Qəlbimdə od yanır sözü deyəndə,Ağzımda titrəyir dil, qoca bəxtim.Yarası məndədi, çarası səndə,Söyləyim dərdimi bil, qoca bəxtim.

Dara düşdüm, qaçdı dostum, köməyim,Od tutub cəsədim, yandı köynəyim,Hasilə gəlmədi arzu, diləyim,Günüm mənə keçdi il, qoca bəxtim.

Ötdü zaman, tərsə düşdü növrağım,Günüm zülmət oldu, söndü çırağım,Suyunu vermədin, pozuldu bağım,Qurudu budaqda gül, qoca bəxtim.

Bağ pozuldu, halım keçdi pərişan,Baharım qış oldu, ağır zimistan.Günə sərvət yoxdu, qayatə iman,Hər yerdən üzüldü əl, qoca bəxtim.

Ölsün aşıq, əl üzərsə, elindən,Naqabil söz gətirərsə dilindən,Müxənnət qəhrindən, zalım əlindən,Qəlbimdə qəm çalır tel, qoca bəxtim.

Baxan olmaz dərdiməndin sözünə,Əhlikefin nə görünər gözünə,Kimsə layiq bilməz özü-özünə,Bir gün yola salar el, qoca bəxtim.

Həm qaynar, həm açar, həm solar güllər,Həm gələr, həm gedər yeriyən ellər,

Yağar ağ yağışlar oynayar sellər,Axar məzarıma lil, qoca bəxtim.

Unutmam qəlbimdə neçə ki, sağam,Mürvət elə, gözü yaşlı dustağam,Gülü xəzan olmuş solğun yarpağam,Bir gün də olaram gil, qoca bəxtim.

Miskinli Vəliyəm çəkirəm möhnət,İxtiyar sənindi, sahibi-qüdrət,Qopanda qiyamət eləsən hörmət,Eynimin yaşını sil, qoca bəxtim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе