Dan yeri ağarır, göylərə gümüş kimi bir parıltı gəlir. Xəfif və sərin yay küləyi bağlardan, bostanlardan, çiçəklərdən, lalələrdən ötərək hər yerə ətir gətirir.

Böyük şəhər öz uca və əzəmətli binaları, geniş və açıq küçələri, səsli sahilləri ilə oyanır.

Mərkəz küçəsi ilə böyük və nəhayətsiz bir dəstə irəliləyir. Bunlar ölkəmizə hücum edən qəsbkarların hərəkətini eşidən kimi, xalqın ilk çağırışı ilə vətən torpağını qorumağa gedən vətən övladlarıdır.

Ədhəm də bunların içindədir. O, komandanın ilk cərgələrində, sanki, bu saat çatacağı yüksək bir məqsəd, yüksək bir arzuya doğru gedir.

Ədhəm ananın tək oğludur. İki il olmaz ki, Nailə ilə evlənmişdir. Onların odlu məhəbbəti ay parçası kimi bir uşağın simasında parladı. Uşağın adını Sabah qoydular. Sabah ailənin sevinclərini göstərən bir təbəssüm kimi gözəldir.

Bir gün səhər Ədhəm işdən tez qayıtdı. Əsəbi vəziyyətdə Nailənin əlindən tutdu:

– Əzizim, – dedi, – düşmənin hiyləsini görürsənmi? Mən getməliyəm, Nailə!

Nailə də faşist quldurlarının təcavüzünü eşitmişdi. Ədhəmin sözünə cavab tapa bilmədi. Balasını qucağına alıb Ədhəmin yanınca getdi. O balaca, lakin möhkəm ailə öz iradələrini, arzu və istəklərini bildirmək üçün hərbi məntəqəyə gəldilər.


Nailə Ədhəmin boynunu qucaqlamışdı:

– Əzizim, – deyirdi, – özünlə isti corab apar, yoluna azuqə hazırlayım, xatirin nə istəyirsə de!

Ədhəm onu başa salırdı:

– Heç bir şey lazım deyil, Nailə, bizim üçün hər şey hazırlamışlar. Səndən bir şey xahiş edirəm.

Bu sözü deyəndə, o, nədənsə qızardı, dodaqları titrədi.

Nailə Ədhəmin qollarından tutdu.

Nailənin ürəyi dolmuşdu. Səfər qarşısında olan yoldaşının hər sözü, hər arzusu onun üçün müqəddəs və xoş idi. O, istəyirdi ki, Ədhəm bu saat tələbkar olsun, paltar istəsin, xörək hazırlatsın, yol azuqəsi...

O, indi Ədhəmə yalnız həyat yoldaşı, sevgili kimi baxmırdı. O, Ədhəmə həm də bir əsgər kimi baxırdı. Ədhəm böyük və müqəddəs bir səfərə çıxır. O, addımlarını milyonlarla vətənpərvərlərin yürüş ahənginə qatıb yollanacaqdır. O, dayanmadan cəbhəyə azğın düşmənin cinayətlərinə son qoymağa gedir. Bu yolun yolçusu hamı üçün - böyük üçün, kiçik üçün, qadın, kişi, qonum-qonşu, şəhərli, kəndli üçün, kolxozçu, fəhlə, əkinçi, ziyalı üçün, hər bir kəs üçün əziz və yaxındır.

Nailə sıralarda gedən gənclərin başına gül dəstələri atıldığını görürdü. Yüzlərlə qoca, cavan qadınların alqış səslərini eşidirdi.

İndi budur, öz sevgilisi yola düşmək üzrədir. Bir saatdan sonra onun bu qüvvətli qollarını Nailə artıq tuta bilməyəcəkdir. Bu qollar artıq xidmətdə olmalıdır. Bu məqamda Ədhəmin hər bir xahişinə əməl etmək Nailə üçün əbədi bir səadət, bir ürək rahatlığı idi.

Nailə onun qollarını sıxıb aramsız dedi:

– De, əzizim, nə xahişin varsa, həyatımla ödəyərəm.

Ədhəm beşikdən Sabahı götürüb qucağına aldı. Şamama kimi yumru, buz parçası kimi sağlam uşaq atasının qucağında durmurdu. O, balıq kimi sürüşür, qol-qanad açırdı. Sanki, əldən qurtarmaq, iməkləyərək haraya isə getmək istəyirdi. Uşağın bu təlaşını görəndə Nailənin ürəyinə gəldi: "O da anlamışdır, o, vətən torpağına yad ayaq dəydiyini duymuşdur. Atasının qabağına düşüb getmək, bəlkə də canını fəda etmək istəyir."

Ana özünü saxlaya bilmədi, balasının gözlərindən öpdü, ancaq Ədhəmin əlindən almadı. İntizar ilə bir də soruşdu:

– De, Ədhəm nə xahişin çəkir, de!

Ədhəm Sabahın gülümsər üzünə baxdı, sonra Nailəyə döndü:

– Nailə, - dedi, - Sabahı vətənimizin sabahına hazır böyüt. Ana, həm də ata ol!

Nailə Ədhəmi qucaqladı:

– Arxayın get, - dedi, - əzizim! Ailədən xatircəm ol. Balanın da fikrini çəkən vardır. Get! Uğur olsun, Ədhəm, düşmənin puç olsun, bəxtim, taleyim, bu körpənin məsum baxışları, vətən torpağının qüdsiyyəti sənə kömək olsun!


Üç gün sonra, yenə qızıl rəngli bir səhər qızaranda gənclərin böyük və silahlı bir dəstəsi şəhəri tərk edirdi. Nailə kənarda dayanıb səfərbərlərin addım səslərini dinləyir, şəfəqdən görünən və get-gedə uzaqlaşaraq kiçilən siluetləri seyr edir, qucağındakı balasına göstərirdi. Dəstələr uzaqlaşanda onların arasından bir süngü qalxdı. Süngünün ucundakı kiçik qızıl bayraq quş qanadı kimi çırpındı. Həmin bu mənzərənin arxasında cavan ana balasını başına qaldırmışdı. Sanki, o, Sabahı dəstədəkilərə göstərmək istəyirdi, ancaq Nailə demək istəyirdi:

– O bayrağa zaval gəlməz, o süngü dönməz, o qol bükülməz. Səhər dəstələri məğlub olmaz. Yaşasın Qızıl Ordu dəstələrinin arxasında çiçəklənən sabah, səadət!

Ədhəm də bu inam ilə süngüsünü qaldırmışdı. Bu inam ilə də həmin süngünü cəbhədə işlədəcəkdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Analar yarışı

Özünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:

19335 мин
Qüdrət nümayişi

– Karl Marks.Bu adı, geniş və qabarıq köksündə, qələbə ordeni kimi daşıyan gəmimiz sularda süzərək arxasınca gümüş iz buraxırdı. Tərk etdiyimiz sahil şəhəri, şamlıqlar, qayıqlar və sarı torpaqlı yamaclar dənizə batırmış kimi, alçalır, kiçilirdi. Oneqa gölünün ortasına çatdığımız zaman quru tamamilə gözdən itdi. Günəş başımız üstündə durub yolumuzu işıqlandırır, kürəyimizi isidir, bizə muştuluq verirdi:

5 мин
Xalqın ürək sözü

Böyük Vətən müharibəsi günlərində, sovet xalqının öz doğma yurdunu, öz azadlığını, səadətini, öz xoşbəxt həyatını qaniçən german faşizmindən müdafiəyə qalxdığı bir gündə istər-istəməz xalqımızın tarixi ənənələri adamın xatırına gəlir. Bu gün cəbhələrdə nemes işğalçıları ilə döyüşən və müstəsna qəhrəmanlıq nümunələri göstərən Kamal Qasımovların, Məzahirlərin və yüzlərcə başqa vətən oğullarının hünərini gördükcə ata-babalarımızın, ümumiyyətlə bütün xalqımızın mübariz və məğrur keçmişi yada düşür.Azərbaycan xalqının tarixi həmişə həqiqət, ədalət uğrunda mübarizə tarixi olmuşdur. Gənclər və qocalar, qadınlar və kişilər öz ömürlərini, yaşayışlarının məna və məzmununu istilaçılara, zalımlara, zorakılara, xalq əmək və səadətinin qəsbkarlarına qarşı döyüşlərdə görmüşlər.

194115 мин
İsrafil

Qızıl almaAna "Məlik Məmməd" nağılını demişdi ki, uşaq yuxulasın. Uşağın isə başı yastıqda, gözləri səqfdə idi. Hərdən vacib şeyi xatırlamış kimi, qalxır, balkonda məşğul olan anasını çağırır, soruşurdu:

194226 мин

Стихи других поэтов