Dərdim ortağı
Gəldim, niyə sevinmədin,Çağırdım, niyə dinmədin?Gözlədim, geri dönmədinBilmədinmi balan gəlib?!
Həsrətinlə nə zamandırMən qocaldım, dərd cavandır.Səsimə səs ver, amandır!Sənə həsrət qalan gəlib.
Bu dünya ölüm-itimdir,Uşaq anadan yetimdir.Demə, ürəyim bütündür,Ömrü-günü talan gəlib.
Sədaqətlim, qız ismətlimSaf ürəklim, xoş xilqətlim!Bizə ümman məhəbbətlim!Sənsiz yetim qalan gəlib.
Ağır illərin dayağı,Zülmət günlərin çırağı,Hardasan, dərdim ortağı?Dillən, dərdlə kalan gəlib.
Qoy əlindən, ayağından,Öpüm solğun yanağından.Bu müqəddəs torpağındanBir təsəlli alan gəlib,Ana, yetim balan gəlib!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-derdim-ortagi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nadan söhbətindən, gəda sözündən,Bir qanan üzümə söysə yaxşıdır.
O görükən dağlar sizin dağlardıBaşına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
BuludlarSevirdim göy üzündəbuludlar çaxnaşanda,