Xatalı adam
– Kərim, sən hayanda olursan?
– Necə bəyəm?
– Soruşuram, hansı küçədə yaşayırsan?
– Evimi tanımırsan?
– Yox, tanımıram, hayandadır?
– Əcəb adamsan! Şəhərin handa bir məşhur yerində, beşmərtəbə binanın lap gözündə, bağa baxan axar-baxarlı yaşıl eyvanı tanımırsan? Qəribə adamsan! Mənim mənzilimi bu şəhərdə ministrdən tutmuş hambalacan hamı tanıyır. Sən hələ indi soruşursan?
– Əcəb, əcəb!
Kərim əlini cibinə qoyub, addımının birini geri çəkdi, mənim üzümə çox qəzəblə baxdı. Kənardan görən deyərdi, bu kişi qabağındakına şillə vurmağa hazırlaşır.
Bəlkə də bu güman deyil. Kərim doğrudan da belə fikirləşirdi, görünür, mənim mülayim cavabımdan, məzlum dayanmağımdan ehtiyatla əlini saxladı.
Əlini saxladı, ancaq dilini saxlamadı. Ağzına gələn töhməti yağdırmaqdan çəkinmədi.
– Sən bizə gəlməmisən?
– Yox, çağırma mısan!
– Gərək çağıraydım?
– Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə. Atalar yaxşı deyib!
– Mənim mənzilim darısqal deyil. Yüz adamı bir otaq udar, uf deməz. Sən bir tanış, dost kimi gərək bunu biləsən!
– Təəssüf ki, bilməmişəm.
– Bilməmisən bil, yaxşı bil və unutma. Çox eyib olsun ki, indiyəcən mənim mənzilimi, şəhərdə dillər əzbəri olan bir mənzili tanımamısan.
Kərim hirslənmiş, sinəsini dolduran hirsli sözləri xiridə vermək üçün tez-tez danışırdı. Rəngi qızarır, gözləri alacalanırdı. Birdən nəsə yadına düşmüş kimi ifadəsini dəyişib soruşdu:
– Nədən sarı maraqlanmısan, niyə soruşursan?
– Elə-belə!
– Yoxsa gözün düşüb, pul gücünə almaq istəyirsən?
– A kişi, bu nə söhbətdir. Dünyasında...
– Dünyasında!.. Yox axı, durduğun yerdə mənim mənzilim ilə maraqlanmağın səbəbsiz olmasın gərək!
– Nə səbəb, söz idi soruşdum, soruşmamış olum!
Kərim daha da əsəbiləşdi, irəli yeridi, əlini qabağa uzatdı, sanki mənim yaxamdan yapışmaq istədi.
– Yox, soruşmaq elə-belə deyil, sənin sözündə işarə var. Məni avam bilmə ha! Mən hərifəm, hərif!
– Görürəm, köhnə hərifsən.
– Bəli, köhnə hərifləri oxuyuram da, bilirəm də!
– Biliyin əskik olmasın.
– Sən gəl gizlətmə, mənzilimi soruşmaqdan məqsədin nədir, onu mənə açıq de!
– A kişi, nə məqsədim olacaq, söz idi soruşdum. Xata eləmədim ki!
– Mənim sözümün canı yoxdur, boşla!
– Canı olmasa da, qanı var yəqin...
– Nə canı var, nə qanı, nə də bir ziyanı! Unut bunu!
Kərim vurulmuş kimi tutulub qaldı. Bayaqdan pörtmüş sifəti qaralmağa, tutulmağa başladı. Mən fürsət tapmış kimi "xudahafiz!" deyib aralandım.
Hərifdən uzaqlaşmaq üçün sahilə doğru addımlayırdım. Addımlayırdım, ancaq tutduğum qəbahətin peşmanlığını çəkirdim!
– Belə nanəcib adam ilə kəlmə kəsmək xatadır. Bununku odur, uzaqdan salam verib ötəsən, bəlkə imkan olsa heç üz-üzə gəlməyəsən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-xatali-adam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yox. Özək buna qətiyyən dözə bilməz. Bu kəsir bizi batırar. Komsomol belə düyünlərdə dayanmamışdır. Məntəqənin ən böyük kəndində komsomolçular tısbağa yürüşü gedə bilməz: 31 komsomolçudan 15-i kolxozdadır. Kolxozçuluğumuz ağızda, dildədir, işə gələndə bitərəflərdən təfavüt görmürük. Partiya və komsomol tapşırıqlarım yaxşı yerinə yetirmək üçün heç kəs özünü bərkə vermir. Üzvü heyətinə arxaymdır, heyəti üzvünə...Kökündən dönüş lazımdır. Başqa özəklər yarışır, komsomolun səsi dünyanı tutub, bizim özək bu səsə qarışa bilməmiş...
Münəvvəri dinləyin!Uzaqdan, şəhər toxuculannın içindən gəlmiş gülərüzlü bir qadın özək katibindən söz aldı. O, çit fabrikası komsomolçularının məktubunu kolxozçu gənclərə oxuyurdu.– Uşaqlar, 360 dəzgahımıza işçi çatmır. Hələ gələn il dəzgahlar yarı-yarıya artacaqdır. Aşıb-daşan Mil düzü, Muğan pambığını toxumaq üçün adamımız azdır. Gənclərdən 32 nəfəri bizə vermənizi xahiş edirik. Biz onları usta edəcəyik. FZS-də oxudacaq, sonra dəzgah başına qoyacağıq-
İşləməyən dişləməz"İşləməyən dişləməz" - demişlər. Lakin revolyusiyadan qabaqkı həyatın səhifəsinə baxın, işləyənlərin dişləmədiyini, işləməyənlərin dişlədiyini, hətta didişdirib, cırmaqladığı və söküb-dağıtdığını görəcəksiniz.Fransızlar bu misalı ayrı cür qoyublar. "İşləməyən, dişləməməlidir", lakin məsələnin qoyuluşu həlli demək deyil. Ancaq proletar revolyusiyası isbat etdi ki, işləməyən dişləməməlidir.
Molotovçular– Sən aparsan, üzüyünün qaşımı düşər?– Tülkü-tülküyə buyurur, tülkü də quyruğuna... Öz vəzifəni necə xalqın boynuna yıxırsan.