(bəy tərifi)

Bu əziz gününə gəlir ellərin,Görüm a bəy, toyun mübarək olsun!Bar versin gəncliyin, gülsün günlərin,Görüm a bəy, toyun mübarək olsun!

Qulluq eylə yaxşı mətləb qanana,Sənə can deyənə, candan yanana,Hər an sevinc gətir ata-anana,Görüm a bəy, toyun mübarək olsun!

Günəşdən nur alsın torpağın, daşın,Hörmətə, qüdrətə ucalsın başın,Şən olsun həyatın, qohum, qardaşın,Görüm a bəy, toyun mübarək olsun!

Ali məclisinə cavan çağında,Hatəm süfrəsi aç toy otağında,Arxalı dağ kimi el qabağında,Görüm a bəy, toyun mübarək olsun!

Diqqət verin aşıqların səsinə,Yasdı balabanın xoş nəğməsinə,Nəmər lütf eyliyin qız yengəsinə,Görüm a bəy, toyun mübarək olsun!

Atana, anana, nazlı yarına,Bir bağ sal bağından elin barına,Yara nəsillərə, oğlanlarına,Görüm a bəy, toyun mübarək olsun!

Miskinli Vəliyəm keçdikcə çağlar,Unutmaz tarixlər yadında saxlar,Zaman-zaman deyər gələn qonaqlar,Görüm a bəy, toyun mübarək olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине