Mən haraya getsəmSən orda varsan.Sən harada olsanMəni ararsan.Bağdan xəzan vurmuşBir gül qoparsanBil ki, xəzan vurmuş o gülMənəm, mən!

Üfüqlər qızarır günəş batanda,Susur şən nəğmələr quşlar yatanda,Bir sel çağlayacaq “vaxtım” çatandaBil, elə çağlayan o selMənəm, mən!

Şax üstə açılmış görəndə gülü,Eşqindən açılır bülbülün dili,Əsəndə dağlardan ilk bahar yeliGül-çiçək ətirli o yelMənəm, mən!

Quşların yatmağa yoxdur həvəsi,Doldurub bağları bir nalə səsi,Könlü gülüstana dönən bir kəsiGörsən bil, o könülMənəm, mənəm, mən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе