Şair sualına cavab verməyə,Min dərs alan bir xəyaldan danışaq,Süfrə salaq, ilham alaq, saz çalaq,

Qurğu-büsat, hər cəlaldan danışaq.

Şirin ola, yar can deyə yarına,Bir söhbəti dəyər dünya varına,Sevgiyə mehriban, düz ilqarına,Əsil-nəsil pak halaldan danışaq.

Aşıq Vəli, çək minnətin bir yana,Tut məclisdən dəm söhbətin bir yana,Gözü, könlü, məhəbbəti bir yana,Ağıl, mərfət, huş, kamaldan danışaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви