Bu axan suların, əsən yellərin,Gedir dumanların hayana, dünya.Açan çiçəklərin, solan güllərin,Varmı hesabını sayan, a dünya.

Bir yandan verirsən, ənahətin var,Bir yandan alırsan əmanətin var,Bir kəsə demirsən nə niyyətin var,Sirrini etmirsən bəyan, a dünya.

Sirrini bilməyə qaşları hilal,Yorulur düşüncə, çatışmır kamal,Dayanmır o çərxin, pozulmur cəlal,Əhsən bu qurğunu qoyana, dünya.

Özü özlüyündə həmişə qalır,Bir böyük bazardı, dolur, boşalır,Hesabını çəkir, verdiyin alır,Alladır, kim görüb allana dünya?

Tarixlər keçirib yerində durur,Yüz min hökmdarın boynunu vurur,Mənəm deyənləri tez yerə vurur,Bir həzəc oxuyur meydana dünya.

Ay, günəş, ulduzlar, göydə buludlar,Dolanır dəryalar, dövr edir sular,Bəşər gəlir, gedir nə qədər ki, var,Baqidi müttəsil dayana dünya.

Çoxu gəldi gecə-gündüz yatmadı,

Çox at sürdü mənzilinə çatmadı,Min öyüd ver, qulağına batmadı,Bac vermədi Nuha, tufana dünya.

Çox şənliklər döndü yasa, qalmadı,Baxmayanlar iltimasa qalmadı,Musa Turdan getdi əsa qalmadı,Fironu qərq etdi ümmana dünya.

Şah Abbaslar hanı, fironlar hanı?Pələnglər, babəklər, bəbirlər hanı?Qayimlər, qatillər, qadirlər hanı?Cəmşidi-cəm hanı, həyana dünya?

Çoxu zalım olub sinə dağladı,Çox ev yıxdı, çox qapılar bağladı,Çoxu qan ağlatdı, çoxu ağladı,Son qoymur soyğuna, soyana dünya.

Mürvət qaldı yazıları yazana,Nə deyərlər doğru yoldan azana,Nifrət el yoluna quyu qazana,Rəhmət körpüləri qoyana, dünya.

Açan lalə, nərgiz, çəmənzar gedir,İnsi-cinsi, bəşər hər nə var gedir,Hüsnünə vurulan intizar gedir,Heç olubmu səndən doyan, a dünya.

Miskinli Vəlinin bağlanmaz baxtı,Dayanar ürəyi, qurtarar vaxtı,Qətrə sudan olan qara torpaqdı,Gül aça, al-yaşıl boyana dünya.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе