Nifrət
Zülm eləyən zülümkarın,Üz tutduğu raha nifrət.Alışıb yanmasa nara,Yağdırılan aha nifrət.
Suyu səmtə axmayanda,Sözü doğru çıxmayanda,İşə düzgün baxmayanda,Yağdırallar şaha nifrət.
Vəli, özün öyənlərə,Mənəm-mənəm deyənlərə,Xalqı söküb, yeyənlərə,Bir daha, bir daha nifrət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-nifret
Клавиши ← → для перехода, R — случайное стихотворение