Nə ağlamağa gücüm var,Nə gülməyə həvəsim,Nə qışqırmağa səsim,Nə də yük çəkməyə sinəm.Gəl, məndən əl götür, ey qəm!

Ana babam Mustafa ağa,Getdi yolsuz bir uzağa.Səyalı xanım – nənəm də:Getdi, bizi qoyub qəmdə.

O, sözü şəkərlim, ballımAnam – o incə xəyallımGetdi xanım Cəvahir də,Qatdıq qəmi, dərdi dərdə.

Atam Paşaağa igitdi,Bizi uşaqkən tərk etdi.Bu yükləri çəkmir sinəm,Gəl, məndən əl götür, ey qəm!

Getdi, dayılar da getdi,Gül bağında tikan bitdi.Xalalar bizi tərk etdiBu yükləri çəkmir sinəm,Gəl, məndən əl götür, ey qəm!

Yaqutum, ay bircə bacım,Ay hər dərdimə əlacım!Qoy mən gedim səndən qabaq.Həlim torpaq,Zalım torpaq,Mən ağrını alım, torpaq!Qoy mən gedim ondan qabaq,Aparsan da məni apar,Yoxsa, lap qiyamət qopar!1985

Getdin, qiyamət qopmadı,Yaşayıram,sinəmdə bir həsrət odu.Onu torpaq söndürəcək,Ruhun məni dindirəcək.

Getdin, ay anam əvəzi,Ay atamın müdrik qızıKönlüm olub qəm dənizi...Çalxalanıram bu dəryadaSəni hər an salıb yada...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов