Kamalından, kamil olan,Alar adı, sanı mərd.Öz canından çox istəyər,Atanı, ananı mərd.Qüdrətindən, hörmətindən,Ad qazanar dünyada,Əsil işdə ədaləti,Vicdanı mərd, qanı mərd.

Əsil olan mərifətdən,Boy verər ustadına.Ömrü boyu el dolansa,Ləkə vurmaz adına.Bais olub zəhər qatmaz,Şirin nemət dadına.Hər yerdə başa çəkər,Dostu, mehribanı mərd.

Ey Miskinli Aşıq Vəli,Mərd dolanır dünyanı.Öz qəlbindən iraq eylər,Fitnə, şəri, böhtanı.Bu aləmdə hökmü olsa,Tutmaz haqsız divanı.Aldanmaz dünya varına,İncitməz insanı mərd.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов