Kağızlar aləmi
Страница 1 из 3
Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.
Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.
Saatın böyük əqrəbi kiçik qardaşından ayrılıb on beş dəqiqə yoxuşa dırmanar, sonra ağzı aşağı yüyürməyə başlardı. Həmin bu vaxt pilləkənlər dillənərdi. Dönə-dönə rənglənməsinə baxmayaraq, qocalar kimi bəzək tutmayan, bozaran və laxlayan qapınm tayı zırıldamağa başlardı.
Adamlar içəri girən kimi, düymələrini açar, paltarlarını çıxarar, otaqlara soxulardı. Çox çəkməzdi, hər stula bir qarğa qonar, kağızları dimdiklərdi. İdarənin çiçəyi sayılan qadınlar gələndə hava ətirlənər, otaqlar qızar, gözlər parlardı. Qadınların təbəssümü cib güzgüsü kimi qarğaların üzünə işıq salardı. Onlar qımıldaşar, qarıldaşardı. İdarədə, ən uzun olmağına baxmayaraq, ən məşhur əzbər ad bu xanımlarınkı idi. Dördgözlü kişilər stol dalından qalxar, xanımların qabağında əyilib deyərdi:
– Bədiülcamal xanım... mmm... hərçənd zəhmətdir, bu təliqəni də dəftərə salarsınız... salarsınız... dəftərə... mmm...
Feodosiya Daşdəmirovna dəftəri gətirər, Bədiülcamal xanım qələmi mürəkkəbə batırıb, papiros tüstüsündən kiçilən gözlərilə kağıza baxardı. Mehralı bəy Sazandarov isə əlindəki kağıza diqqətlə baxardı.
– Deməli ki, yazacaqsınız, bu saat deyim necə... necə yazacaqsınız... yazacaqsınız... canım ərz eləsin xanımın qulluq şərifinə... yazacaqsınız min altı yüz on doqquz nömrə.
– Yazdım.
– Yazdınız ki?
– Yazdım.
– Çox gözəl. Birini də yazacaqsınız şəhər ticarət banginə.
Bədiülcamal xanım Mehralı bəyin sözünü təkrar edə-edə dəftərin küncündəki balaca sütunu qarışıq xətti ilə doldurardı:
– Şəhər ti-carət ban-gi-nə.
– Yazdım.
– Yazdınız ki?
– Yazdım, bəli!
Təliqə birdən-birə Bədiülcamal xanıma gəlib çıxmazdı (bu cinayət sayılardı). O, dönə-dönə yazılar, dönə-dönə düzəldilər, bir neçə yoxlamadan keçərdi. Özü kiçik bir şey olsa da, bəzən böyük bir mübahisə qoparardı. İllah da ki, təliqələrin son sətri həmişə idarəni başına alan bir gurultuya səbəb olardı.
– "Xahiş olunur."
– "Rica olunur."
Cümləni bunların hansı ilə qurtarmaq lazımdır?
Kimisi (mənşə etibarilə kənddən çıxanlar) "xahiş" yazılmasını lazım bilərdi, günün çoxunu şantanlarda keçirən, kübar məclislərinə xüsusi dəvətnamə ilə çağırılanlar isə "rica" yazılmasını tələb edərdilər, hətta fikirlərini qol zoru ilə yeritmək istəyərdilər. Bunlar, lazım gələrsə, fikirlərini yazılı surətdə izah və isbata da qalxışardılar:
– Rica ədəbi sözdür, ziyalılar arasında ən hörmətli sözlərdən biridir.
Kiçik bir qrup, daha doğrusu, idarədə özünün "yenipərəst"liyi ilə tanınan və müdirin yanında xüsusi xidməti ilə əziz olan (bu xüsusi xidmət nədən ibarətdi, bu heç kəsə bəlli deyildi, heç kəsin də bunu soruşmağa ixtiyarı yoxdu) Fikri Nəcat əfəndi isə həmişəki kimi indi də "orijinallıq" elər, üçüncü bir təklif irəli sürərdi.
– Təmənna olunuyor... Təliqətlərin son cümləsi belə bitirilsin: "Təmənna olunuyor".
Bu təklif lap gülünc çıxdı.
Ağa Nəbi ayağa qalxıb buyurdu:
– "Təmənna" qəliz çıxar. Həzəratdan xahiş edirəm ki, "təmənna" olunmasın.
Fikri Nəcat onun sözünü kəsdi.
– Qəliz çıxması pək gözəldir. Burası ədəbi lisan qollanmaqdır. Cahilmisən, yahu "təmənna" nə qədər cazibəli!
Ağa Nəbi etiraz etmək istədi. Mehralı bəy onun ətəyini çəkib işarə etdi:
– Ədə, otur aşağı, başın gövdənə ağırlıq eləməsin. Nəyinə borcdur sənin?
Ağa Nəbi oturdu, heç kəs dinmədi. Müdir ayağa qalxdı.
Bütün təklif sahibləri əlini ürəyinin başına qoyub onun hər bir kəlməsini əmr kimi gözləyirdi. Ağzı kotletə oxşayan bu şələbığ çal kişinin haçan yüngül səsli, ağır qiymətli sözlə başqalarının təklifini darmadağın edəcəyini, Fikri Nəcata yeni bir afərin deyəcəyini gözləyirdilər. Lakin bu dəfə həmişəki kimi olmadı. Müdir heç kəsin təklifini bəyənmədi:
– Yox, səhv edirsiniz, danışıqlar xoşuma gəlmədi. Hətta Fikri Nəcat əfəndinin özü də başlayanda az qaldı ki, bir balaca səhv eyləyən kimi olmaq istəyənə oxşasın.
Burada Fikri Nəcat öskürdü, razılıq işarəsi verdi.
– Pək doğrudur. Az qaldım ki, səhv eliyən kimi olmaq istəyənə oxşayım. Etiraf edirəm.
Müdir davam etdi:
– Məsələ belədir, həzərat! Siz idarənin mənafeyini tamamilə nəzərdən qaçırırsınız. Siz idarəni... siz idarəni müştərilər yanında alçaldırsınız.
– Hiyyy!
Kimdənsə belə bir heyrət nidası çıxdı. Müdir sözünü təkrar etdi:
– Bəli, alçaldırsınız! Necə yəni "xahiş", "rica", "təm ənna", yaxud "arzu." Axır biz də bir müəssisəyik, ya yox? Axır bu idarənin də başında bir nəfər bəy oturub, ya yox? Bütün ümuratı inanıb mənə həvalə ediblər, ya yox?
Müdir bu sualları verdikcə idarə işçilərinin heyrəti, diqqəti artırdı. Onlar ixtiyarsız, əlacsız müdirin suallarına bir ağızdan cavab verirdilər:
– Müəssisəyik!
– Oturub! Lap da böyük bir zat oturub!
– İnanıblar!
– İndi ki belə imiş, nə üçün bütün idarələrə düşüb "rica", "xahiş", "təm ənna", "arzu" edən biz oluruq? Bu qətiyyən doğru deyil! Qoy başqaları bizdən rica eləsin!
Fikri Nəcat əlini stola vurdu:
– Mərhaba bu fikrə! Mən öz "təm ənnam ı" geri götürürəm.
– Mən də "rica"nın əleyhinə çıxıram!
– Müdir cənablarına minnətdar olub, naqabil sözümdən üzr diləyirəm.
Hamı yerbəyerdən müdirin hələ tamamlanmamış fikrini alqışladı. Müdir sevincindən qızardı. Bir neçə dəfə gözlərini qırpıb yerə baxdı. Təbəssümü üzündəki ciddiyyətdə gizlətdi.
– Bizim nəyimiz başqalarından əskikdir? İdarəmiz var! Müdirimiz var! Mən heç vaxt bununla özümü demək istəmirəm, ha! Peçatımız var! Ştampımız ki, hamıdan yekədir! Makinaçımız var! Biz nə üçün yetənə xahiş edək?.. Belə eləmək lazımdır. Gərək təliqələri elə yazaq ki, öz hörmətimiz və idarəmizin adı bilinsin, məşhur olsun. Heç kəsi üstün tutmayaq. Belə yazaq: tutalım ki, nəzarətə yazırıq, filan hesabın ləğv olunması sizdən xahiş edilir. Yazaq: filan hesabın ləğv olunması sizə məlum edilir.
– Lap gözəl olar...
Bu fikri hamı bəyəndi. Müdir dərhal katibə tapşırdı ki, belə bir ştampı sifariş edərsən. Birisi günə qədər hazır olsun. Ştampda yazılsın:
"...olması sizə məlum edilir".
Hamı, hətta makinaçı da sevindi. Çünki hər təliqədə bir sətir əskik yazacaqdı. İndi təliqələrin son sətri həm iri, həm də başqa rəngdə olurdu:
"...N... idarəsi öhdəsindəki 647 manatı tezliklə bizim hesaba keçirmənizi... olması sizə məlum edilir.
İmza"
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-kagizlar-alemi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bütün arzulayanlara qismət olsun, onların içində mən də təzə mənzilə köçmüşdüm.Köç günlərində evimizdə toy-bayram idi. Bütün dost, qohum və tanışlarım mübarəkbadlığa gəlirdilər, təzə mənzili diqqətlə süzüb seyr edirdilər.
Yaratmaq sevinciinsan həyatında xoşbəxtlik yetirən birinci hadisə sevincdir. Sevinclə yaşayan insan qəm-qüssə bilməz, qocalmaz. Sevincin də səbəbləri çox və növbənöv olur.İnsan arzusuna çatanda, təmin olunanda, şadlıq gətirən bir hadisə vaxtında – dost, övlad, vüsal görəndə sevinər, bəzən az, bəzən çox sevinər. Hər halda sevinər. Amma dünyada sevinclərin ən birincisi yaratmaq, zəhmətin, əməyin barını görməkdir. Bu məqamda insan özünü güclü, qüdrətli aslanlara bərabər sayır. Yaradan adamın dili uzun, başı uca, gözü tox, görüş dairəsi geniş, gələcəyi aydın olar. Ədəbiyyat dərnəyinə toplanan cavanlar yaratmaq sevinci haqqında mübahisə aparırdılar. Dərnək rəhbəri də danışıqlara qulaq asırdı. Bəlkə də bu söhbəti özü salmışdı.
Bağa getmişdimYayda Bakıda istidən qorunmaq xüsusi bir qayğıdır. Burada istilər mayın ikinci yarısından başlanır, oktyabrın birinci yarısında qurtarır. Bir ayın, uzağı iki ayın istisindən yaylağa qaçmaq olar. Beş ayı harada, hansı səfərdə keçirə bilərsən?Ona görə keçmişdə varlı-karlı kişilər Bakının özündə bir növ yaylaq şəraiti düzəltməyə çalışmışlar. Bakı bağlarını, Xəzər sahillərini münasib şəraitə salandan sonra isti nəinki üzücü olmur, hətta bəzi yerlərdə müalicə vasitəsinə çevrilir.
Bizim quşlarİnsan istər ki, özünün müəyyən nailiyyətini dostu, əzizi ilə bölüşdürsün. Bağban tanımıram ki, məhsulunu tək yesin, xanəndə tanımıram ki, tək otaqda oxusun. İnsanın insanlığı insanlar arasında, el içindədir. Cəmiyyətdən kənar insan olmaq qeyri-mümkündür.Ovçu dostum bir gün halla-halla ilə qapıdan girdi. Uzun, yaşıl qəfəsdə mənə bir cüt quş hədiyyə gətirmişdi:
Стихи других поэтов
Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi,Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi.
ƏrərdənEy ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,
AğlaramGəlib gəlməyəli bu cahana mən,Biçarə Kərəmdən betər ağlaram.
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,