Etmə xəyanəti, pozma ziynəti,Ləkələmə adın-sanı, tamahkar.Bilsən həqiqəti, alma nifrəti,Zəli kimi sorma qanı, tamahkar.

Aldanma arağa, erkək ətinə,Özün öz işini salma çətinə,Dövlətin malını sat qiymətinə,Haqqı, ədaləti tanı, tamahkar.

Düşün bu sözləri olginən halı,Artıq can odudur dünyanın malı,

Ovçunu aldadır dağlar maralı,Dərhal satır qız, oğlanı tamahkar.

Xalqa ziyan vurur alır nifrəti,Ulayan bayquşun pisdir niyyəti,Demişlər ev yıxan, ev tikməz qəti,Odlara yandırma canı, tamahkar.

Nə səpsən torpağa çıxar üzərə,Sıxma qəlbin, düşmə qəmə kədərə,Miskinli Vəliyəm yazdım dəftərə,Oxu, öyrən bu dastanı, tamahkar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов