Səbri olan qatarından üzülməz,Qarışmaz cərgəyə, sana səbirsiz,Səbirli düşünər, havayı gülməz,Tez başlayar şər, böhtana səbirsiz.

Səbirli ustaddan dərsini alar,Səbirsiz tay-tuşdan geridə qalar,Səbri olan günbəgünə ucalar,Batar çıxmaz heç bir yana səbirsiz.

Səbirli bəsləyər bağçanı-bağı,Səbirsiz düşünməz axşam-sabahı,Səbirli gözləyər dalı-qabağı,Düçar olar çox ziyana səbirsiz.

Səbirli xətadan bir təhər keçər,Səbirsiz zəhəri tələsik içər,Səbirli yüz ölçər, bir dəfə biçər,Dərhal düşər nahaq qana səbirsiz.

Səbirli ucalar, qalxar göylərə,Səbirsiz xətalar gətirər sərə,Miskinli Vəliyəm yazdım dəftərə,İnsan olmaz hər divana səbirsiz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов