Alır silahını atırsan nəyə,Atdıran nədəndi, atan nədəndi?Yaxşı insanları yaxşı diləyə,Çatdıran nədəndi, çatan nədəndi?

Zərin gətir zərgərinə satana,Qatil, qəddar ələ keçdi satana,Ellər deyər xalqa yalan satana,Satdıran nədəndi, satan nədəndi?

Aşıq Vəli gəzər dağı, aranı,Yaxşı insan sakit eylər aranı,Qal qaldıran qana qatar aranı,Qatdıran nədəndi, qatan nədəndi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине