Страница 3 из 5 · 40%

– Vəzir, ağayi sərtib Səlimidən tamam qət-ümid olmağa necə baxırsan? Bəlkə, Hikmət İsfahani onu haqqın yoluna qaytardı.

Vəzir dərhal Rza xanın nə üçün sərtib Səlimini soruşduğunu anladı. Bu işin mümkün olub-olmayacağını düşündü.

– Əlahəzrət, fikriniz gözəl fikirdir. Lakin indi sərtib Səlimi xanım Şəmsiyyə ilə izdivaca razı olmaz...

Rza xan təəccüblə vəzirə baxdı:

– Niyə razı olmur? Beş ay bundan qabaq belə bir arzusu yox idimi?

– Cəsarət edirəm, əlahəzrət, indi sərtib Səlimi xanım Şəmsiyyə ilə...

Rza xan, Həkimülmülkün nəyə işarə etdiyini anladı. Yenə onun üstünə qışqırdı:

– Bilaetiraz! Tezliklə xanım Şəmsiyyə ilə sərtib Səliminin izdivacı qurtarmalıdır!

– Bəçeşm, əlahəzrət!

Rza xan, vəzirdən daha nələr olduğunu soruşdu.

Vəzir portfelini açıb, oradan balaca bir kitab çıxartdı:

– Əlahəzrət – dedi, – şəhərdə belə bir kitabın paylandığı müəyyən edilmişdir. “İş, çörək və azadlıq istəyirik!”. Başdan-başa iftizah və iftiradır.

Rza xan acıqla kitabı vəzirin əlindən dartıb aldı. İlk səhifəsinə baxdı və qaytarıb vəzirə verdi:

– Oxu!..

Həkimülmülkü vahimə basdı. Çarəsiz qalıb, yavaşdan oxudu: “Ey İranın yazıq və zəhmətkeş əhalisi, ey doğulduğu gündən qəbirə gedən günə qədər bir tikə çörəyə həsrət qalan bədbəxtlər! Biz sizə müraciət edirik... Burada bir güzgü kimi sizin həyatınızı sizə göstərmək istəyirik. Bizim məqsədimiz sizin gözünüzü açmaq, Pəhləvinin zülm və istibdad üstündə qurulmuş qanlı rejiminin İrana daha nə kimi fəlakətlər hazırladığını sizə nağıl etməkdir”.

Rza xan kitabı alıb, onun üzünə çırpdı və dəli kimi bağırdı:

– Mənə bu kitabı yox, bunu yazanların edam hökmünü gətirməli idin. Kim yazıbdır?

– Əlahəzrət, burada yəqin rusların əli vardır. Rus səfarətxanası...

Rza xan onun sözünü kəsdi:

– Rusların əli olduğunu bilirəm. Mən səndən soruşuram ki, kim yazmışdır? Bəlkə, sən yazmısan?

Birdən-birə deyilmiş bu sözdən vəzirin boğazı qurudu, ayaqları yerə yapışan kimi oldu. Sanki boğazı sabunlanmış bir kəndirə keçdi. Zorla nəfəs ala-ala nə dediyini bilmədən danışdı:

– Qurban, rus səfarətxanasına gedib-gələn adamların hamısının siyahısı götürülmüşdür. Heç birisini tutmaq üçün əldə dəstavüz yoxdur.

Rza xan, heç bir şey düşünmədən, qəti bir hökm kimi, əmr etdi:

– Get!.. Başımı ağrıtma!

Həkimülmülk tez dönüb çıxmaq istədi. Rza xan onu saxladı:

– Vəzir, Mazəndəranda Hikmət İsfahaninin malikanəsi varmı?

– Bəli, əlahəzrət, gərək olsun.

– Çox yaxşı malikanədir, Rəmsərin¹ gəliri hesabına onu almaq lazımdır.

– Bəçeşm, əlahəzrət!

– Get!

Vəzir, qulağı səsdə ola-ola otaqdan çıxdı. Bir də çağrılmadığını gördükdə qapını örtdü və dərindən nəfəs aldı. Başını qaldırıb ətrafına baxdı. Saray qulluqçuları nüfuzedici nəzərlərlə onu süzdülər. O, bu baxışlara fikir vermədən belini düzəldib, başını dik tutaraq, təkəbbürlə yeridi. Fikrində isə ağayi Hikmət İsfahaninin Mazəndəran malikanəsini Rza xanın adına keçirmək yollarını axtarırdı.


Təyin olunmuş zamanda İngiltərə səfiri, yanında mister Tomas diplomatlara məxsus bir dəqiqliklə Sədabada, Rza xanın sarayına gəldi. Onları qapıda xaricə vəziri və vəziri-dərbar qarşıladı. O, anqlosaksların bütün şərq ölkələrində adət etdiyi ağayana bir təkəbbürlə davranır, vəzirlər isə öz hərəkətlərində İran kübarlarına xas olan zahiri nəvazişə bir də əcnəbilər qarşısındakı yaltaqlığı əlavə edirdilər. Səfir böyük bağa və saraya baxaraq:

¹ Xəzər dənizinin cənub sahilində Calus yaxınlığında mədən suları olan bir sanatoriyadır. Bura Rza xanın şəxsi mehmanxanası hesab olunur. Orada İran zadəganları yay zamanı əylənər və istirahət edərlər. Onun gəliri Rza xanın xüsusi hesabına gedirdi.

– Mən, – dedi, – həmişə bura gələndə özümü Londonda hiss edirəm. Buradakı stil, səliqə və mədəniyyətə hər hansı Avropa şəhəri qibtə edə bilər. Əlahəzrətin nəinki siyasət məsələlərində, sənət və yaşayışında da alayışı dərin, zövqü kamildir.

Mister Tomas səfirin sözünə qüvvət verdi:

– Əlahəzrətin qeyrəti sayəsində İran Avropa tərəqqi yoluna düşdü.

Mister Tomas, sanki qəsdən sözlərin mənasını öldürmək üçün cansız bir mikrofon kimi danışırdı. Hətta dinləyən onun istehza etdiyini, kimi isə ələ saldığını düşünə bilərdi. O, eyni ahənglə sözünü davam etdirdi:

– Bu tərəqqi sürətlə İran tez bir zamanda bütün islam şərqinə nümunə ola bilər.

İngilisin ağzından çıxan bu sözlər vəzirlərə və xüsusən Həkimülmülkə təsir etmişdi. O, İran saray adamlarına xas olan şirin bir dil ilə cavab verdi:

– İngiltərə dövlətinin köməyi və hüsn-niyyəti sayəsində və əlahəzrətin səy və bacarığı nəticəsində İran daha artıq tərəqqi edəcəkdir.

Vəziri-xaricə onun sözünü təsdiq etdi:

– Əlbəttə, əlbəttə.

Onlar yavaş addımlarla irəliləyib, söhbət edə-edə saraya doğru gedirdilər. Danışıqları bir mövzu ətrafında deyildi. Söhbət gah oradan, gah buradan düşürdü. Sarayın geniş dəhlizindən keçərək, xalılarla döşənmiş otağa girdikdə Rza xan durub qabağa gəldi. Səfir mister Tomasla görüşərkən, xeyli müddət əllərini əlində saxlayıb hal-əhval sordu, dumanlı simasını süni gülüşlə işıqlatmağa çalışaraq, təbiətindən xaric bir nəvaziş və hörmət göstərdi. Hətta bu mülayimlik və yumşaqlıqda nə isə bir nökər mütiliyi və zavallılığı vardı.

Rza xan onları oturmağa dəvət etdi. Vəziri-xaricə və vəziri-dərbar səfirin altına adama bir kürsü çəkdilər. O, vəziri-xaricənin qoyduğu kürsüyə oturdu. Sonra da mister Tomasa yer göstərdilər. Aralığa İran adəti üzrə çay deyil, balaca, zərli qrafinlərdə konyak və şirniyyat gətirdilər. Rza xan özü səfirə və mister Tomasa konyak təklif edərək, bir də əhvalını soruşub, Tehran istisinin onlara əziyyət edib-etmədiyi ilə maraqlandı və əlavə etdi:

– Artıq istilər qurtarmaqdadır. Gözəl payız başlanır.

Mister Tomas söhbəti istədiyi məcaraya salmaq və özünün oynaq fikirli adam olduğunu göstərmək üçün:

– İstilər hələ bundan sonra başlayacaq, əlahəzrət, – dedi.

Rza xan da, vəzirlər də güldülər. Mister Tomas:

– Bəli, abü havadan çox tünd istilər olacağı görünməkdədir, – deyə əlavə etdi.

Beləliklə, onlar söhbəti yavaş-yavaş siyasi məcraya saldılar.

Səfir Avropada başlanmış müharibədən, böyük dövlətlər arasındakı münasibətdən, şərqin hadisələr axınından kənarda qala bilməyəcəyindən və məlum səbəblərə görə İngiltərənin İrana xüsusi diqqət yetirməsindən danışdı.

– Nümayəndəsi olduğum əlahəzrət Kral dövləti İranın hər hansı bir dövlət əlində krallığın mənafeyinə qarşı alət olmasına heç bir vəchlə yol verə bilməz. Dünya hadisələrinin gedişi elə bir mərhələyə gəlib çatmışdır ki, İran torpağı imperiyanın müdafiəsində həmişəkindən daha artıq bir əhəmiyyət kəsb etmişdir. Kral dövləti hər hansı gözlənilməz vəziyyət və əmrvaqe qarşısında qalmamaq üçün İngiltərənin özünə sadiq dost bildiyi əlahəzrət Hümayunla danışıqlara başlamağı məsləhət görür.

Rza xan özünü fikrən mütərəddid kimi göstərirdi. Səfirin hansı dövlətə, Sovetlər İttifaqına, yoxsa İngiltərə ilə müharibə vəziyyətində olan Almaniyaya işarə etdiyini bir növ kəsdirə bilmədiyini söylədi. Onu açıq olmağa dəvət etdi:

– Mənim möhtərəm dostum hansı dövlətin İranı alətə çevirmək istədiyini nəzərdə tutur?

Səfir Rza xanın sualındakı mənanı anlayaraq, ona rahatverici bir cavab verməyə tələsdi:

– İranın şimal sərhədlərindəki dövlət quruluşu krallığın nəzərində İranı da, başqa şərq ölkələrini də əndişədə saxlayır. Əlahəzrət Hümayunun özünün də bu məsələnin incə nöqtələrini başa düşdüyünü biz bilirik. Bircə dəqiqəliyə İranın xəritəsini nəzərinizə gətirin. Bu tərəfdə: Azərbaycan, Kürdüstan, Gilan, Mazəndəran, Xəzər dənizi. O tərəfdə Şimali Azərbaycan, Bakı, Türkmənistan, yenə Xəzər dənizi. Məsələ heç bir izah tələb etmir.

Səfirin sözlərini çox rəsmi və soyuq hesab edən mister Tomas söhbətə qarışdı:

– Almanlarla biz mübahisələrimizi ya dava meydanında, ya da stol dalında həll edə bilərik. Yeni bir Münhen tapıb, Hitleri ora dəvət etmək mümkündür. Lakin boleviklərlə heç bir danışıq mümkün deyil. Onlarla bizim davamız iki ideolojinin davasıdır ki, biri aradan çıxmayınca qurtarmayacaq. İran bu davada bizim qabaq cəbhəmizdir. O, krallığın böyük həyat mənbələrilə Rusiya arasında düşmüş bir körpüdür. Britaniya pələngi bir gün sıçramalı olarsa, bu körpüdən başqa yolu yoxdur.

Rza xan mister Tomasın sözünü kəsdi:

– On beş ildir ki, İran bir hasar olub, Rusiyadakı qarışıqlığın Hindistan sərhədlərinə gəlib çıxmasına yol vermir...

İran hakim dairələrinin hər bir danışıq zamanı özlərini baha satmaq üçün irəli atdıqları bu səbəb səfirin də, mister Tomasın da əsəblərinə toxunurdu. Lakin onlar ingilis soyuqqanlılığı ilə bir-birinə baxıb bu sözü qulaqardına vurdular. Mister Tomas əvvəlki fikrinə qayıtdı:

– Rusiya ilə biz burada birinci dəfə üz-üzə gəlmirik. Lakin köhnə rus dövləti ilə danışmaq mümkün idi. O qoşun saxlamağa yer istəyirdi. Mal satmağa bazar. Daha dövləti dəyişmirdi, qarışıqlıq salmırdı. Bunlar isə ayaqları dəyən yerdə torpağı eşməyə başlayırlar. Onları Volqa sahillərinə qədər sıxışdırmayınca nə siz rahat ola bilərsiniz, nə biz... Qafqaz İranın təsiri altında olmalıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

On doqquzuncu fəsil

Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:

35 мин
İyirminci fəsil

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

20 мин
İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 мин
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 мин

Стихи других поэтов