Tarix boyu zəhmət sevən,Ali insan səslənir.Elmi hünər, işdə zəfər,Neməti nan səslənir.Heç kimsəni incitmə sən,Doğru dolan, düz danış.Həqiqəti yaxşı sevən,Bir təmiz qan səslənir.

İnsanlığı tərk eləyib,Nadanlığı gəzmə sən.Baxdın gördün tağ düzülür,Kərpic çəkib pozma sən,Özündən fəqir kəsləri,Mənəm deyib əzmə sən.Qanun yazan hər tərəfə,Verib elan səslənir.

Vəli, sözün haqlı-haqsız,Səfi olandan gedir.Aldadandan, aldanandan,Doğru, yalandan gedir.Göz yumandan, cib kəsəndən,Döyüb alandan gedir.Bu işlərə son qoyacaq,Adil divan səslənir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов