Hayıfsan
Şagird oldun qulluq eylə ustada,İblisdən dərsini alma hayıfsan.Yaxşını, yamanı düşün dünyada,İnsan cərgəsindən qalma hayıfsan.
Doğru dolan, qulluq eylə beşdərə,Təbib olsan zəhər vurma neştərə,Meyil vermə fitnə-fəsad işdərə,Bais olub qələm çalma hayıfsan.
İnan, mərd igidlər ölsə acından,Mərhəmət gözləməz namərd tacından,Ağır cəza çəkmə dilin ucundan,Canını odlara salma hayıfsan.
Eşitsən sözümü çox qazanarsan,Unutma qəlbindən neçə ki, varsan,Üzmək bacarmasan, itər batarsan,Dərin dəryalara dalma hayıfsan.
Laçın quşlar şikar alsa havadan,Çolpa bala uça bilməz yuvadan,Eşitsən Vəlini əl çək davadan,Döyülüb dərinə dolma hayıfsan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-hayifsan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Övladı yetirdin on səkkiz yaşa,Meyli, məhəbbəti yar almasına.
Ya sənəBir isminə beş gözəllik yaraşır,Dildə əzbər məhəbbətdi ya sənə.
Hey dərin-dərinMərfət əhli mərd dolanır dünyada,Məhəbbət düşünər hey dərin-dərin.
Nə zərafətiİblisin, ibnənin, fitnə-fəsadın,Kəsməz şər-böhtanı, nə zər afəti.