Ürəyimdə gizli, pünhan sözüm var,Onu aşkar nazlı yara deyimmi?Bilirəm desəm də, sözüm tutulmaz,Üzü dönmüş beyilqara deyimmi?

Dolanım başına, dərdin mən alım,Yolunda qurbandı dövlətim, malım,Xəstəyəm, təbibsən bimürvət zalım,Həsrətəm qoynunda nara deyimmi?

Miskinli Vəliyəm eşqi həvəsdə,Fərhadam, Şirinsən şirin nar bəsdə,Məcnunam, Leylisən gəl bulaq üstə,Gətir bu dərdimə çara deyimmi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов