Düşməninə qardaş desənEvində kəsər başını,Süfrəsində sən aş yesən,Yemə, zəhərlər aşını.

Alar yatdığın yatağı,Tutar tikdiyin otağı,Olar torpağın ortağı,Mənimsəyər yurd daşını.Düşmənə açsan süfrəniYeyər, içər, danar səni.İstər ki, bölsün vətəni,Çəkər üstünə qoşunu.

Qardaş demə qəsbkara,Vurar sənə min bir yara.Yurdun olar para-paraAxıdarsan göz yaşını,Səni qılınclar böləndə,Doğmalar, dostlar öləndə,Gəlib üstünə güləndəTanıyarsan “qardaş”ını.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине