Muradım, istəyim, arzu, diləyim,Qıyma qanlı yaşı süzə gözlərim.Əriyər ürəyim, solar çiçəyim,Dərdimi yetirir yüzə gözlərin.

Gözü yaşlı baxsa yarı həmdəmə,Alışar odlara, qərq olar qəmə,Yaram üstdən yara vurar sinəmə,Axıdar qanımı düzə gözlərin.

Miskinli Vəliyəm canım al apar,İtirən axtarar, axtaran tapar,Könlümün evində tufanlar qopar,Əlini əlimdən üzə gözlərin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов