Uzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...

Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.

Kraliça qapalı və yumşaq vaqonunda ixtiyarındakı 5000 işçinin tövşüyərək, işlədiyini seyr etməkdən xüsusi bir həzz duyardı...

Mədənin omuzunda yatan qəbiristanlıq, illərboyu davam edən 54 açıq və örtülü işçi qırğınlarının bir şahidi kimi durur. Bu məzarlığın daşlarında sinif mübarizəsinin dəhşətləri oxunur. Zavod sahiblərinin biyarından qorxaraq qaçan Düzyurt, Qumlu kəndliləri sakit dərələrə, quldurlu meşələrə, yarımcan, xaraba kazarmalara yığışardılar. Zavodun tarixi haqqında mən sözü işçi hərəkatının qoca komandirinə, Hüseyn əmiyə verirəm.

– Bu dərələrin acı bir keçmişi vardır. Oturduğumuz yer Naltökən deyilən bir çökək, İsrafil ağanın qoyun yatağı idi.

Bu otaqların binasını qoyanda yaxşı yadıma gəlir, mən lap sütül cavandım. Bığ yerim təzə tərləyirdi. Gündüzü 4 abbasıya işləyib, gecələr xaraba kazarmalara yığışardıq. Dözmək çətindi. Əlinə beş-üç şahı yolpulu salan, qaçıb qurtarırdı. Bir gün gördüyün bu çökək çökdü. Gurultusu aləmi zəlzələyə saldı. 17 külfət mələr qaldı. Gözüm sataşanda elə bilirəm o, bədbəxt Qeybəlinin sızıltısı gəlir. Can nə bərk olur. İnsan bir tikə çörək üçün nələr çəkir?..

Hüseyn əmi ölmüş bir qəhrəmanın ölməz əməllərindən danışır. Onun bu hadisələr haqqındakı ifadəsi iti olduğu qədər düzgün və mənalıdır.

– Sən, deyəsən, bunları yazırsan?

– Bəs sən nə fikir edirsən, Hüseyn əmi, bu yeniyetmələr bilməsin ki, necə döyüşmək lazımdır? Nələr olub, bu dünyanı əlimizə necə almışıq? Şirin dilli pionerlər döyüşməyi sizdən öyrəşməsə, "həmişə hazıram" deyə bilərmi?

– Yaz! Yaz! Yaxşı eləyirsən, qələmim olsaydı mən bilərdim necə kitab bağlardım.

Hüseyn əmi özünü ciddiləşdirib yavaş-yavaş deyir:

– Yaz, başdan yaz ki, bu göyləri döyüşə çağıran mis zavodunun hər kərpici bir igidin qanilə yoğurulub, sümüyülə bərkimişdir.

Sovet quruluşundan qabaq 31 il bu zavodda işləmiş, gözümlə od üfürmüşəm.

O, danışdıqca hiddətlənir, hiddətləndikcə danışır. Boynunda bir nida işarəti kimi çəkilən yaranın yerini göstərir və söyləyir:

– Dustaqda Əliyə çörək verdiyim üçün İlyas bəyin qəzəbinə gəldim. Ona insan demək olmazdı. Gözündən od köpürür, sifəti cəhənnəm kimi işçinin cəlladı idi.

Zavod komsomolu bu gecə hərbi hazırlığını yoxlamaq üçün trevoqa çağırıb, biz tələsik özümüzü posta yetirmişik. Hamıda həyəcanlı sevinc var. Qaranlıq döngələrdə eşidilən ayaq tappıltıları, bir-iki dəqiqə sonra bizə qarışan qüvvələrə çevrilir. Çoxumuz yunqşturmlu və yüngül silahlıyıq. Gecənin adını öyrətmək üçün qulağıma pıçıldayan Məhəmmədin səsində hərb ahəngi var.

– Çaxmaq! Yadında bərk saxla. Çaxmaq!

Hərbi vəziyyət hamını özünə tabe edir. Ruh yüksəkliyimiz kifayət qədərdir.

Lakin hansı cəbhədən, kimə hücum edəcəyimizi bilmirik.

Biz "yayıl" komandası aldıqdan sonra gecənin qaranlığında əriyirik. Bir-birimizi çətin seçirik. Müxtəlif cəhətlərdən açılan güllələr gecənin bağrını dəlir. Nagahani əmrlər alınır. Yürüyür, hücum edir, geri çəkilirik: hərb, tamamilə hərb adamlarıyıq. Qarşımda bir qaraltının tərpəndiyini hiss edirəm. Silahı çevirib, tərpənmə, deyə hədələyirəm. O məndən də cəld, qorxusuz qalxır. Mənə hücum edərcəsinə "parol, parol, parolu de!" deyir. Mən karıxdığımdan gecənin adını deyirəm. O qolumdan tutub üzümə baxır. Hüseyn əmidir, onun burada, bu qayalıqlarda, keçilərin belə çətin gəzə bildiyi bu yerlərdə komsomolçularla ayaqlaşdığına heç inanmazdım. Danışmağa imkan yoxdur. Lakin Hüseyn əmilə danışıq həvəsi məni dinc buraxmır. Hansı yoldansa bizi geri qaytarırlar.

Komsomolun trevoqası tam müvəffəqiyyətlə keçmişdir. 9-cu qurultayın tapşırığını zavodun gənc oğulları bir proqram kimi ödəmişlər. Gədəbəy komsomolu Hərbi Komissarlıqdan mükafat bayrağını alır. Lenin komsomolunun sınanmış oğlu Məhəmməd Əlizadə trevoqanm nəticələri haqqında nitq söyləyir, səhnədə alın tərini silərək patrondaşını çıxaran Hüseyn əmini komsomollar əlləri üzərinə qaldırırlar. O bircə dəqiqə danışır:

– Komsomollar! Rəhbərimiz deyən kimi bir qarış yerimizi düşmənə vermərik, biz bu gün gördük ki, hazırsınız. Onu da bilin ki, bizlər, sizin atalarınız, nə qədər qocalsaq, o qədər cavanıq. Bizdə də komsomol q ə lb i var. Biz sosializmi qurmaq üçün hamımız əsgərik...

Tribunadan düşərkən Hüseyn əminin əlini sıxıram. O gülümsəyir.

Mən deyirəm:

– İnanmazdım ki, komsomollara aid olan bu işdə siz belə iştirak edərsiniz.

Hüseyn əmi ciddi cavab verir:

– Nə üçün biz dediyimizi komsomol yerinə yetirir, komsomol deyəni biz eşitmirik? Biz bolşeviklərin sözümüz sözdü. Komsomolları polad kimi bərkidib böyütməsək, yerimizə qoymazsaq, arxayın ola bilmərik. Bax bu guruldayan ataları, usta və komandirləri əvəz edən komsomolçular olacaq...

Mən Hüseyn əmidən əl çəkmirəm. O zavodun bu günü haqqında mənə danışacağına söz vermişdir. Hüseyn əmi də məni buraxmır:

– Gəl, - deyir, - gedək gözünlə gör, danışmaqla başa gəlməz. Gedək kürə başına, sən orada lap yaxşı yazarsan. Qurban - kürənin hərarətinə, Fətəli - xam külçələrin tökülməsinə, Səfər - ərinmiş misi yığmağa komanda edir.

Hüseyn əmi qaynar və böyük kürənin komandiridir. Kürənin ağzından qopan ərinmiş pul kimi qırmızı mədənin isti işığı onun çöhrəsini dənizlərdən doğan Aya oxşadır. O, çirməkli qollarını iti-iti oynadaraq, vulkan lavalarını idarə edir. Qazanı qarışdırmaqla çiy külçələri qızğın alovun dəminə verir. Kürənin nazik kranından sallanaraq tökülən maye əridilmiş günəş parçasma bənzəyir. Hərarətdən partlayan qığılcımlar axan ulduzlar kimi iz buraxır. Qəliblər dolur, soyuyur, bərkiyir, rəngini dəyişir, saatda 142 qəlib xalis mis çıxır.

– Hə, içərisində xörək bişirdiyiniz mis qablar, elə bilirsən, zarafatla yaranır? Yerin damarlarını doğrayırıq.

Hüseyn əmi məni işçilərlə tanış edir:

– Yazandır, - deyir, - gəlib ki, yazsın.

Səfər mənim maraqlı baxmağımın səbəbini anlamışdır:

– Get, - deyir, - kefin nə qədər istəyirsə yaz! Bu kürənin bitməz nağılları var. Misin də şəklini çək, bizə göndər.

Mən, mislə yox, misi yerin qəlbindən söküb çıxaran qəhrəmanlarla daha çox maraqlandığımı söyləyirəm. Onlar birağızdan sözümü kəsirlər:

– Biz hələ o qədər işləmirik ki, adımıza qəhrəman deyirsən, biz sosializm istehsalına nə qədər çox əmək qoysaq, o qədər xoşbəxt oluruq. Bura öz zavodumuzdur.

Öz əməyimiz, öz məhsulumuz, öz əlimiz, öz başımız! Biz zavodun qüvvətini artırmaqla sevinir, yaşayırıq. Zavodumuzun 12 yaşı təzə tamam olur. Əməyimiz çatandan bəri burada yeni bir aləm qurmağa başlamışıq. İşçi klubunu görübsünüz, keşiş çanları çalınan kilsəni pioner klubuna çevirmişik. 61 işçiyə yeni mənzil hazırladıq. Xəstəxanamız hansı şəhərin xəstəxanasından geridədir? Məktəbimizdə işləyənlərdən biri də özün olubsan: dişini təzə dəyişənlərdən 80 yaşlımıza, böyükdən-kiçiyə, məmə yeyəndən-pəpə yeyənə qədər hamı oxuyur, hamı öyrənir, hamı yeni tərbiyə alır. Qadınlarımızın halını Şökətdən, Firuzədən, Tamaradan, Fatmadan soruş, mən onların məktəbə getməsi üçün 24-cü ildə min cür nalayiq sözlər eşitdim. Anaları danlamaqdan dilimdə tük bitdi. İndi çıx, Gədəbəyi bir-birinə vur. Muzey üçün bir dənə çadra tapa bilsən, nə deyirsən de. 67 nəfəri Bakı, Tiflis və hətta lap içərilərə oxumağa göndərmişik. Çürük Əlinin oğlu hara, aqronomluq hara. Murad hara, pianino hara. Mən ağzımı açanda sözümü ağzıma təpir, düz demirsən, deyir, dünyanın altıda biri bizimdir. Dünya işçiləri Sovetləri müdafiə edir, QİM budur, pioner belədir. İndinin uşaqları da od kimi şeydir. Bunlar hamısı revolyusiyamızın meyvəsidir.

– Zavod, - deyirəm, - gərək ki, öz planını ödəyə bilmir. Kəsir nədən əmələ gəlir?

Hüseyn əmi nəzərlərini kürədən kəsməyərək izah edir:

– Kəsir deyəndə, sentyabrda 13 prosent kəsirimiz olmuşdur. İndi doldurmuşuq. Belə şeylər hərdən olur. Sən məndən yaxşı bilirsən.

Necə olsa, dərsin var. Stalin yoldaş "yeni qayda ilə işləyin," deyir.

Doğrudan da, bizlər hələ yeni qaydanı bacarmırıq. Bizim yoldaşlardan çoxu elə düşünür ki, bu söz bircə direktora, ya zavqoma aiddir. Amma demir ki, sosializm hücumuna hər tərəfdən keçmişik, bir tərəf58 dən yox. Biz gərək öz ailə yaşayışımızı, evimizi, yoldaşlıq əlaqəmizi də dəyişək. Bu işlər hamısı istehsalata təsir edir.

Bəzi yoldaşlar iş paltarını çıxaranda hər şeyi yadından çıxarır. Görürsən, axşam min cür havalara uyub səhər işə gələ bilmədi...

Mən Hüseyn əminin dediklərilə razıyam. O mənim razılığımı hiss edir və daha da şirin danışır və mənim razılığımla kifayətlənmir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yanlış barmaqlar

Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər. Erkək ətin bozartması, soğan-sirkə, camış qatığı, sarı yağ, kəhrəba kimi buğda çörəyi. Süfrənin ortasında qızıl minarə kimi yüksələn bir çetverlik Kaxet çaxırı. Çay stəkanları dolur, şüşə get-gedə ağarır, süfrənin nizamı pozulur, çəngəl, bıçaq bir-birinə qarışır. Süfrə başındakıların qəhqəhəsi ucalır. Bayatı, şikəstə, musiqi, mahnı, "sağ olaq, mən ölüm" səsləri bir-birinə dəydikcə qabların içinə tökülüb, çilik-çilik olur. Çox keçmir, bu balaca otaq özünə gəlir. Doymuş qarınlar stola yapışır, sərxoş başlar söykənəcək axtarır. Yuxu, gecənin hakim komandanı, bir ilıq duman olub gözlərə dolur. Gözlər xumarlanır, kirpiklər süzülür, otaqda hərəkət kəsilir. Kimi üfürür, kimi xoruldayır, kimi də keçinmək üzrə olan xəstələr kimi, əl-qolu sallanmış, boyun əyilmiş halda xoruldayır. Bir sözlə, hər şey sərxoş və qeydsizdir. Pəncərədən baxan ay bu dostlara gülüb ötür.Muradlı saat 11-da gözlərini açan kimi, dərs yadına düşdü. Tələsik özünü yığışdırdı, papağım başına basıb qaçdı. Məktəbə çatanda gördü ki, uşaqlar idman meydançasında atılıb oynaşırlar. Muradlı utandığından başını aşağı salıb yeyinlədi, özünü vacib bir iş və ya təsadüf üzündən gecikmiş göstərmək istəyərək ciddiləşdi. Uşaqlar onu görən kimi, toplanmağa başladılar.

19365 мин
Pərzad

Mən bu hekayənin adını "Pərzad" qoyuram. Qəhrəmanım arvaddır. Onun iri və uzun gövdəsi, at kimi yerişi vardır. Hər addımında bir metr məsafəni geridə qoyur. Enli və dəyirmi üzündə şübhəli bir keçmiş oxunur. İlk baxışda bıçaq tiyəsi kimi işıldayan nazik, qara hörükləri nəzərə çarpır.Məni ən çox maraqlandıran cəhət onun analığıdır. O, qəssab Hacının ikinci arvadıdır. Otuz yeddiillik həyatında üç qız anası olmuşdur.

193615 мин
Kağızlar aləmi

Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.

193713 мин
Kərpic məsələsi

Hər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.

193713 мин

Стихи других поэтов