsəri qanlı və başsız cəsədlər ola bilər. Burada böyük bir qüvvətin təşkilatçılıq, istiqamətləndiricilik qüdrətinin hakimliyi duyulur! Texnika, sənət və quruculuğun son müvəffəqiyyətləri ilə silahlanmış Ağdəniz - Baltik kanalı inşaatının hər daşında, hər qarış taxtasında, torpağında bolşevik təşkilatçılığının müstəsna rolu görülür. İnanırsan ki, insan əməyi, kapitalizm şəraitində yırtıcılığa sərf olunan insan enerjisi böyük məqsədlər uğrunda təşkil olunduqda ecazlar verərmiş... İnanırsan ki, insanın "məğrur səslənməsi" zamanı çatmışdır.
Gəmidən çıxıb quruluş kombinatı boyunca kanal sahilinə yayılan müxtəlif peşəli, eyni məqsədli səyyahlar gəzirdilər. Kimi boylanıb cilovlanmış suyun ayağını görmək, kimi kəməndlənmiş yerin qan damarını seyr etmək istəyirdi. Gümüş səkilər arasında əkilmiş çiçəklər, aralarındakı daşdan yazılma şüarlar diqqətimizi cəlb edirdi.
İkiyaşlı muzeydə iyirmi əsr bundan əvvəlki əsər və abidələri təhlil və qiymətləndirici elmi işçilər bizi qəbul etdi. Böyük quruluşun maraqlı tarixindən danışdılar. Otaqda cavan Kareliya Avtonom Respublikası tarixindən xəbər verən abidələr, yazılar, başqa bir otaqda kanalın yaranma tarixini, böyük işin ilk günlərini söyləyən şəkillər qoyulmuşdu.
Tarixdə insan yaradıcılığını həmişə bu ehtiyat və səliqə təqib etsə idi, hərfiyyata, arxeoloji mübahisələrə, hər daşın oxunması üzərində baş sındırmalara nə ehtiyac vardı?
Səyyahların imzaladığı dəftərə baxırsan. Burada on bir millətin imzası, minlərlə dost və yad adamların mülahizəsi var.
Bizi kanalın yarım kilometrliyindəki plotinlərdən birinə baxmağa apardılar.
Uzaqdan şose yolu kimi uzun, yastı, geniş təpənin döşünə ağ daşlarla yazılmış şüarlan oxuduq. Bu şüarlarm hər hərfi bir heykəl qədər böyük və əzəmətli idi. Sətri oxuyub, qurtarmaq üçün piyada xeyli yol getmək, ya da paroxod ilə getmək lazımdı. Plotində əsrlər boyu aşıbdaşmış, şəhərlər, səhralar basmış, fəlakətlər törətmiş suyun vəhşi at kimi buxovlandığını gözümüzlə gördük. O, insan əlinin qüdrəti ilə güləşmək, bəndini qırıb qaçmaq, aşıb-daşmaq, yan-yörəsini basmaq istəyir. Lakin bunu bacarmır, insan qüvvəsi qarşısında acizdir. O ancaq dəmir və daş divarlara çarparaq, narın, ağ zərrələrini göyə sovura bilir.
Deyirsən ki, bu böyük quruluşda təkcə insanlar dəyişməklə qalmır, əsrlər boyu şimal buzluğu və soyuqlarında bəslənib böyümüş dağ və səhra suları da "laboratoriya"dan, plotindən keçərək, "tövbə" edir, cəmiyyətin böyük ideallarına xidmət üçün ən kiçik işə belə boyun əyəcəyinə and içir.
"Avropanın jandarması" - çar hökumətinin həbs, sürgün, ölüm və fəlakət yuvası etdiyi uzaq şimalda indi məharətli bir bağbanın, təbiətə qələbə çalan insanların ehtiraslı fəaliyyəti hiss olunur.
Məscidsiz, kilsəsiz iyirmiyaşlı yeniyetmə cavan bir şəhəri - Murmanskı unutmaqmı olur? Bütün sutkanı gündüz olan bu şəhərdə zənn edirsən ki, heç kəs yatmır, sanki burada yorulmaq nə olduğunu bilmirlər.
Uzaq Şimalda iyirmi il içərisində səkkizmərtəbə binaları, universal mağazaları, böyük kültür müəssisələri olan 108 min nüfuslu bir şəhər sizi təəccübə salmasın! Murmansk yalnız iskələ deyil; o balıq və meşə sənayesi, dəri emalatı, gübrə istehsalı ilə bütün dünyada məşhurdur.
Daha maraqlı ikinci şəhər - şimalın yarıçılpaq dağları arasında yenicə salınmış adına layiq sürətlə böyüyən Kirovsk şəhəridir. Bu şəhərin beş yaşı tamam olmamışsa da, qoca şəhərlər ilə yarışa bilər.
Tundralara, tayqalara, şimal stixiyasına qalib gələn insan təbiətin bütün zənginliklərini vəhşi dağlardan, zəlzələli yerlərdən çəkib alır, hər şeyi müasir əməkçilər dilinə tərcümə edir. Burada tələsə-tələsə apatit zavoduna, inşaat işinə, mədənlərə işə gedən işçilər iki-üç il əvvəl əmək və həyat düşməni, cinayətkarlar idilər. Onlar, bolşeviklər tərəfindən təşkil olunaraq, əmək və enerjini sərf edərək, yeni insan olmaq istəyir və olurlar. Çox çəkməz ki, bu gənc şəhər ittifaqımızın başqa qocaman işçi mərkəzləri kimi qəhrəmanlar şəhəri olar!
Murmansk, 1/VIII - 1935
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-qudret-numayisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.
Nanənin hünəriPəncərədən stola düşən günəş çəhrayı və şəffaf pərdə kimi süfrəni örtmüşdü. Stol üstə qoyulmuş kəhrəba kimi buğda çörəyi səliqə ilə doğranıb, boşqaba yığılmışdı. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Kirovabad üzümü, paxlava şəklində dilimlənmiş Cərco qovunu, qırmızı turp, toz kimi narın və ağ Naxçıvan duzu, par-par parıldayan çəngəl-bıçaq, üçbucaq salfetlər, göy rəngli, ağ qulplu su qrafinkası düzülmüşdü.Nanə xala qolu çırmalı, əlində qaşıq xörəyə ədviyyə tökür, hərdən mətbəxin qapısından boylanırdı. Ərinin və oğlunun gəlməsini gözləyirdi.
Gözün aydınOğlum Arifə*1
Hikmətdən xəbər1İttifaqın sədri telefon eləyib məni çağırmışdı. İşin axırında tramvaya oturub getdim.
Стихи других поэтов
Yenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,